19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ALMANİYANIN "DÖYÇE BANK" İDARƏ

HEYƏTİ ADINDAN AZƏRBAYCAN

PREZİDENTİ ŞƏRƏFİNƏ VERİLMİŞ

ZİYAFƏTDƏ NİTQ

3 iyul 1996-cı il

Düsseldorf

Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və dünyanın ən böyük banklarından biri olan "Döyçe

Bank"dakı bu görüşümdən çox məmnun qaldığımı bildirirəm. Bugünkü görüşümüz təkcə "Döyçe Bank"ın

rəhbərləri deyil, həm də Almaniyanın böyük şirkət, konsern və firma başçılarının iştirakı ilə keçirilir. Bu görüş

mənim buraya səfərimin iqtisadi cəhətdən bir hissəsi hesab olunur.

Mənim Almaniyaya rəsmi səfərimdən məqsəd Almaniya-Azərbaycan əlaqələrini daha da sıxlaşdırmaq,

genişləndirmək və bu əlaqələrin daha da inkişaf etməsi üçün əlavə tədbirlər görməkdən ibarətdir. Dövlətlərarası

münasibətlərlə bağlı olan məsələləri mən hörmətli cənab federal kansler Helmut Kol ilə, hörmətli cənab federal

prezident Roman Hersoq ilə və Almaniyanın rəsmi dairələrinin digər nümayəndələri ilə müzakirə etmişəm. Biz

bu görüşlərdə ölkələrimiz arasındakı münasibətləri və bu münasibətlərin bütün sahələrini təhlil etdik və bir çox

məsələlər barəsində eyni fikirdə olduğumuzu bildirdik. Mən bu görüşlərdən, danışıqlardan çox məmnunam,

hesab edirəm ki, bu görüşlər, danışıqlar Almaniya-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırdı.

Bizim görüş və danışıqlarımızda iqtisadi problemlər, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf

etdirilməsi məsələləri çox böyük yer tutur. Mən çox məmnunam ki, bu danışıqların davamı olaraq bu gün səhər

Almaniyanın iş adamları ilə, biznes sahəsində çalışan şəxslərlə görüşdüm və biz çox ətraflı danışıqlar apardıq.

Başqa görüşlər də oldu. Mən bir çox şirkət və konsern rəhbərləri ilə təklikdə, ayrı-ayrılıqda görüşdüm. [63-64]

Nəhayət, bu gün axşam biz buraya, Düsseldorf şəhərinə, xüsusən "Döyçe bank"ın dəvəti ilə bu görüşə gəlmişik.

Bugünkü görüşümüzün ilk nəticəsi ondan ibarətdir ki, Almaniyanın "Döyçe Bank"ı ilə Azərbaycanı Milli

Bankı və Beynəlxalq Bankı arasında çox əhəmiyyətli sazişlər imzalandı. Bu sazişlərin imzalanmasını mən

Almaniyanın maliyyə mərkəzləri tərəfindən və xüsusən mötəbər bank olan "Döyçe Bank" tərəfindən

Azərbaycan Respublikasının maliyyə-bank işinə göstərilən qayğı və diqqətin nəticəsi kimi qəbul edirəm. Eyni

zamanda bu sazişləri Azərbaycan Respublikasının iqtisadiyyatında, onun maliyyə-bank işi sahəsində əldə

olunan müsbət nəticələrin, görülmüş müsbət tədbirlərin, müsbət hadisələrin nəticəsi kimi qəbul edirəm.

Dünyanın ən böyük banklarından biri olan "Döyçe Bank" ilə Azərbaycan banklarının saziş imzalaması

Azərbaycan banklarının dünya miqyasında artıq müəyyən hörmətə malik olduğunu göstərir. Əminəm ki, bu

sazişlər həyata keçiriləcək, bizim banklarla "Döyçe Bank" arasında əlaqələr bundan sonra da inkişaf edəcək,

bunların hamısı Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcəkdir.

Mən bu hadisəni yüksək qiymətləndirirəm və "Döyçe Bank"a, onun rəhbərliyinə, prezidentinə öz

təşəkkürümü bildirirəm. Biz bu gün "Döyçe Bank"ın Azərbaycan Respublikasına, Azərbaycan iqtisadiyyatına

çox böyük diqqətinin bir daha şahidi olduq. Hörmətli prezidentin bugünkü nitqində Azərbaycanın həm qədim

tarixi, həm də XIX əsrdə onun sənaye sahəsində keçdiyi yol və əlamətdar hadisələr, Azərbaycanın indiki həyatı

haqqında çox geniş məlumatlar verildi.

Bu gün "Döyçe Bank" bizə Azərbaycan haqqında iki kitab təqdim etdi. Bu kitabları bəlkə də biz özümüz

hazırlamalı idik. Amma "Döyçe Bank" bizə çox kömək etmiş və bizim əvəzimizdən iqtisadiyyatımızı dünyada

tanıtmaq üçün, ona diqqəti cəlb etmək üçün ölkəmiz haqqında bu cür yüksək əhəmiyyətli kitablar hazırlamışdır.

Kitabın üstündə Azərbaycanın xəritəsi verilmiş, içində təkcə Azərbaycanın deyil, həm də bütün Zaqafqaziyanın

xəritəsini və Xəzər dənizindən Qara dənizədək uzanan dəmiryol xəttini çox gözəl göstərmişlər. Bunların hamısı

yeni yaranmış Transqafqaz magistralı haqqında mənim dünən də, bu gün də dediyim sözləri əyani surətdə

nümayiş etdirir. Azərbaycana bu qədər qayğı, bu qədər diqqət, bu [64-65] qədər maraq məni çox sevindirir və

bunlara görə mən sizə xüsusi təşəkkür edirəm.

Cənab prezident öz nitqində Almaniya-Azərbaycan əlaqələrinin tarixi haqqında bir neçə gözəl fakt gətirdi.

Bu faktlar sübut edir ki, bizim ölkələrimiz, xalqlarımız arasında əlaqələr keçmiş zamanlarda da çox sıx

olmuşdur. Biz əməkdaşlıq etmişik və hətta bir-birimizlə yan-yana yaşamışıq. XIX əsrin əvvəllərində

Almaniyadan Azərbaycan torpağına köçmüş almanlar ölkəmizdə özlərinə ikinci vətən tapmışlar və Azərbaycan

torpağında özləri üçün yaxşı həyat qurmuş, yaxşı işlər görmüşlər. Azərbaycanda üzümçülüyün və şərabçılığın

inkişafında çox böyük xidmətlər göstərmiş, iqtisadiyyatın başqa sahələrində də çox gərəkli işlər görmüşlər.

Əsrimizin əvvəlindən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, "Simens", "Mannesmann"

şirkətlərinin, Bekendorf qardaşlarının yaratdıqları şirkətlər və başqa alman nümayəndələrinin Azərbaycanda

36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!