19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

deyəcəyəm, bizdə bundan ötrü kifayət miqdarda vəsait yoxdur. Əgər şirkət bu məsələyə maraq göstərirsə, onda

biz maliyyə mənbələri barədə də birlikdə düşünməliyik. Biz müvafiq şərtlərlə kreditlərdən istifadə edə bilərik və

yolları şirkətlərlə birlikdə çəkə bilərik. Əgər siz bunu edə bilərsinizsə, bu, yaxşı olardı. [51-52]

O ki qaldı, sizin qeyd etdiyiniz kimi, Azərbaycanın "İpək yolu"nun kəsişdiyi mövqedə yerləşməsinə, mən

sizə məlumat verməliyəm ki, bu yaxınlarda Özbəkistan prezidenti cənab Kərimov, Türkmənistan prezidenti

cənab Niyazov, Gürcüstan prezidenti cənab Şevardnadze və Azərbaycan prezidenti Əliyev Transqafqaz

magistralı yaradılması haqqında çox mühüm saziş imzaladılar. Söhbət Mərkəzi Asiyanın nəqliyyat

kommunikasiyalarının, indiki halda Özbəkistan, Türkmənistan, habelə Azərbaycan və Gürcüstanın nəqliyyat

kommunikasiyalarının birləşdirilməsindən gedir. Yükləri dəmir yolu ilə Türkmənbaşı, keçmiş Krasnovodsk

limanınadək, sonra Xəzər vasitəsilə bərə keçidi ilə Bakı limanınadək, oradan isə mövcud dəmir yolu ilə

Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz sahilindəki Poti limanınadək daşımaq olar. Buradan yükləri

Avropaya gəmi və bərələrə nəql etmək mümkündür. Məsələn, nəzərdə tutulur ki, xətlərdən biri Dunay çayı ilə

Almaniyayadək gedəcəkdir.

Dünən mən cənab Roman Hersoqla bu barədə danışarkən o mənə dedi ki, bir vaxtlar böyük Karl da bu

barədə düşünmüş və müvafiq tədbirlər görmüşdür. Mən ona dedim ki, böyük Karl çox ağıllı adam idi, o vaxtlar

bu barədə fikirləşmişdir. İndi biz böyük Karlın planlarını həyata keçiririk. Yeri gəlmişkən, bu məsələyə

Almaniyada böyük maraq göstərirlər. Bu məsələ ilə federal kansler cənab Helmut Kol və prezident cənab

Roman Hersoq da maraqlanırlar. Almaniyada federal kansler Helmut Kol ilə burada rəsmi səfərdə olmuş

Rumınıya prezidenti İon İliyesku arasında həmin məsələ barəsində çox ətraflı söhbət getmişdir. Cənab Roman

Hersoq Gürcüstana səfəri zamanı cənab Şevardnadze ilə bu barədə danışmışdır. Yeri gəlmişkən, layihə artıq

həyata keçirilir. Dünən mən cənab Helmut Kola məlumat verdim ki, həmin nəqliyyat yolu ilə Özbəkistan

Avropaya 10 min ton pambıq mahlıcı göndərmiş və oradan 30 min tondan çox taxıl gətirmişdir. Biz bu sazişi

cəmi bir aydır ki, imzalamışıq, o isə artıq həyata keçirilir. Gələcəkdə əgər Bakı, Türkmənbaşı və Poti limanlarını

modernləşdirsək, bizim dəmir yolunun nizama salınması sahəsində bəzi tədbirləri görsək, onda "İpək yolu"

kimi, həmin yol da yüklərin Avropadan Mərkəzi Asiyaya, oradan da geriyə nəql edilməsində çox böyük rol

oynaya bilər. Yeri gəlmişkən, Mərkəzi Asiya ölkələ[52-53]rinin öz yüklərini bu marşrutla daşıması onlar üçün

məsafəni 1200 kilometr qısaldır. Bu isə nəqliyyat xərclərini də azaldır.

