19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etmişdi, Türkiyənin İqdır vilayəti nümayəndələrinin mənə müraciətindən sonra onu da əfv etdim, həbsxanadan

azad olundu, öz vətəninə – Türkiyəyə qayıtdı.

Azərbaycanda həqiqətən demokratik hüquqi dövlət qurulur, insan hüquqları qorunur. Keçən ilin

noyabrında qəbul olunmuş ilk demokratik konstitusiyanın maddələrinin üçdə biri insan haqlarının qorunmasına

həsr edilibdir. Mən sizin sualınıza ümumi sözlərlə yox, faktlarla cavab verdim. Amma eyni zamanda mənə bu

sualı verdiyinizə görə təşəkkür edirəm. Çünki bu, mənə imkan yaratdı ki, Azərbaycanda gedən [59-60]

demokratik proseslər haqqında burada olan jurnalistlərə ətraflı məlumat verim.

Sual: Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə əlaqədar bir neçə vasitəçilik

missiyası cəhdləri olmuşdur. Siz Rusiyanın indiki rəhbərliyinin bu işə köməyini necə qiymətləndirirsiniz

və vəziyyətin normal hala salınması üçün Moskva daha nə edə bilər

Heydər Əliyev: Məsələnin sülh yolu ilə həll edilməsi üçün səkkiz il müddətində vasitəçilik rolu

oynayan dövlətlər, ayrı-ayrı siyasi qurumlar həqiqətən olubdur. Şübhəsiz ki, hər bir vasitəçilik təşəbbüsü

müəyyən mərhələdə bu məsələnin həll olunmasına müəyyən kömək edibdir. Amma ümumən məsələnin həllinə

nail olmaq mümkün olmayıbdır.

Mən dedim ki, artıq dörd ildən çoxdur məsələnin həlli ilə bilavasitə ATƏT-in Minsk qrupu məşğul olur.

1994-cü ilin dekabrından Minsk qrupuna iki ölkə – Rusiya və Finlandiya həmsədrlik edir. Minsk qrupu

çərçivəsindən əlavə, Rusiya dövləti müstəqil vasitəçilik təşəbbüsləri də göstəribdir. Eyni zamanda dünyanın

böyük ölkələri – Amerika Birləşmiş Ştatları, Türkiyə və başqa ölkələr də müstəqil təşəbbüslər ediblər və

vasitəçilik təklifləri veriblər. Rusiya və onun dövlət başçısı cənab Boris Yeltsin bu məsələni mənimlə bir neçə

dəfə müzakirə edib və məsələnin həlli üçün bundan sonra da təşəbbüs, lazımi səylər göstərəcəkləri haqqında

bəyanatlar veribdir.

Amerika Birləşmiş Ştatları da bu sahədə təşəbbüslər göstərir. Bu barədə ABŞ prezidenti cənab Bill

Klintonla da görüşlərim, danışıqlarım olubdur.

Əgər sualınıza konkret cavab istəyirsinizsə ki, Rusiya bu sahədə nə edə bilər, – deyirəm ki, çox şey edə

bilər və bu məsələnin həll olunmasına çox güclü təsir göstərə bilər. Prezident seçkilərindən sonra Rusiya bu

məsələyə bəlkə daha da fəal qoşulacaqdır.

"RİA–Novosti": Mən də sizə bir sual vermək istəyirəm: Rusiyada prezident seçkiləri haqqında nə

məlumatınız var

Müxbir: Zənnimcə, seçkilər sakit keçir.

Heydər Əliyev: Sakit keçir Çox gözəl.

Sual: Cənab prezident, deyə bilərdinizmi, Almaniyada görüşləriniz zamanı konkret olaraq hansı

müqavilələri imzalamısınız [60-61]

Heydər Əliyev: Keçən ilin dekabrında Almaniyanın xarici işlər naziri, federal kanslerin müavini cənab

Kinkel Azərbaycanda olarkən Almaniya ilə Azərbaycan arasında bir neçə müqavilə imzalanıbdır. Dünən də

Azərbaycanın nümayəndələri cənab Kinkel ilə və iqtisadiyyat naziri ilə bir neçə müqavilə imzalayıblar. Bu

müqavilələrin hamısı Azərbaycan ilə Almaniya arasında iqtisadi məsələlərin həllinə həsr olunubdur. Hesab

edirəm ki, bu sənədlər iqtisadi sahədə əməkdaşlıq etməyimiz üçün yaxşı hüquqi-müqavilə əsasları yaradır.

Sual: Cənab prezident, federal kansler ilə görüşünüz zamanı Azərbaycan üçün hansı üstün

məsələlər müzakirə olunmuşdur

Heydər Əliyev: Dünən cənab Helmut Kol ilə danışıqlarımız əvvəldən axıra qədər üstünlük verdiyimiz

məsələlərlə əlaqədar olmuşdur. Çünki danışıqlarda üstünlük daşımayan heç bir məsələ müzakirə edilməyibdir.

Şübhəsiz ki, danışıqlarda əsas diqqətimiz və müzakirəmiz iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəldilmişdi.

Almaniyanın şirkətləri, konsernləri Azərbaycanda hələlik zəif təmsil olunublar. Eyni zamanda dünən və

bu gün də qeyd etdik ki, Almaniyanın "Simens" və "Mannesmann" şirkətləri XX əsrin birinci illərindən

Azərbaycanda fəaliyyət göstəriblər. İndi Almaniyanın iş adamlarının, şirkətlərinin Azərbaycanda iş görmələri

üçün böyük imkanlar açılıbdır, xüsusən neft sənayesi, metallurgiya, energetika, maşınqayırma, kimya sənayesi

sahəsində və bir çox başqa sahələrdə. Biz bu məsələləri cənab Helmut Kol ilə müzakirə etdik və belə fikrə

gəldik ki, konkret layihələr təqdim edilərkən federal kansler bunların həyata keçirilməsinə kömək edəcəkdir.

Federal kansler ilə Transqafqaz nəqliyyat magistralı haqqında da çox geniş danışıqlar apardıq. Artıq

dörd ölkə – Özbəkistan, Türkmənistan, Gürcüstan və Azərbaycan belə bir magistralın yaranması üçün saziş

imzalayıbdır. Transqafqaz magistralı Orta, Mərkəzi Asiyanı Avropa ilə birləşdirir, Orta Asiyadan, Xəzər

dənizindən, Azərbaycandan, Gürcüstandan Qara dənizə, oradan isə Avropaya, xüsusən Dunay çayı ilə

Almaniyaya qədər uzana biləcək magistraldır. Bu da üstün məsələ kimi müzakirə olunmuşdur.

Şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi

danışıqlarımızın mərkə[61-62]zində durmuşdu. Qafqaz regionu, bu regionda olan ölkələr, Almaniyanın onlarla

əlaqələri də üstün məsələlər kimi müzakirə edilmişdir. Görürsünüz, üstünlük daşımayan məsələlər yoxdur.

Sual: Cənab prezident, Rusiya barədə sual vermək istəyirəm. Boris Yeltsinin xəstələnməsi ilə

bağlı qayğılarınız varmı

34

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!