12.07.2015 Views

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

kitabxanaşünaslıq və informasiya №1 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 1 2010Amerika Birləşmiş Ştatlarında uşaqların və gənclərin mütaliəsinərəhbərlik işi ilə əlaqədar ailə, məktəb və kitabxanaların əlbir fəaliyyəti üzrəmodel fəaliyyət göstərir ki, həmin model bir sıra Avropa ölkələrində vəYaponiyada da tətbiq edilməyə başlamışdır.Bu modelə əsasən Amerikada uşaqlar 4 yaşından valideynlərinin şəxsiyyətvəsiqəsi ilə kitabxanalara oxucu kimi qəbul edilir. Onlara oxucuvəsiqəsi verilir. Həmin vəsiqələr ölkədə “uşaqlar üçün mühüm hədiyyə” kimiqiymətləndirilir. Dörd yaşlı uşaqlar altı yaşına qədər gələcəyin məktəblisikimi hazırlanır. Valideynlərin və yeri gəldikcə müvafiq müəllimlərin dəiştirakı ilə kitabxanaçılar uşaqlara oxumaq, yazmaq və kitablarla davranmaqvərdişləri aşılayırlar. Altı yaşında hər bir uşağın məktəbə şagird kimi qəbuledilməsi üçün oxucusu olduğu kitabxanadan rəsmi sənəd qəbul edilir.Əlbəttə, bu sahədə qarşıya qoyulan vəzifələrin lazımınca yerinə yetirilməsiişində kitabxanaların imkanları böyükdür. Belə ki, kitabxanalardauşaqların mütaliə xüsusiyyətlərini yaxşı bilən, onların mütaliəsini pedoqojibaxımdan istiqamətləndirən və mütaliə maraqlarını inkişaf etdirməyi bacaranmütəxəssis kitabxanaçılar çalışır, eyni zamanda kitabxanalarda məktəblininhər üç yaş qrupu üzrə mütaliə sorğularını ödəməyə imkan verən müvafiq kitabfondu və məlumat aparatı mövcuddur.Madam ki, inkişafı gələcəyə yönəlmiş uşaqların və gənclərin intellektualtələbatını inkişaf etdirmək və ödəmək, onların mütaliə marağını genişləndirməkimkanı daha çox kitabxanaçıların fəlaiyyəti ilə bağlıdır, onda başqaölkələrdə olduğu kimi bizim respublikamızda da uşaq və gənc oxucularlaişləməyi bacaran mütəxəssis kitabxanaçı kadrların hazırlanması diqqətmərkəzində olmalıdır.Bu təkliflər onunla izah edilir ki, məktəblilərin hər üç yaş qrupuna daxilolan – yəni kiçik məktəbyaşlılar (I-IV siniflər), orta məktəbyaşlılar – yeniyetmələr(V-IX siniflər) və böyük məktəbyaşlılar – ilk gənclik (X-XI siniflər)mütaliə təcrübəsi olmayan ən çətin oxucu qruplarıdır.Onların mütaliə maraqları hələ formalaşmadığı üçün kitabxanayamüəyyən sorğu ilə deyil, əsasən qeyri-müəyyən sorğu ilə gəlirlər. “nəyi oxumaq,necə oxumaq və oxumaq istədiklərini necə əldə etmək” sualı qarşısındaaciz qaldıqları üçün onlar savadlı, pedoqoji bacarığı olan məsləhətçiyə ehtiyacduyurlar. Onların qeyri-müəyyən sorğularını müəyyən sorğuya çevirmək,müəyyənləşən sorğunu tam və dolğun ödəmək, həm də yalnız ödəmək deyil,hər bir məktəbli oxucuda yeni-yeni sorğular yaratmaq kitabxanaçıların peşəborcudur. Kitabxanaçıların bu sahədə səmərəli fəaliyyəti sözün həqiqimənasında millətin gələcək taleyi üçün olduqca xeyirxah əməldir.Uşaqların və bütövlükdə cəmiyyətin gələcəyi ilə əlaqədar həyata keçirilməliolan bu tədbirlərin mahiyyətini dərindən açmaq istəyən professor65

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!