19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Biz iqtisadi siyasətimizi bu prinsiplər əsasında qurur, iqtisadiyyat sahəsində konkret tədbirlər görür, iqtisadi

islahatların müvəffəqiyyətlə həyata keçirilməsini, xarici şirkətlərlə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə

əməkdaşlığı təmin etmək üçün müvafiq qanunvericilik bazası, hüquqi əsas yaradırıq.

Hesab edirəm ki, dövlət quruculuğu sahəsində biz indiyədək çox iş görmüşük. Ölkəmizdə dövlət

hakimiyyəti sistemi sabit fəaliyyət göstərir. Ötən il biz ümumxalq səsverməsi yolu ilə Azərbaycan

Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Yeri gəlmişkən qeyd edim ki, biz bu konstitusiyanı

hazırlayarkən Qərb ölkələrinin, xüsusən Almaniyanın konstitusiya quruculuğu təcrübəsini diqqətlə öyrənmişik.

Biz belə hesab [41-42] edirik ki, konstitusiyamızda demokratik dövlətin, demokratik təsisatların fəaliyyət

göstərməsini təmin edən, onların daha da inkişaf etməsi və təkmilləşməsi üçün şərait yaradan müddəalar var.

Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına həsr olunubdur və biz belə hesab edirik ki, bu, həyatın

bütün sahələrində demokratiya prinsiplərinin bərqərar olması üçün çox mühümdür. Keçən ilin noyabrında biz

Azərbaycan Respublikasının ilk parlamentinə demokratik seçkilər keçirdik. Parlament çoxpartiyalılıq əsasında

formalaşmışdır, fəaliyyət göstərir və qanun yaradıcılığı, respublikamızın həyatının bütün sahələri üçün hüquqi

sənədlər yaradılması ilə fəal məşğul olur.

Bir də deyirəm, biz islahatlar aparırıq. Bütün bu tədbirləri həyata keçirərkən biz bunu əsas tuturuq ki,

Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına sıx qovuşdurmaq lazımdır. Ona görə də biz ölkəmizi xarici

investisiyalar üçün, xarici şirkətlərlə əməkdaşlıq üçün açıq elan etmişik və fəal surətdə çalışırıq ki, bütün bunlar

reallığa çevrilsin. Hazırda həyata keçirdiyimiz özəlləşdirmə haqqında qanuna əsasən xarici şirkətlər, vətəndaşlar

özəlləşdirmədə iştirak edə və hətta müəyyən güzəştlərlə iştirak edə bilərlər. Biz iri sənaye müəssisələrini xarici

şirkətlərin idarəsi altına verməyi qərara almışıq və bu istiqamətdə müəyyən konkret tədbirlər görülmüşdür.

Lakin bütün bunlar yalnız başlanğıcdır. Bir də qeyd edirəm, xarici sərmayədarları, şirkətləri Azərbaycana

cəlb edən odur ki, ölkəmizin zəngin təbii ehtiyatları var. Bu baxımdan bizim neft və qaz yataqlarımız şübhəsiz

ki, mühüm yer tutur. Azərbaycan qədim neft ölkəsidir. Hələ keçən əsrin ortalarında ölkəmizdə sənaye üsulu ilə

neft çıxarılmasına başlanmışdı. O vaxtdan etibarən məhz neft xarici kapitalı Azərbaycana cəlb edirdi, XIX əsrin

axırı, XX əsrin əvvəlində burada Avropanın bir çox şirkətləri işləyirdi. Bildirmək istəyirəm ki, XX əsrin

əvvəlində ölkəmizdə 10 milyon ton neft çıxarılırdı və o zaman Azərbaycan neft hasilatına görə dünyada birinci

yer tuturdu. Şübhəsiz ki, o dövrdə Azərbaycan müstəqil dövlət deyildi, çar Rusiyasının tərkibində idi. Ancaq

buna baxmayaraq, bu, Azərbaycan nefti idi və Azərbaycanı neft ölkəsi kimi şöhrətləndirmişdi. Sonrakı

dövrlərdə bizim neftimiz keçmiş Sovetlər İttifaqının sənayecə inkişafında çox böyük rol oynamışdır. 20-30-cu

illərdə burada həyata keçirilən sənayeləşdirmə xeyli dərəcədə Azərbaycan nefti ilə bağlı idi, belə ki, 40-cı illərə

qədər Sovet[42-43]lər İttifaqında çıxarılan bütün neftin 70 faizindən çoxu Azərbaycanın payına düşürdü. 40-50-

ci illərdə keçmiş Sovetlər İttifaqında kəşf edilmiş və əksəriyyəti indi Rusiyada olan zəngin neft yataqlarının

ilkin istismarına da xeyli dərəcədə Azərbaycan alimlərinin və neftçilərinin köməyi ilə başlanmışdı. Bunlar

