19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

vurulan bütün zərbələrə baxmayaraq, iki il bundan öncə biz Ermənistanla Azərbaycan arasında müharibəni, atəşi

dayandırmışıq.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində biz böyük itkilər vermişik,

çox şəhidlər vermişik, gənclərimizin bir çoxu bu müharibədə özlərini qurban veriblər. Bunların nə demək

olduğunu siz, almanlar bəlkə də hamıdan yaxşı bilirsiniz. Məsələn, indi mənə tərcüməçilik edən, alman dilini

yaxşı bilən Azərbaycan professoru Çərkəz Qurbanlının oğlu 1994-cü ildə torpaqlarımızı müdafiə edərkən 26

yaşında şəhid olubdur.

Ancaq bütün bunlara baxmayaraq biz Ermənistanla sülh yaratmaq, münaqişəni sülh yolu ilə aradan

qaldırmaq istəyirik. Bundan ötrü də çox konstruktiv addımlar atırıq. Biz ədalət tələb edir və məsələnin ədalətlə

həll olunmasını istəyirik. [28-29]. Ədalət də ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş bütün torpaqları azad

olunmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın ərazisindən qeyd-şərtsiz çıxmalıdır. Azərbaycanın ərazi

bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa olunmalıdır. Bu, adicə beynəlxalq hüquq normalarının tələbidir.

Biz heç bir ölkənin torpağına göz dikmirik, amma öz torpağımızın da bir metrini belə heç kəsə verə bilmərik.

Biz bu şərtlər daxilində Ermənistanla danışıqlar aparır və münaqişəyə sülh yolu ilə son qoymaq istəyirik.

Amma bütün bu problemlərə baxmayaraq, müstəqil Azərbaycan Respublikası öz müstəqillik yolu ilə

çox inamla .gedir. Biz Azərbaycanda hüquqi demokratik dövlət qururuq. İqtisadiyyatımızı bazar iqtisadiyyatı

prinsipləri əsasında dəyişdirir, mülkiyyətin özəlləşdirilməsi proqramını sürətlə həyata keçirir, sərbəst

iqtisadiyyat, təşəbbüskarlıq, azad sahibkarlıq prinsiplərini bərqərar edirik. Bu prinsiplər əsasında dünyanın

bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qururuq. Azərbaycanın təbii sərvətlərindən, böyük iqtisadi

potensialından müştərək istifadə olunması üçün dünyanın şirkətləri ilə iş görməyə hazırıq və bu sahədə

müəyyən nailiyyətlər əldə etmişik. Azərbaycanın zəngin neft və qaz yataqlarından istifadə olunması üçün

dünyanın – Amerikanın, Avropanın iri neft şirkətləri ilə 1994-cü, 1995-ci illərdə və nəhayət, bu il, 1996-cı ildə

böyük müqavilələr imzalamışıq və bunlar həyata keçirilir. Azərbaycan iqtisadiyyatının bütün başqa sahələrində

də xarici ölkələrlə, şirkətlərlə müştərək iş görmək üçün böyük imkanlar var: biz bunu dünyaya bəyan etmişik və

mən bu gün sizə bir daha deyirəm ki, Azərbaycan dünya sərmayəçiləri üçün, müştərək iş görmək üçün açıqdır.

Bu baxımdan biz Almaniya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışırıq və sabah, sonrakı günlərdə

ölkənin dövlət, hökumət rəhbərləri, böyük şirkətləri ilə bu barədə konkret danışıqlarım olacaqdır. Biz

Almaniyanı özümüz üçün çox dəyərli tərəfdaş hesab edir və bütün sahələrlə əməkdaşlıq etmək istəyirik. Bizim

qapılarımız açıqdır.

Bilirsiniz ki, bu ilin aprelində Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıbdır.

Bir həftə bundan öncə Strasburqda Azərbaycan xüsusi qonaq statusu ilə, yəni namizəd şəklində Avropa Şurasına

qəbul olunubdur. Bunlar hamısı Azərbaycanın Avropaya mənsub olduğunu, eyni za[29-30]manda

Azərbaycanda dövlət quruculuğunun, cəmiyyətimizin artıq Avropa standartlarına uyğun olduğunu göstərir.

Keçən il ümumxalq referendumu vasitəsilə Azərbaycanın ilk konstitusiyasını qəbul etdik, demokratik

seçkilər nəticəsində, çoxpartiyalılıq prinsipi əsasında Azərbaycanın ilk parlamentini seçdik. Azərbaycanda 30-

dan çox partiya, o cümlədən bir çox müxalifət partiyaları fəaliyyət göstərir. Ölkəmizdə mətbuat azadlığı, siyasi

plüralizm tam bərqərar olmuşdur. İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən

biridir. Bunlar hamısı onu nümayiş etdirir ki, Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq etməsi üçün bütün

sahələrdə əsaslar yaranıbdır.

Bu baxımdan Almaniya-Azərbaycan forumunun yaranmasını çox əlamətdar hadisə hesab edirəm. Bizim

çox ehtiyacımız var, xüsusən Azərbaycan həqiqətlərini dünyanın bilməsinə, o cümlədən Almaniyanın hər

yerində bilinməsinə ehtiyacımız var. Təəssüflər olsun ki, Azərbaycan həqiqətləri dünyada hələ ki, olduğu kimi

məlum deyildir. Biz çalışırıq ki, özümüzü olduğumuz kimi tanıdaq. Çalışırıq ki, Azərbaycan, xalqımız

haqqında, ölkəmizdə gedən demokratik proseslər, iqtisadi dəyişikliklər haqqında bütün ölkələrdə dolğun

təsəvvür olsun. Ona görə də Almaniya-Azərbaycan forumunun imkanlarına ehtiyacımız çoxdur. Ümidvaram ki,

siz Almaniya ilə Azərbaycan arasında olan əlaqələrin daha da genişlənməsi, inkişaf etməsi və möhkəmlənməsi

üçün çox iş görə bilərsiniz və arzu edirəm ki, çox iş də görəsiniz. Biz bunun üçün öz tərəfimizdən əlimizdən

gələni edəcəyik. Cənab Keslerin dediyi kimi, istərdik ki, sizin forum Azərbaycan üçün Almaniyada güclü bir

lobbiyə çevrilsin. Ümidvaram ki, belə də olacaqdır.

Almaniya komandasının Avropa futbol çempionatında qalib gəlməsi münasibətilə sizi ürəkdən təbrik

edirəm. Dünyanın futbol həvəskarları dünən Londonda keçirilən bu futbol matçını çox böyük maraqla

izləyirdilər. Azərbaycanda da futbol həvəskarları çoxdur və ölkəmizdə də futbol matçına televiziya ilə çox adam

baxıbdır, o cümlədən mən də həmin oyunu televiziya ilə əvvəldən axıradək seyr etmişəm. Matçın birinci

yarısında çox narahat idim, çünki ilk qolu çexlər vurdu[30-31]lar. Oyunun sonuna 25 dəqiqə qalanadək vəziyyət

belə idi. Mən narahat idim ki, birdən almanlar uduzarlar, sonra da məyus olarlar, bizim də buraya səfərimiz

yaxşı olmaz. Ona görə oyunu hər saniyə izləyirdim. Matça oğlumla birlikdə baxırdım. O məni sakit edirdi ki,

narahat olma, almanlar udacaqlar. Bu söhbətimizdən bir neçə dəqiqə sonra almanlar birinci qolu vurdular. Biz

ikimiz də əl çaldıq. Amma London stadionundakı almanlar o qədər əl çalırdılar ki, bizim əl çalmağımızı heç kəs

eşitmirdi.

20

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!