Sual: Cənab prezident, Azərbaycan ilə müəssisəmiz arasında əməkdaşlıq barədə səmimi sözlərə görə,

icazə verin, sizə "Simens" firması adından təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, son bir

əsrdə bizim malların keyfiyyəti nəinki aşağı düşməmiş, əksinə, yüksəlmişdir. Siz xatırlatdınız ki, biz

infrastrukturun bir çox sahələrində əməkdaşlıq edirik. Mən belə düşünürəm ki, bizim əməkdaşlığımız

elektrik enerjisi sahəsində daha çox inkişaf etmişdir. Siz dediniz ki, bu sahə ölkənizin neft sənayesinin,

digər sənaye sahələrinin inkişafında xüsusi rol oynayır. Məni belə məsələ maraqlandırır: Siz bu sahənin

inkişafını maliyyələşdirmək niyyətində olan potensial Qərb ölkələrinə lazımi şərait yaradılması üçün

yaxın illərdə nə kimi tədbirlər görmək fikrindəsiniz

Heydər Əliyev: Mən artıq dedim, bir daha deyirəm "Simens" şirkəti ilə əməkdaşlığın genişlənməsində

bizim marağımız var. İndiyədək görülmüş bütün işləri mən dəstəkləyirəm və onlara ehtiramla yanaşıram. Lakin

indi işi daha da genişləndirmək lazımdır. Elektroenergetika kompleksinin prezidenti Müslüm İmanov mənimlə

buradadır. Mən ona tapşırmışam ki, Bakıdakı "Şimal" DRES-in yenidən qurulması barədə sizinlə danışıqlar

aparsın. Məncə, siz bu layihə üzrə iş görürsünüz, istərdim ki, bu iş konkretləşdirilsin. Yeri gəlmişkən, dünən

mən federal kansler Helmut Kol ilə söhbət edərkən bu barədə, öz çıxışımda adlarını çəkdiyim firma və

şirkətlərlə əməkdaşlıq barədə ona danışdım. Mən cənab Kola dedim ki, bu layihələrin həyata keçirilməsi üçün

bizə kredit gərəkdir. O cavab verib dedi ki, biz həmin məsələlərə dair konkret təkliflər, layihələr təqdim

etməliyik ki, o, kredit barədə xahişimizə baxsın. Buna görə də dünən, federal kansler ilə görüşümdən sonra

dərhal mən bizimlə birlikdə buraya gələn şəxslərin hamısına tapşırdım ki, mənə konkret təkliflər təqdim etsinlər.

Özü də cənab Kol konkret layihələri, habelə bu layihələri birlikdə həyata keçirə biləcəyimiz şirkətlərin adlarını

göstərməklə həmin məsələ barəsində bizdən məktub almaq istəyir. O, bizə kredit sarıdan kömək vəd etdi. Mən

artıq tapşırıq vermişəm. Xahiş edirəm, bizə konkret layihələr verin. Məsələn, Bakıdakı elektrik stansiyasının

yenidən qurulmasının bizim üçün [53-54] böyük əhəmiyyəti var. Gəlin, şərtlər barədə danışaq və federal

kanslerdən xahiş edək ki, bizə kredit sarıdan kömək göstərsin.

O ki qaldı Avropa Yenidənqurma və İnkişaf Bankına, biz onun kreditlərindən istifadə edirik və gələcəkdə

də edəcəyik. Lakin düşünmək lazımdır, söhbət hansı şərtlərdən gedir.

Dövlət təminatına gəldikdə, deyə bilərəm ki, bu barədə sizinlə təxminən 10 ildən sonra danışa bilərik. Çünki

indi maliyyə ehtiyatlarımız məhduddur. Təqribən 5-10 ildən sonra Azərbaycan neft və qaz hasilatı hesabına

böyük iqtisadi imkanlara malik olacaqdır. Buna görə də biz sizinlə konkret danışıqları apararkən və təminat

barəsində razılığa gələrkən həmin müddətləri nəzərə almalıyıq.

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!