19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

unun xüsusiyyəti bir də ondan ibarətdir ki, bu qurğu daim işləyir. Yəni bu tikintinin, indi artıq istehsal-rabitə

müəssisəsinin, radio-televiziya müəssisəsinin bir dəqiqə də olsun dayanmağa imkanı yoxdur. Yəni dayana

bilməz, – bu, adam fəaliyyət göstərən, daim işləyə bilən bir müəssisədir. Ona görə, bir də deyirəm, bu qurğudan

istifadə olunması çox səriştəlik tələb edir. Bundan istifadəyə çox ehtiyatla, diqqətlə yanaşmaq lazımdır. Əgər

hansısa bir zavod, fabrik, yaxud istehsal müəssisəsi və ya başqa müəssisə nə vaxtsa işləməsə, onu təmir etmək

olar, müəyyən vaxt saxlamaq olar. Amma burada bunu etmək mümkün deyildir. Bu qüllə istifadəyə verilirsə,

daim işləməli, fəaliyyətdə olmalı, bu obyektə təhkim edilən adamlar daim onun üzərində çalışmalıdırlar.

Ona görə də on beş il müddətində tikilmiş belə dəyərli sərvətimiz bundan sonra etibarlı əllərdə olmalı,

etibarlı istifadə edilməlidir və buna çox ehtiyatla, qayğı ilə yanaşmaq lazımdır. Əmin olduğumu bildirmək

istəyirəm ki, Rabitə Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti, – bu qurğudan onlar

istifadə etməlidirlər, – eyni zamanda qüllənin istifadəsinə cəlb olunan bütün təşkilatlar öz məsuliyyətlərini başa

düşəcəklər. Böyük çətinliklə, respublikamızın bu ağır döv[75-76]ründə tikilib qurtarmış və indi istifadəyə

verilən radio-televiziya qülləsindən səmərəli istifadə olunacaqdır.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, bugünkü mərasimdən sonra Azərbaycanın bütün vətəndaşları

respublikamızda radio-televiziya verilişlərinin keyfiyyətində dəyişikliklər görməlidirlər. Bunu hər bir kəs hər

gün izləyəcəkdir. Bir vətəndaş kimi mən də izləyəcəyəm. Ona görə də Rabitə Nazirliyi, Teleradio Verilişləri

Şirkəti, başqa təşkilatlar hesab etməsinlər ki, bu gün buraya yığışdıq, təntənə ilə mərasim keçdi, bir-birimizi

təbrik etdik, – bununla da qurtardı, radio-televiziya verilişləri əvvəlki keyfiyyətdə olacaqdır. Bilirsiniz, siz

cavabdeh olacaqsınız. Cavabdehliyin də məsuliyyəti çox yüksəkdir, onu bilin. Buraya bir belə xərc qoyulub, bir

belə zəhmət, əziyyət çəkilibdir, camaat, xalq on beş il bunu gözləyibdir. Biz bunun bəhrəsini, nəticəsini

görməliyik. Ona görə də mən heç şübhə etmirəm ki, belə olacaqdır. Ancaq keçmiş təcrübələrə görə eyni

zamanda xəbərdarlıq da edirəm ki, hərə öz məsuliyyətini bilsin. Bilsin ki, qüllədən istifadə olunması üçün

bundan sonra Rabitə Nazirliyinin, Teleradio Verilişləri Şirkətinin və başqa təşkilatların üzərinə çox böyük

məsuliyyət düşür.

Radio-televiziya qülləsi eyni zamanda böyük bir memarlıq abidəsidir. Bakı dünyanın ən gözəl şəhərlərindən

biridir. Bakını əsrlər boyu quranlar, yaradanlar bugünkü və gələcək nəsillər üçün gözəl bir şəhər salıblar. Biz

Bakı şəhəri – ölkəmizin paytaxtı ilə haqlı olaraq fəxr edirik. Onun bütün xüsusiyyətlərinə görə fəxr edirik. Eyni

zamanda onun təbii gözəlliyinə, memarlıq gözəlliyinə görə fəxr edirik. Bakını quranlar, yaradanlar bu işi

doğrudan da ürəklə, namusla görüblər. Şübhəsiz ki, burada pərakəndəlik də, səhvlər də olubdur. Sonrakı nəsillər

bunları aradan qaldırır. Hesab edirəm ki, biz də təxminən son iyirmi beş ildə Bakını daha da gözəl etmək, onun

zahiri görünüşünü daha da gözəlləşdirmək üçün çox işlər görmüşük. Ancaq hər halda Bakı əsrlərdən-əsrlərə

gözəl qurulub, gözəl yaradılıbdır. Bakının yerləşdiyi təbii ərazinin də gözəlliyi var, eyni zamanda burada

yaradılmış abidələr, binalar da Bakıya xüsusi gözəllik verir. [76-77] Ona görə də Bakıdakı böyük memarlıq

abidələri bizim milli iftixarımızdır.

Bu gün burada, Bakının ən yüksək nöqtələrindən biri olan bir yerdə yaradılmış radio-televiziya qülləsi

Bakını daha da gözəlləşdirir. Bu, yeni bir abidə, memarlıq abidəsidir. Güman edirəm ki, gələcək nəsillər indiyə

qədər yaranmış abidələr kimi, bu abidəni də qiymətləndirəcəklər. Bu baxımdan radio-televiziya qülləsinin

Azərbaycan və onun paytaxtı üçün çox böyük əhəmiyyəti var. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu

abidə qorunub saxlanacaq, onun zahiri və daxili görünüşü bundan sonra görülməli tədbirlərlə daha da

gözəlləşdiriləcək və o, şəhərimizin həqiqətən ən yüksək nöqtəsində olan bir memarlıq abidəsi kimi daim bizə

fərəh verəcəkdir. On beş il bundan öncə təməli qoyulmuş və bu gün istifadəyə verilən bu qüllə bu baxımdan

Azərbaycan və Bakı üçün böyük milli sərvətdir.

Mən bu qüllənin tikintisinin nəhayət başa çatmasından həddindən artıq məmnunam. Bilirsiniz, mən bir neçə

il Azərbaycandan çox uzaqlarda olduğum zaman o illər ki, Azərbaycanla əlaqəm tamam qırılmışdı və

Azərbaycana uzaqdan həsrətlə baxırdım, – çox şey haqqında düşünürdüm. O cümlədən bəzi ayrı-ayrı adamlar

Bakıdan Moskvaya gələn zaman onlarla görüşərkən soruşurdum ki, filan tikintinin vəziyyəti nə yerdədir və

xüsusən radio-televiziya qülləsinin tikintisi ilə maraqlanırdım. Çox narahat idim ki, bu tikinti niyə yarımçıq

qalıbdır. Amma bu gün çox xoşbəxtəm ki, biz bunu başa çatdırmışıq. Bu gün həddindən artıq sevinc içindəyəm,

güman edirəm ki, siz də sevinirsiniz, bütün xalqımız da sevinir.

Sizi bir daha təbrik edir, bu qüllənin yaranmasında zəhmət çəkən insanların, təşkilatların hamısına təşəkkür

edirəm. Qüllədən uğurla istifadə ediləcəyinə əmin olduğumu bildirmək istəyirəm. Sağ olun, xoşbəxt olun. [77-

78]

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!