07.02.2015 Views

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Hüseyn Artıkoğlu - 60

Azərbaycan Memarlıq və İnşaat Universitetinin

dosenti, "Kooplayihə-AHB" firmasının təsisçisi

Hüseyn Artıkoğlu bu ilin oktyabr ayında 60 yaşını

tamamlayır. Bu münasibətlə müəllifi Babək

Hüseynoğlu olan “Mənim atam” adlı kitab hazırlanıb.

Yeni nəşrdə yubilyarın ömür yolu işıqlandırılmış, onun

gördüyü işlər özünə yer tapmışdır. 192 səhifədən

ibarət olan kitab “Üstün ev” nəşriyyatı tərəfindən

İstanbulda 500 tirajla çap edilib.

“Bundan əvvəl mənim kitab yazmaq təcrübəm

olmamışdır. Lakin içimdəki inam, güc bütün çətinlikləri

aşacağıma ümid verdi. Bununla belə bu işin

məsuliyyətini, çətinliyini, ağır zəhmət tələb etdiyini

hiss edirdim. Bildiklərimi və öyrəndiklərimi bacardığım

qədər kitab halına gətirərək yazmağa çalışdım” –

yazan müəllif “ön söz”də fikirlərini oxucularla bölüşüb.

“Unudulmaz uşaqlıq illəri”, “Böyük həyata

qədəm”, “Bilik ardınca Moskvaya”, “Kooplayihə” kooperativi,

“Vətənin səsi”, “Yeni dövr”, “Türk Birliyi – həyatın

zərurətidir” kimi fəsillərdən ibarət olan kitabı

oxuduqca Hüseyn müəllimin yorulmadan, qətiyyətlə,

əzmlə, səbrlə bu günə qədər necə çalışdığını, hansı

işləri reallaşdırdığını gözlərimiz önündə canlandırır.

Kitabın ən diqqət çəkən hissələrindən biri Hüseyn

Artıkoğlunun keçən əsrin 80-ci illərinin sonlarında baş

verən xalq hərəkatının aktiv iştirakçısı olması, millətinin

hüquqlarının müdafiəsi istiqamətində alovlu

mübarizə aparmasıdır. Hər cümləsinin mübtədası

vətən olan, “vətən bizim canımız, ruhumuz, varlığımız,

qeyrətimiz-namusumuzdur” deyən

H.Artıkoğlunun “Birlik” cəmiyyətində, sonradan Birlik

Partiyası yaranan zaman orada göstərdiyi fəaliyyət də

məhz bu fəlsəfə üzərində qurulmuşdu. О,

Azərbaycanın öz müstəqilliyini əldə etməsindən sonra

siyas fəaliyyətini dayandıraraq inşaat mühəndisliyi

peşəsinə üstünlük verir.

“Kooplayihə” kooperativini 1993-cü ildə “AHB

kooplayihə” firması kimi qeydiyyatdan keçirən Hüseyn

müəllim bu günə qədər Azərbaycanın tikinti mühiti

üçün unikal layihələr hazırlayaraq təqdim еdir.

Yubilyar pedaqoji fəaliyyət göstərdiyi müddətdə

Memarlıq və İnşaat Universiteti üçün çox lazımlı

sayıla bilən “Dəmir-beton konstruksiyaları” kitabını

2005-ci ildə çap etməklə bu sahədəki boşluğa son

qoyub.

Fəali ictimai xadim olan Hüseyn Artıkoğlunun həyatında

Türk Birliyinin qurulması, Türk xalqlarının inteqrasiyası

fəlsəfəsi özünə möhkəm yer edib. O, bütün

ömrü boyu bu amalının gerçəkləşməsi üçün əlindən

gələni əsirgəməyib.

Kitabın sonunda yubilyarın 13 yaşında qələmə

aldığı şeir və qəzəllər əlyazması şəklində yerləşdirilib.

“Bildiklərimi, eşitdiklərimi, düşündüklərimi yazdım.

Ürəyimin pıçıltısını qələmə aldım. Bilmirəm nəyi deyə

bildim, nəyi unutdum. Ancaq hələ ömür qabaqdadır.

İnşallah qarşıda çox yubileylər, deyiləcək çox sözlər

vardır...” – sözləri ilə müəllif kitabı bitirir.

44 ­ТЦРК EЛИ­/­SENTYABR-2010, No:8 www.uluturk.info

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!