19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yenə deyirəm, bunların nəticəsində bir neçə məsələ mübahisəli qaldı. Ona görə ki, məsələn, keçmiş

Sovet respublikalarının əksəriyyətində torpaq xüsusi mülkiyyətə verilməyib və onların belə bir fikri də yoxdur.

Məsələn, Orta Asiya ölkələrində və Qazaxıstanda torpağı uzunmüddətli icarəyə verirlər – əlli ilə və bəlkə də

daha çox müddətə. Onlar həyətyanı torpaqları xüsusi mülkiyyətə veriblər. Digər keçmiş Sovet respublikalarına

nisbətən Rusiya islahatlar sahəsində daha irəli getsə də, orada vilayətlərin tam əksəriyyətində aqrar sektorda

kolxoz və sovxozlar indiyədək yaşayır və torpağın xüsusi mülkiyyətə verilməsi haqqında bu vaxtadək heç bir

qanun yoxdur. Bildiyiniz kimi, Dövlət Duması bir neçə ay bundan öncə Torpaq Məcəlləsi haqqında qanun qəbul

etdi və burada qəti şəkildə göstərdi ki, Rusiyada torpaq xüsusi mülkiyyətə verilə bilməz. O qanunun əleyhinə

olaraq seçkiqabağı mübarizə zamanı Rusiya prezidenti cənab Boris Yeltsin bir fərman verdi ki, həyətyanı

torpaqlar vətəndaşların xüsusi mülkiyyətinə verilsin. Ancaq başqa bir qanun hələ yoxdur. Düzdür, həmin

Torpaq Məcəlləsi prezident tərəfindən qəbul olunmayıb və Federasiya Şurası onu geri qaytarıbdır. Onu demək

istəyirəm ki, kənd təsərrüfatı sahəsində də böyük imkanları və nailiyyətləri, geniş torpaq sahələri olan Rusiya

kimi bir ölkədə də belə qanun qəbul edilməyibdir.

Ona görə də Azərbaycanda da cürbəcür fikirlər var ki, torpağı xüsusi mülkiyyətə vermək olar, ya yox,

onu bəlkə icarəyə verək Lakin əvvəldən xəttimiz belə olub ki, əgər biz bazar iqtisadiyyatı yolu ilə gediriksə,

deməli, bazar iqtisadiyyatı prinsiplərini də tətbiq etməliyik. Biz bu məsələni, nəhayət, həll etdik və bununla razı

olmayanlar da, onu qəbul edə bilməyənlər də artıq bunu qəbul etdilər. Sonra məsələ qalxdı, bu da çox

mübahisəli oldu; torpaq kimə verilsin Kənddə yaşayanla[90-91]rın hamısına, yoxsa, ancaq kolxoz və sovxozda

işləyənlərə verilsin Burada fikir ayrılığı çox böyük rol oynayır. Biz bu məsələni də müzakirə etdik və bu

barədə də belə fikrə gəldik ki, kənd yerlərində yaşayanların hamısına torpaq verilsin. Bu, ədalətlidir.

Mən əvvəldən bu fikirdə idim. Bilirsinizmi, bu məsələlər barəsində şəxsən mənim müstəqil fikrim daim

olub. Torpağın xüsusi mülkiyyətə verilməsi fikrində mən bu gün yox, lap əvvəldən olmuşam. Lakin eyni

zamanda mən bu islahatların aparılması barədə ictimai rəyin də formalaşmasını istəyirəm.

Bilirsiniz, əgər Oktyabr inqilabından, 1920-ci ildən sonra, zorla, inqilabi yolla, repressiyalarla insanları

kolxoza girməyə məcbur ediblərsə, torpaqları zorla, repressiyalarla insanların əlindən alıblarsa, indi biz həmin

işlərin əksinə apardığımız tədbirlərdə nə zor işlətməliyik, nə də təzyiqlər etməliyik. Biz çalışmalıyıq ki, insanlar

dərk etsinlər, anlasınlar. Məsələn, 70-ci illərin sonunda Sovetlər İttifaqında aqrar sektorda yaranmış vəziyyəti,

gedən prosesləri və o vaxt görülən tədbirləri yada salın. Ola bilər, adi adamlar bunu bilmirdilər, dərk etmirdilər.

