12.07.2015 Views

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 1 2010texnika və texnologiyalardan istifadəyə zərurət yaranmışdır. İnformatikanınkitabxanaçılıq təhsilində vacib yer tutması da bu zərurətdən doğmuşdur.XX əsrin əvvəllərinə qədərki dövrdə istər Azərbaycanda, istərsə dəxarici ölkələrdə ali kitabxanaçılıq təhsili verən qurumların olması bizə məlumdeyil. Bu dövrə qədər əsasən humanitar təhsil almış şəxslər (məs.: filoloqlar,tarixçilər, pedaqoqlar və başq.) kitabxanalarda işləmiş və şəxsi təcrübətoplayaraq kitabxana işini inkişaf etdirmişlər. Həmin dövrə qədər əqli əməyinxüsusi çəkisi nisbətən az olduğuna görə sənəd-informasiya artımında vətələbatında sürətlənmə və mürəkkəbləşmə zəif olmuşdur. Buna görə də odövrün kitabxanaçı kadrları informasiya axınını idarə etmək, fondyaratma vəoxuculara xidmət işlərinin öhdəsindən gəlirdilər.XX əsrin ikinci onilliyindən başlayaraq bir sıra ölkələrdə, o cümlədənRusiyada kitabxanaçılıq kursları yaradılmışdı. Oktyabr inqilabından sonrakitabxanaçılıq məktəbləri (siyasi-maarif məktəbləri) və ali kitabxanaçılıqtəhsili verən mədəniyyət institutları təşkil edildi.Azərbaycan Respublikasında ali təhsilli kitabxanaçı – biblioqraf kadrlarII Dünya müharibəsindən bir neçə il sonra, yəni 1947-ci ildə hazırlanmağabaşlamışdır. Bu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiyafakültəsində kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk yaradıcısıvə təşkilatçısı hazırda da fəaliyyət göstərən görkəmli kitabxanaşünas –alim,tarix elmləri doktoru, prof.A.A.Xələfovdur. Bu məqalənin müəllifi də daxilolmaqla, respublikada elə bir kitabxanaşünas-alim və kitabxanaçı tapmaqolmaz ki, o, prof.A.A.Xələfovun təhsil, elm və tərbiyə «bulağından» suiçməmiş olsun. Bizim hər birimiz təhsilimiz və indiki fəaliyyətimiz üçün onaborcluyuq.II dünya müharibəsindən sonrakı illərdə dağılmış iqtisadiyyatı bərpa vəinkişaf etdirmək üçün elm və texnikanın sürətli inkişafını təmin etmək, dünyaelmi-texniki nailiyyətlərini sovet iqtisadiyyatında istifadə etmək zərurətiyaranmışdı. SSRİ-nin bütün elmi və iqtisadi potensialı deyilən istiqamətə yönəlmişdi.Bununla əlaqədar olaraq elmi-tədqiqat idarələri, layihə – konstruktortəşkilatları, elmi-istehsalat birlikləri, zavod və fabriklər yaradılır, texniki-peşəməktəbləri, texnikum və institutlar təşkil edilirdi. Bütün bunlar getdikcə əqliəməyin xüsusi çəkisini əvvəlki illərə nisbətən daha sürətlə artırırdı, informasiyaaxınını getdikcə sürətləndirirdi, kitabxana-informasiya təminatının keyfiyyətcəyüksəldilməsinə və operativləşdirilməsinə zəruri ehtiyac yaradırdı.Əsasən humanitar yönümdə fəaliyyət göstərmiş kitabxanaçı kadrlar vəkitabxanalar əl əməyinə əsaslanan üsul və vasitələrlə bu ehtiyacı ödəməyəhazır deyildi. Əlbəttə, bu dövrdə hesablama texnikasının seriya və kütləviistehsalı təşkil edilmişdi. I nəsil EHM-lər, maşın perfokartları (45 və 80sütunlu) və perfolentləri, 35 və 70 mm-lik maqnit lentləri istehsal edilirdi.92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!