12.07.2015 Views

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 1 2010Bu istiqamətdə vacib addım 2002-ci ildə İFLA və Beynəlxalq NaşirlərAssosiasiyası arasında imzalanmış «Dünyanın yaddaşının müddətsiz qorunması:arxivləşdirmə və rəqəmli <strong>informasiya</strong>nın qorunması haqqında birgəbəyanat» oldu. Orada deyilirdi ki, naşirlər öz nəşrlərinin arxivləşdirilməsiniiqtisadi cəhətdən məqsədəuyğun olana qədər davam etdirəcəklər, ammauzunmüddətli arxivləşdirmə üçün məsuliyyəti naşirlərlə müvafiq sazişəsasında kitabxanaların üzərinə qoymaq daha yaxşı olardı.Bəzi ölkələrdə bu ideya artıq reallaşdırılır. Məsələn, 2002-ci ildəNiderland Milli (Kral) Kitabxanası ilə «Elsevier Science» nəşriyyatı arasındaimzalanan sazişə əsasən, kitabxana nəşriyyatın 1500 elektron jurnalının rəsmirəqəmli saxlanc yeri funksiyasını öz üzərinə götürmüşdür.Elektron kitabxanalarda müəlliflik hüququElektron daşıyıcıların sayı artdıqca, kitabxanaçılar müəlliflik hüququ vərəqəmsal <strong>informasiya</strong>ya münasibətdə digər intellektual mülkiyyət hüquqlarıilə tez-tez rastlaşırlar. Elektron dünyada müəlliflik hüququ fəlsəfəsinin özüşübhə altına alınır: onun əsas prinsiplərinə yenidən baxılması təklifləri səslənir.Əsas çətinlik ondan ibarətdir ki, fərdi (qurucuların, hüquq sahiblərinin) vəictimai (istifadəçilərin, cəmiyyətin) maraqları balanslaşdırılsın. Öz bazarpotensialı üçün təhlükədən qorxan qurucular texnoloji vasitələrin köməyi iləistifadəyə nəzarət edir və əhəmiyyətli məhdudiyyətlər tətbiq edirlər. Təbii ki,ictimai maraqları ənənəvi olaraq kitabxana müdafiə edir. Çünki o, «mədəniekosistemin dəstəklənməsi» uğrunda mübarizənin avanqardıdır [7].Müəllif hüququ milli qanunvericiliklə tənzimlənir. Hazırda bütünölkələrdə ona yenidən baxılır və təzələnir, qlobal <strong>informasiya</strong> bazarınıntələblərinə uyğunlaşdırılır. İlk yenilənən qanunlardan biri ABŞ-ın «Rəqəmsalminillikdə müəllif hüququ haqqında» qanunudur.Avropa İttifaqı ölkələrində müəllif hüququ haqqında qanunlarınharmonizasiyasına və fəaliyyətdə olan normaların elektron nəşrlərə tətbiqinəsəylər göstərilir. Belə ki, 2001-ci ildə Avropa İttifaqının müəllif hüququ haqqındaDirektivi qəbul olunmuşdur. Bu sənədə uyğun olaraq Böyük Britaniya,Almaniya, Yunanıstan və İtaliya öz qanunvericiliklərinə dəyişikliklər etmişlər.Hərçənd K.Loffman hesab edir ki, yaxın gələcəkdə Avropa ölkələrininmüəllif hüququ haqqında qanunvericiliklərindəki əhəmiyyətli fərqlərin aradanqaldırılması perspektivi görünmür [8].Rəqəmsal və digər nəşrlərə münasibətdə müəllif hüququna dair vəziyyətləbağlı rəylər dünyanın müxtəlif ölkələrində oxşardır: istənilən materialınistifadəsi üçün hüquq sahibinin icazəsi mütləqdir - təbii ki, «vicdanlı istifadə»istisna olmaqla [6]. Ancaq bu halda da çətinliklər ortaya çıxır. Birincisi,«vicdanlı istifadə» məfhumu ilə bağlı hələ də mübahisələr var. İkincisi,rəqəmsal materialların pirat köçürülməsinə qarşı durmağa çalışan bəzi naşirlər105

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!