Azərbaycan neftçilərinin işlədikləri Sibirin, Tatarıstanın, Başqırdıstanın, Orenburq və Samara vilayətlərinin

zəngin neft yataqları idi. Həmin neftçilərin bir çoxu indi də orada yaşayır və işləyir.

Neftin sayəsində Azərbaycanda neftçıxarma üçün avadanlıq, cihazlar, dəzgahlar istehsal edən neft

maşınqayırması da geniş inkişaf etmişdir. Eyni zamanda neftayırma, sonralar isə kimya sənayesi də inkişaf

etmişdir. Bizdə indi də neft maşınqayırması və kimya sənayesinin böyük kompleksləri var. Neftayırma

sənayemizin istehsal gücü hazırda Azərbaycanda çıxarılan neftin həcmindən xeyli çoxdur.

Bütün bunlara keçmiş illərdə nail olunmuşdur. Ancaq indi də Azərbaycanda həm quruda, həm də Xəzərin

Azərbaycan sektorunda zəngin neft və qaz yataqları var. İndi bizim əməkdaşlığımızın obyekti məhz dəniz

yataqlarıdır. 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının birgə

işlənməsinə dair dünyanın iri neft şirkətlərindən ibarət konsorsiumla ilk müqavilə imzalanmışdır. Bu şirkətlərin

arasında Amerika Birləşmiş Ştatlarının bir neçə şirkəti var. Bunlar "Amoko", "Pennzoyl", "Yunokal", "Eksson",

"MakDermott", "Remko" şirkətləridir. Britaniyanın "Britiş Petroleum", Norveçin "Statoyl", Rusiyanın

"LUKoyl", Səudiyyə Ərəbistanının "Delta", Türkiyənin "Türk petrolları" kimi iri şirkətləri də bu konsorsiuma

daxildir. Müqavilə 30 il müddətinə imzalanmışdır. Kapital qoyuluşunun həcmi 8 milyard dollardır, çox böyük

miqdarda neft çıxarılacağı gözlənilir. "Əsrin müqaviləsi" adlanan bu layihə əməli olaraq həyata keçirilir.

Keçən ilin noyabrında biz Amerikanın "Pennzoyl", İtaliyanın "Acip", Rusiyanın "LUKoyl" şirkətləri kimi

iri dünya şirkətləri ilə Xəzərdəki digər yatağın işlənməsi haqqında daha bir müqavilə imzalamışıq. Nəhayət, bu

il iyunun 4-də Britaniyanın "Britiş Petroleum", Norveçin "Statoyl", Fransanın "Elf Akiten", Rusiyanın

"LUKoyl" şirkətləri və İran Neft Şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının

işlənməsi barədə üçüncü müqaviləni imzaladıq. Bunlar iri layihələrdir və artıq işləyirlər. Biz çıxarılacaq neftin

daşınması [43-44] üçün də tədbirlər görürük. Bununla əlaqədar müvafiq sazişlər imzalayaraq Rusiya ərazisindən

keçməklə Bakıdan Novorossiysk limanına Şimal neft kəmərinin, habelə Gürcüstan ərazisindən keçməklə Qara

dəniz sahilindəki Supsa limanına Qərb neft kəmərinin tikintisinə başlamışıq. Bizim planlarımızda böyük neftin

nəql ediləcəyi iri neft kəmərinin tikintisi də nəzərdə tutulmuşdur. Hələlik onun marşrutunu

müəyyənləşdirməmişik, lakin bir neçə variant var. Ancaq bütün hallarda görünür, bu neft kəməri Türkiyə

ərazisindən keçərək Aralıq dənizinə çıxacaqdır.

26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!