13.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yeni qurulmuş, gənc Azərbaycan Xalq Cümhuriyyətinin başı üstünü ölümtəhlükəsi almışdı. Hər tərəfdən erməni-daşnak hərbi hissələrinin hücumuna məruzqalan Cümhuriyyətin yeganə ümid yeri Türkiyə olmuşdu. Əks-təqdirdə, bolşevikermənisilahlı birləşmələri Azərbaycan Cümhuriyyətini məhv edər, Qafqazdayaranan Azərbaycan dövləti tarixin səhnəsindən silinə bilərdi. Əlbəttə, ermənilərinəsas məqsədlərindən biri də elə bu idi.Qafqaza aid məsələlərin həllində müəyyən marağı olan Türkiyə müxtəlifdövlətlərin dəstəklədikləri ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinəbiganə qala bilməzdi (62. 73).Digər tərəfdən, Cümhuriyyəti xarici düşmənlərdən müdafiə etmək,azərbaycanlıların ermənilər tərəfindən qırğınlarına son qoymaq və bolşevik-ermənihərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün,Azərbaycan hökuməti güclü bir dövlətin hərbi yardımına ehtiyac olduğunu yaxşıbaşa düşmüşdü. ―Vahid və bölünməz Rusiya‖ yaratmağa çalışan A.İ.Denikininağqvardiya ordusu, eləcə də öz qonşularına ərazi iddiaları irəli sürən daşnakErmənistanı Cümhuriyyətin ərazi bütövlüyünə və müstəqilliyinə real təhlükəyaratdığından, Azərbaycan xalqının milli maraqlarının müdafiəsi baxımından daciddi ölçü götürülməsini tələb etmişdi. (111. 27).Belə bir çətin dövrdə Azərbaycana yardım edəcək yeganə dövlət Türkiyədövləti olmuşdu. Bu dövlət, həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk xaricidövlət idi.1918-ci il iyunun 4-də Batumda Türkiyə və Azərbaycan Cümhuriyyətiarasında dostluq haqqında müqavilə bağlanmışdı. Müqavilənin Osmanlı imperiyasıtərəfindən Ədliyyə Naziri, Senatın sədri Xəlil bəy və Osmanlı imperiyasınınQafqaz cəbhəsinin ali baş komandanı Feriq Vehib Paşa, Azərbaycan Cümhuriyyətitərəfindən Xarici İşlər Naziri Məmməd Həsən Hacinski və Milli Şuranın sədriMəmməd Əmin Rəsulzadə imzalamışdı. Müqavilənin 4-cü maddəsindəgöstərilmişdi ki, ölkədə təhlükəsizlik və qayda-qanun təmin etmək tələbatıyaranarsa, Osmanlı İmperiyası Azərbaycan Cümhuriyyəti hökumətinə silahlıqüvvələrlə kömək etməyi öz öhdəsinə götürür (9. v. 1-3).Azərbaycan Cümhuriyyətinin siyasi və hərbi cəhətdən möhkəmlənməsində1918-ci il 4 iyun tarixli müqavilənin əhəmiyyəti xüsusilə böyükdür. ÇünkiAzərbaycan dövləti və xalqı, Sovet Rusiyasının hərbi və maddi yardım etdiyiermənilərin yaxşı silahlanmış hərbisi ilə üz-üzə qalmışdı. AzərbaycanCümhuriyyətinin xahişi ilə Gəncəyə tərkibində 300 nəfər müşavirin olduğu türkhərbi nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyətinə Nuru paşa rəhbərliketmişdi (100. 30).Hələ 1918-ci il mayın axırında və iyunun əvvəlində türk qoşunları Gəncəyəgəlməyə başlamışdı. Onların bir hissəsi Qaraklis, Dilican, Qazax və Ağstafa yoluilə Qars və Aleksandropoldan gəlmişdi. Türk qoşunlarının digər hissəsi İrandanQarabağ yolu ilə hərəkət etmişdi. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!