19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ALMANİYADAKI AZƏRBAYCAN

CƏMİYYƏTLƏRİNİN SƏDRLƏRİ VƏ

AZƏRBAYCAN CƏMİYYƏTLƏRİ

FEDERASİYASININ NÜMAYƏNDƏLƏRİ

İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

Bonn

1 iyul 1996-cı il

Mən bu gün sizinlə görüşümdən çox məmnunam. Bilirsiniz ki, mən Almaniyaya iki saat bundan

əvvəl gəlmişəm. Bu, mənim Almaniyada ilk görüşümdür. Bu da soydaşlarımızla, həmvətənlərimizlə,

Almaniyada, Mərkəzi Avropada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşdür. Məmnunam ki, siz ayrıayrı

cəmiyyətləri bir-birinə yaxınlaşdırmısınız, birləşdirmisiniz və bu gün burada bəyan etdiyiniz federasiya

artıq təşkil olunub. Hesab edirəm ki, bu çox əlamətdar bir hadisədir, sizin çox mühüm nailiyyətinizdir. Mən bu

münasibətlə sizi təbrik edirəm.

Bilirsiniz ki, biz Azərbaycan Respublikasının müstəqilliyinin beşinci ilini yaşayırıq. İlin sonunda

dövlətimizin müstəqilliyinin beş ili tamam olacaqdır. Ancaq bu beş il ağır, çətin olmuşdur. Bu gün bizim bir

daha görüşümüz olacaq, mən bu barədə orada geniş danışacağam. Ona görə də indi bu mövzuya geniş yer

vermək istəmirəm. Sadəcə demək istəyirəm ki, çox çətin, ağır illər idi. Ancaq nailiyyətimiz mövcuddur. Bu da

ondan ibarətdir ki, biz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq. Azərbaycan ölkəsi, respublikası

müstəqil dövlət kimi günü-gündən möhkəmlənir. Bu da bizi əmin edir ki, Azərbaycanın müstəqilliyi dönməzdir,

əbədidir və biz bundan sonra da müstəqillik yolu ilə gedəcəyik.

Problemlərimiz çoxdur, mən bu barədə sizə məlumat verəcəyəm. Ancaq nailiyyətimiz budur və bu da ən

böyük nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində XX əsrin sonunda Azərbaycanda müstəqil dövlət qurulub ki,

bu da böyük nailiyyətdir. Eyni zamanda biz Azərbaycanda vətəndaşlarımızı müstəqillik yolu ilə apararkən

respublikamızın hüdudlarından kənarda ya[14-15]şayan soydaşlarımız haqqında da düşünürük. Bu, bizim

hüququmuz, vəzifəmizdir. Çünki Azərbaycan indi təkcə respublikamızda yaşayan azərbaycanlılardan ibarət

deyil. Azərbaycanlılar dünyanın bir çox ölkələrində, o cümlədən, Avropada, Almaniya da yaşayırlar. Dünyanın

hər bir ölkəsində, hər bir şəhərində, guşəsində, kəndində yaşayan soydaşımız müstəqil dövlətimiz üçün,

Azərbaycan prezidenti kimi mənim üçün vətəndaşımız, soydaşımız, həmyerlimizdir.

Mən bunu sizə həm Azərbaycanın dövlət siyasəti kimi bildirirəm, ikincisi də bunu deyərkən ona

əsaslanıram ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız özünü azərbaycanlı hesab edərək,

ölkəmizi heç vaxt unutmamalıdır, öz Vətənini, torpağını, millətini, dilini unutmamalıdır. Ona görə də

Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza bizim tərəfimizdən bu prinsiplər əsasında doğma

münasibət var.

Bilirsiniz ki, indiki Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində bir müttəfiq respublika idi. O vaxt da

Azərbaycan yaşayırdı. 1918-ci ildə ilk demokratik Azərbaycan Cümhuriyyəti yarandı. Bu cümhuriyyət 23 aydan

sonra süquta yetdi. Ondan sonra Azərbaycanda Sovet hakimiyyəti mövcud oldu. Azərbaycanda Sovet Sosialist

Respublikası yarandı. Bu Respublika da iki il yaşayandan sonra çar Rusiyasının əvvəlki ərazisində yaranmış

respublikaları birləşdirən Sovetlər İttifaqının tərkibinə daxil oldu. Biz bütün bu mərhələləri yaşadıq. Nəhayət,

1991-ci ilə gəlib çatdıq. Azərbaycan XX əsrin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar və dünyada

gedən ictimai-siyasi hadisələrdən bəhrələnərək öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət qurmağa

başladı.

Amma bu illərdə, sovet dövlətinin tərkibində, sosialist quruluşunun içində yaşayan respublikamızda biz

azərbaycanlılığımızı heç vaxt unutmadıq. Bizim dilimiz də, dinimiz də yaşayıb, elmimiz, təhsilimiz də inkişaf

edib. Əgər bunlar olmasaydı, respublikamız 1991-ci ildə özünü müstəqil dövlət kimi bütün dünyaya bəyan edə

bilməzdi.

Bu illərdə çox böyük nailiyyətlər əldə olunub. Sovetlər İttifaqı dağılan kimi, məhz bunun nəticəsində biz öz

müstəqilliyimizi bəyan etdik və respublikamız beşinci ildir ki, müstəqil dövlət kimi yaşayır.

Ancaq əvvəlki illərdə Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızla əlaqə saxlamağımız

çox çətin idi, [15-16] çox hallarda da mümkün deyildi. Yalnız görkəmli bir şairimiz, yazıçımız, bəstəkarımız

xarici ölkəyə səfər edərkən arayıb axtarırdı ki, görsün orada azərbaycanlılardan kim var, onunla görüşsün,

danışsın. Bütün bunları da qorxa-qorxa edirdi.

Bu barədə çox danışmaq olar. Yadımdadır, bəlkə də 60-cı illər idi. Biz Türkiyə ilə çox maraqlanırdıq ki,

oradakı soydaşlarımız necə yaşayırlar. Bilirdik ki, Türkiyədə vaxtilə Azərbaycandan mühacirət etmiş

soydaşlarımız da yaşayırlar. Mərhum bəstəkarımız, görkəmli dirijor, professor Niyazi çox böyük bir sənətkar

idi. Bilirsiniz ki, o, dünya miqyasında məşhur bir insan idi. Yəni öz istedadına, yaratdığı əsərlərinə görə məşhur

14

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!