19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ALMANİYANIN "MERSEDES-BENTS"

FİRMASININ İDARƏ HEYƏTİ

ADINDAN AZƏRBAYCAN PREZİDENTİNİN

ŞƏRƏFİNƏ VERİLMİŞ ZİYAFƏTDƏ NİTQ

Baden-Vürtemberq

4 iyul 1996-cı il

Hörmətli prezident, möhtərəm xanımlar və cənablar! Mən Almaniyaya rəsmi səfərimi başa

çatdırarkən burada, şirkətinizin qərargahında olmağımdan çox məmnunam və səfərim zamanı keçirilən bu

görüşü xüsusi bir görüş hesab edirəm. Sizin şirkət dünyada məşhur və ən nəhəng şirkətlərdən biridir, öz

işlərinizlə dünyada böyük şöhrət qazanmısınız.

Siz bu gün mənə 1888-ci ildə istehsal etdiyiniz ilk avtomobilin modelini verdiniz. Bu, mənim üçün çox

qiymətli hədiyyədir. Buna görə təşəkkür edirəm. Bununla yanaşı, bu gün burada sizinlə birlikdə olduğum zaman

gördük ki, siz 1888-ci ildən 1996-cı ilədək nə qədər böyük və müvəffəqiyyətli yol keçmisiniz. Sizin istehsal

etdiyiniz avtomobillər, avtobuslar, eləcə də təyyarə və vertolyotlar, digər məhsullarınız dünyanın, demək olar,

bütün ölkələrində çox böyük şöhrət qazanmışdır. İndi dünyada avtomobil istehsal edən şirkətlər, ölkələr çoxdur.

Amma hamı etiraf edir ki, "Mersedes" kimi keyfiyyətli və gözəl avtomobili hələ heç kəs icad edə bilməyibdir.

Ola bilər ki, sizin rəqibləriniz mənim bu fikrimlə razılaşmasınlar. Lakin Azərbaycan vətəndaşlarının ümumi

fikri belədir. Şəxsən mən də bu fikirdəyəm. Ona görə də Azərbaycanda mənim minik avtomobilim sizin şirkətin

buraxdığı maşındır.

Mən sizi bu nailiyyətləriniz münasibətilə təbrik edirəm. Siz böyük işlərinizlə bütün dünyanı heyran

qoyursunuz. Eyni zamanda bu nailiyyətlərə baxmayaraq, qarşınıza çox böyük vəzifələr də qoymusunuz.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz o vəzifələrin hamısını müvəffəqiyyətlə həyata keçirəcəksiniz.

Mənim Almaniyaya bu dörd günlük rəsmi səfərimin [67-68] əsas məqsəd və mənası Almaniya-Azərbaycan

əməkdaşlığını və xüsusən iqtisadi əməkdaşlığı genişləndirmək və daha yüksək səviyyələrə qaldırmaqdır. Bu

baxımdan sizin şirkətlə Azərbaycan arasında əməkdaşlığa da çox böyük yer veririk.

Siz qeyd etdiniz ki, "Mersedes-Bents"in Azərbaycanda nümayəndəliyini açmısınız və əməkdaşlıq edirsiniz,

Azərbaycana yeni tipli avtobuslar satılmasına dair təkliflər irəli sürmüsünüz. Şübhəsiz ki, bunların hamısı

diqqətəlayiq hallardır. Amma mən bizim əməkdaşlığımızı daha geniş görmək istərdim. Siz dünyanın bir çox

ölkələrində öz müəssisələrinizi yaratmısınız. Bu baxımdan Azərbaycan sizin üçün çox əlverişli bir ölkədir və biz

bu sahədə əməkdaşlıq edə bilərik. 1981-82-ci illərdə Azərbaycanda böyük bir avtomobil zavodu tikməyə

başladıq. Lakin bu müəssisənin tikintisi başa çatdırılmadı və yarımçıq qaldı. Halbuki inşaat işlərinin əksər

hissəsi görülmüş, böyük istehsal sahələri yaradılmışdır. Zənnimcə, bu imkandan bizim birlikdə istifadə

etməyimiz barədə düşünmək lazımdır. Təklif edirəm ki, öz mütəxəssislərinizi göndərəsiniz və bu məsələnin

mümkünlüyünü təhlil və müzakirə edək. İstehsal sahəsindən savayı, başqa imkanlar da var.

Mən istərdim ki, bu gün sizin şəhərinizə, sizin bu böyük müəssisənizə gəlişim turist gəzintisi xarakteri

daşımasın. Mən hər bir səfərimi əməli işlə nəticələndirmək istəyirəm. Şübhəsiz ki, bu iş də sizdən yeni bir

avtomobil almaqla bitmir. Ondan ötrü buraya gəlmək bəlkə də lazım deyildi. Siz avtomobili hər yerdə satırsınız

və onu hər yerdə də almaq olar. Mənim məqsədim sizinlə əməkdaşlığın əsaslarını yaratmaqdır. Ona görə də sizə

bu təklifləri verirəm. Əmin ola bilərsiniz ki, biz sizin üçün etibarlı ortaq ola bilərik. Mən qarşınıza qoyduğunuz

bütün vəzifələrin həyata keçirilməsini, bütün məsələlərin həll edilməsini arzulayıram. Sizin şirkətinizə, nəhəng

istehsal sahələrinizə, işçilərinizin hamısına uğurlar diləyirəm.

Mənə dedilər ki, Baden-Vürtemberq şərabı ən keyfiyyətli şərabdır. Dediniz ki, bu şərabı ancaq özünüz

içirsiniz və başqalarına vermirsiniz. Bizə bu şərabdan verdiyinizə görə təşəkkür edirəm. Bu gözəl şərabla

doldurulmuş badələri sizin gələcək uğurlarınız şərəfinə qaldırıram. Sağ olun. [68-69]

38

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!