19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

quruluşu və onun cəmiyyətinin vəziyyəti Avropa standartlarına uyğun və yaxud yaxın olduğuna görə ölkəmiz

Avropa Şurası[18-19]nın üzvlüyünə namizəd kimi qəbul edilir. Bilirsiniz ki, Avropa Şurası Parlament

Məclisinin Strasburq şəhərində keçirilən büro iclasında bu məsələni müzakirə etdilər və Azərbaycanı bu şuraya

namizəd şəklində qəbul etdilər. Güman edirəm və tam əminəm ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu

üzvü olacaqdır.

Başqa faktlar da gətirə bilərəm. Məsələn, Çin kimi böyük bir ölkə ilə sıx əlaqələrimiz var. Mən orada rəsmi

səfərdə olmuşam. Qonşularımız Türkiyə, İran ilə şübhəsiz ki, bizim dostluq əlaqələrimiz günü-gündən inkişaf

edir. Mən Avropanın Rumıniya, Bolqarıstan kimi ölkələrində rəsmi səfərdə olmuşam. Bir çox ölkələr məni

rəsmi səfərə dəvət ediblər, hələ getməyə imkanım yoxdur. Norveç Avropanın böyük ölkələrindən biridir. Məni

oraya da dəvət etmişdilər, orada rəsmi səfərdə olmuşam. Bu yaxınlarda mən Fransanın prezidenti cənab Jak

Şirakla telefonla danışırdım, o məni öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Bu telefon danışığımızdan əvvəl o,

Fransaya rəsmi səfər barədə mənə dəvət göndərmişdi. Telefon danışığımız zamanı o, məni bir daha rəsmi səfərə

dəvət etdi.

Ərəb ölkələri ilə bizim əlaqələrimiz çox sıxdır. Məsələn, mən Misirdə olmuşam və prezident Hüsni

Mübarək ilə bizim çox yaxın dostluq əlaqələrimiz var. İki il bundan əvvəl biz Mərakeşdə İslam Konfransı

Təşkilatının toplantısında iştirak etdik. Mən orada nitq söylədim və ərəb, islam ölkələrinin başçıları ilə görüşlər

keçirdim, danışıqlar apardım.

Bilirsiniz, qısa vaxtda görülən bütün bu işlər onu nümayiş etdirir ki, biz xarici ölkələrdə Azərbaycanın

müstəqilliyini tanıtmaq, möhkəmləndirmək işini aparırıq və bundan sonra da aparacağıq. Amma yenə də

deyirəm, xarici ölkələrdə görülən işlərin hamısı bizim ixtiyarımızda deyil.

Bilirsiniz ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var. Bəli, dünyada elə

qüvvələr var ki, Azərbaycanın müstəqil dövlət olmasını istəmirlər. Dünya da görür ki, səkkiz ildir Ermənistan

Azərbaycana təcavüz edir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal

edilmişdir. İşğal altında olan torpaqlarımızdan bir milyondan çox vətəndaşımız yerindən-yurdundan [19-20]

zorla çıxarılıbdır, əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır. Bu, dünyada nadir haldır.

Dünya statistikasının məlumatına görə yer üzərində iyirmi milyon qaçqın var. Bunun bir milyonu

Azərbaycandadır. Yeddi milyon əhalisi olan ölkənin bir milyonu qaçqın vəziyyətindədir. Azərbaycana qarşı

olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki,

Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır – bu, asan məsələ deyildir. Çünki

dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var. Bunların bir çoxu bizimlə

də yaxşı əlaqədədir. Amma bunların Ermənistanla əlaqələri bizdən də yaxşıdır. Onların içərisində Ermənistanın

dayağı o qədər böyükdür ki, dövlətlərarası əlaqələrin bizimlə yaxşı olmasına baxmayaraq, onlar Ermənistana

kömək edirlər. Buna görə də Ermənistanın təcavüzkarlığının qarşısını almaq çətindir. Burada Ermənistan

lobbisinin Azərbaycana qarşı fəaliyyəti çox mühüm rol oynayır. Bu lobbi hər yerdə – Amerikada da, Fransada

da, Almaniyada da, başqa ölkələrdə də var – hamısında var.

Aydındır ki, erməni lobbisi çox güclüdür. Amerikada onların gücü çox böyükdür, başqa ölkələrdə də çox

böyükdür. Amma bu o demək deyil ki, hər şey lobbinin əlindədir, yox. Biz öz siyasətimizi aparırıq, siyasətimizi

apararaq Azərbaycanın hüquqlarını dünyanın hər yerində tanıdacağıq və onların qəbul edilməsinə nail olacağıq.

Bax bunun üçün, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün

ölkəmizdən kənarda yaşayan soydaşlarımızın fəaliyyətindən də çox şey asılıdır.

Mən ümidvaram ki, sizin yaratdığınız federasiya bu məqsədlərə xidmət edəcəkdir, respublikamızla birlikdə

siz Azərbaycanın xaricdə olan problemlərinin həll edilməsində yaxından iştirak edəcəksiniz. Biz sizinlə əlaqə

saxlayırıq və bu əlaqələri daha da sıxlaşdırmaq istəyirik. Biz sizinlə bir olmaq istəyirik. Bizi, respublikamızın

vətəndaşlarını, bir prezident kimi şəxsən məni ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı, onun həyatı,

vəziyyəti maraqlandırır. Mən hər bir azərbay[20-21]canlı haqqında düşünürəm. Mən istəyirəm ki, Almaniyada

yaşayan hər bir azərbaycanlı həm də yaxşı yaşasın, həm də hörmətli adam olsun, dövlətdə yer tutsun. Mən bunu

istəyirəm, çünki bu nə qədər çox olsa, azərbaycanlıların dünya millətləri içərisində elm, bilik, zəka səviyyəsinin

bir o qədər yüksək olduğunu göstərəcəkdir.

Şəxsən mən azərbaycanlıların ayrı-ayrı ölkələrdə yaşamasını təbii və lüzumlu hesab edirəm. Hamımız bir

yerə yığışsaq nə olacaq Lazımdır ki, Amerikada da, Almaniyada da, Fransada da, İngiltərədə də, Belçikada da,

Hollandiyada da – hər yerdə azərbaycanlılar olsun. Amma azərbaycanlı sadə bir vətəndaş kimi yox, elə olsun ki,

onun şəxsində Azərbaycan səslənsin, ölkəmizin bayrağı qalxsın, xalqımızın milli mədəniyyəti, dili, ədəbiyyatı,

incəsənəti səslənsin.

Ona görə də şəxsən mən belə hesab edirəm ki, Almaniyada nə qədər çox azərbaycanlı yaşayırsa, bu çox

yaxşıdır. Bundan sonra bundan da çox yaşayacaqsa, bu çox gözəl olacaq. Ümumiyyətlə, azərbaycanlılar say

artımına görə Avropa millətlərindən üstündürlər. Mən bilmirəm, Almaniyada vəziyyət necədir. Azərbaycanda

əhalinin artımı başqa ölkələrə nisbətən yüksəkdir. Son vaxtlar vəziyyətin ağır olmasına görə bu artım bir qədər

azalıdır. Amma nə qədər çox artsa, bir o qədər yaxşı olar.

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!