19.03.2015 Views

Untitled - CESD

Untitled - CESD

Untitled - CESD

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nizaminin “Xəmsəyə” daxil olan ilk əsəri – “Məxzənül-əsrar”

(“Sirlər xəzinəsi”) 1173-1179-cu illər arasında yazılmışdır.

Kitab giriş hissə və məqalət (söhbət, danışıq) adlanan iyirmi

bölmədən ibarətdir. “Sirlər xəzinəsi”nin yazılışındakı əsl məqsəd şairlik

deyil, filosof və şeyx olan Nizaminin əxlaqi fikirlərini daxildən gələn

bir istəklə oxuculara təlqin etməkdir. İlk söhbət Adəmin yaradılması

barədədir və adi Quran əfsanələri ruhunda olub, insanın dünya üzərində

hökmranlığı, insan təbiəti konsepsiyası və yerdəki vəzifələrinin anlanması

ideyası ilə işlənmişdir. İkinci söhbət haqq-ədalətə riayət edilmə barədədir.

Burada şair hökmdara məsləhətlərlə müraciət edir, onu ədalətli olmağa

və dini nemətlər barədə düşünməyə çağırır. Üçüncü söhbət həyatın

faniliyi barədədir. Şair yaşadığı çətin, fəzilətlərdən məhrum dövr barədə

söhbət açır. Daha sonra şair ilk baxışdan abstrakt görünən, lakin qocalıq,

“Allah bəndələrinin” rolu, insan-heyvan münasibəti, insanın dünyaya

baxışı kimi fəlsəfi cəhətdən çox mühüm sualları irəli sürür. Dördüncü

məqalət padşahın rəiyyətə qarşı vəzifəsi haqqındadır. Beşinci məqalət

özünə güvənmək və kimsəyə əl açmamaq haqqındadır. Altıncı məqalət

dözümlü olmaq və riyazət haqqındadır. Yeddinci məqalət insanlıq

şərəfi haqqındadır.

Ümumilikdə poema elə qurulmuşdur ki, hər bir növbəti söhbət

əvvəlkinin mənasının davamı kimi qəbul olunur. Beləliklə arasıkəsilməz

fikir zənciri yaranır. Hər bir söhbət adətən şifahi yaradıcılıqdan

götürülən hər hansı ibrətli hekayə ilə müşayiət olunur.

Poema Şərq ədəbiyyatına yeni təzahür kimi daxil olmuş və dahi ustadların

çoxsaylı rəğbətinə səbəb olmuşdur. Nizaminin poeması yazılan səri

bəhri epik poeziyada istifadə olunmurdu. Şair ilk dəfə ondan istifadə

etmiş və sonradan bir çoxları onun yolu ilə getmişlər. Bundan əlavə,

“Məxzənül-əsrar”da yeni sosial və estetik ideallar yaranır. Nizami bu

poemada humanist ideyalardan söhbət açmış və zülmə məruz qalanların

müdafiəçisi kimi çıxış etmişdir. Kiçik didaktik hekayələrdə o, zülm və

əsarətə qarşı çıxış edən sadə, müdrik insanların bir sıra parlaq obrazlarını

yaratmışdır. Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu

əsər şer nöqteyi-nəzərindən yüksək və canlı parçalara malik, fövqəladə

bir “Sirlər” xəzinəsidir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!