Amma bu işlərin içində olan adamlar, o cümlədən mən də o illərdə bilirdim ki, artıq bu sistem işləmir, biz nə isə

düşünməliyik, nə isə etməliyik.

Bu gün burada Masallıdan çıxış edən, bizim komissiyanın üzvü, hesab edirəm ki, bir tərəfdən torpaqda

işləyən, o biri tərəfdən də artıq bu işlərin nəticəsini görən adam kimi çox dəyərli sözlər dedi. O mənada dəyərli

ki, bu şəxs torpaqdan bu cür istifadə edir, onun yollarını görür, üstünlüyünü, müsbət nəticəsini görür. Ona görə

də onun çıxışı başqaları üçün, o cümlədən bizim komissiyanın üzvlərinin də bəziləri üçün bəlkə də ən təsirli

çıxışdır, nəinki, məsələn, mən deyim ki, prezidentəm, mən bunu belə istəyirəm, belə də olmalıdır. Onun bu sözü

mənim əmr kimi sözümdən daha da təsirlidir.

Ona görə siz də bilməlisiniz, ictimaiyyət də bilməlidir ki, bütün bu islahatların keçirilməsində kütlənin

bunu qavraması, buna alışması, ictimaiyyətin buna alışması əsasdır. Yenə də deyirəm, bizim komissiyalar elə

böyük tərkibdə deyil, iki komissiya bir yerdə cəmi 45 adamdır. Amma bu 45 adamın arasında məsələlərin

əksəriyyəti barədə çox müxtəlif fikirlər vardır. Məsələn, ola bilərdi ki, mən öz fikrimi əvvəldən komissiyanın

üzvlərinə qəbul etdirəydim və vəzifəmə, eyni zamanda mənə olan hörmətə görə onların bəziləri səsini

çıxarmayaydı [91-92] ki, bir halda prezident belə deyib, biz nə edək, prezidentin fikri ilə razılaşmaq lazımdır.

Amma mən istəmirəm belə olsun. İstəyirəm ki, hər bir kəs – komissiyanın üzvü də, başqası da bunu dərk etsin.

Təsadüfi deyil ki, mən bir neçə dəfə müraciət etdim ki, fikrinizi, sözünüzü deyin. Çıxış edənlərin

əksəriyyəti mənim dəfələrlə təkidimdən sonra danışdı. Hesab edirəm ki, deyilən sözlərdə səmərəli fikirlər var.

Düzdür, onlara cavab vermək, onları aydınlaşdırmaq olar, bəlkə bəzi fikirlər haqqında düşünmək lazımdır.

Məsələn, Biləsuvarın icra hakimiyyətinin başçısı bir səpkidə, Masallıdan olan fermer isə ona əks səpkidə çıxış

etdi. İcra hakimiyyətinin başçısı narahatdır ki, torpaq necə olacaq, onu satmağa icazə vermək olmaz, başqa

adamların əlinə keçər. Yaxud bu işin üzərində nəzarət qoymaq lazımdır. Amma fermer, – hansı ki, torpaqda

işləyir, xüsusiyyətçiliyi, sahibkarlığı artıq dərk edib, – deyir ki, qorxmaq lazım deyildir.

Bax, mən bunu istəyirəm, ona görə də sizə dəfələrlə dedim ki, çıxış edin. Məsələn, əgər mən Abbas

Abbasovun mövqeyində olsaydım ki, hər şey aydındır, – yəqin ki, bu üsulla işləyir, başqalarının fikri ilə

hesablaşmır, – mən də deyərdim ki, hər şey aydındır. Əgər səsinizi çıxarmırsınızsa, söz demirsinizsə, demək,

sizin üçün aydındır. Bax, buna görə də biz bu məsələləri – kənddə torpağın hamıya verilməsi, yaxud kolxozda,

sovxozda işlədilməsi məsələlərini ətraflı müzakirə etdik.

Qəbul edilən qərar da tamamilə doğrudur – hamı torpaq almalıdır. Başqa məsələdir ki, torpaqdan kim

necə istifadə edəcək, – bu, ikinci məsələdir. Torpaq hamıya verilməlidir.

Layihədə son günlərə qədər bir fikir var idi, onu son günlərdə çıxardıq. Biləsuvarın icra hakimiyyəti

başçısının fikrinə uyğun fikir idi, yazılmışdı ki, üç il müddətində torpağın satılmasına məhdudiyyət qoyulsun.

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!