13.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

həmin qurumların tərkibində azərbaycanlı nümayəndə heyəti yetərincə deyildir.Belə ki, sonuncu hakimiyyət orqanı olan Seymdə ...Gürcüstandan - sosialdemokratlardan(menşeviklər) tərkibdə 32 deputat, Azərbaycandan - Müsavatpartiyası və ona yaxın olan bitərəf demokratik qrupdan tərkibdə 30 deputat vəerməni - Daşnaksütyun partiyasından tərkibdə 27 deputat var idi. ...Bununla yanaşı,sosial-inqilabçıların (eserlərin), müsəlman sosialist blokunun (7 deputat),Müsəlman fraksiyasının (İttihad) - 3 deputatla və menşevik-hümmətçilərin (4deputat) də nümayəndələri təmsil olunurdu (83. 5-6). Azərbaycan fraksiyasınınlideri Ə.Rəsulzadə idi (100. 16).Çox vaxt hər hansı mühüm bir məsələnin müzakirəsində gürcünümayəndələri erməni nümayəndələrini müdafiə edirdi; 3. RSDF(b)P Bakıkomitəsinin, ümumiyyətlə, Bakıda yaradılan siyasi və hərbi təşkilatların tərkibinirus və ermənilər təşkil edirdi; 4. Ermənilərin uzun illərdən bəri türklərə qarşıapardıqları əks təbliğatın daha da güclənməsi.Ermənilərə RSFSR XKS və Şaumyanın başçılıq etdiyi Bakı Soveti dəyaxından köməklik edirdi. St.Şaumyanın rəhbərliyi altında keçən RSDF(b)PQafqaz Ölkə Qurultayı 1917-ci il 20 oktyabr tarixli iclasında Qafqaz xalqlarının, ocümlədən əhalisinin sayına görə Qafqazda birinci olan Azərbaycan türklərinin özmüqəddəratlarını sərbəst həll edərək, heç olmasa muxtar dövlətinin yaradılmasıəleyhinə gedən Türkiyə Ermənistanına isə muxtariyyət verən və müharibədənxüsusi zərər çəkmiş... Ermənistana yardım üçün ümumi fondun yaradılmasıhaqqında və milli məsələyə dair qətnamə qəbul etmişdir (24. 154). Bu qətnaməninqəbul olunmasından iki ay sonra, 1917-ci il dekabrın 16-da RSFSR XKS-nınyığıncağında ―Türkiyə Ermənistanı‖ haqqında xüsusi qərar qəbul edir (bu barədəyuxarıda qeyd olunub - müəllif) və ermənilərin işi üzrə komissarlıq yaradılır. Bukomissarlığın da biri Hərbi işlərə baxmalı idi (104. 110). Həmin komissarlığınsədri Varlam Avanesov, müavini isə erməni şair-kommunisti Vaan Teryan təyinedilmişdi. Ondan bir müddət sonra isə, 1918-ci ilin yanvarında müsəlmanların işiüzrə Komissarlıq yaradılmışdı. Onun rəhbəri, Şərq xalqları kommunist təşkilatınınMərkəzi bürosunun sədr müavini S.M.Əfəndiyev idi (107. 18).1918-ci ilin yanvarında Rusiya hökuməti ―Erməni qaçqınlarına təcili köməkgöstərilməsi haqqında‖ erməni məsələsi üzrə komissarlığın bəyanatını müzakirəedərək, qərara almışdır ki, bu məqsədlə təmənnasız olaraq 6.194.784 rubl vəsaitayırsın. Eyni zamanda bütün inqilab komitələrinə, digər yerli orqanlara ermənikönüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Ermənistanagöndərmək haqqında təlimat göndərmişdi (129. 224).Vaxtilə çar Rusiyasında olduğu kimi, Sovet Rusiyası da erməni könüllüdəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü (29.69). Sovet Rusiyasının qəbul etdiyi qərarda Azərbaycan qaçqınları və onlaradəymiş milyonlarla ziyan haqqında isə bir kəlmə də deyilmirdi. Halbuki, bu dövrdəermənilərin hərbi təcavüzündən ən çox ziyan çəkən azərbaycanlılar olmuşdur.49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!