13.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Martın, 18-də bolşevik sosial - demokratları və onlara yaxın olan başqasosialist yerli qruplar silah gücünə hakimiyyəti öz əllərinə almışdılar, bütün yerlihakimiyyət orqanlarını, o cümlədən ümumi səsvermə qaydasına əsasən 1917-ci iloktyabrın 29-da seçilmiş şəhər dumasının yeni tərkibini ləğv etmişdilər (149. №13-16, 1918, c. 2-6).Buradan aydın olur ki, erməni Şaumyan və Korqanovun məqsədi, heç dəişin öhdəsindən gələ bilməyən Dumanı buraxmaq deyil, özlərinintəkhakimiyyətliliyini yaratmaq olmuşdur.Bakıda bolşevik-daşnak qüvvələrinin özbaşınalığı davam edirdi. Bolşeviklərisə bu özbaşınalığın qarşısını ciddiyyəti ilə almaq fikrində deyildilər. Buna misalolaraq, 1918-ci ilin aprelində İnqilabi Müdafiə Komitəsinin erməni milli şurasınagöndərdiyi məktubdan da görmək mümkündür.1918-ci ilin aprelin 18-də İnqilabi Müdafiə Komitəsi Erməni Milli Şurasınagöndərdiyi məktubda bir hakimiyyət kimi varlığına təcili son qoymağı və müsadirəetmək, vergi qoymaq, həbsə almaq, axtarış aparmaq və başqa bu kimi hökumətvəzifələrini yerinə yetirməyi qadağan etmişdi (121. № 62, 1918). Lakinbolşeviklərin bu tələbi yerinə yetirilməmiş qalmışdı.Bakıda erməni-bolşevik Sovet hakimiyyətinin möhkəmləndirilməsindəErməni Milli Şurası mühüm rol oynayırdı. Xüsusən, daşnak tərəfkeşliyi Sovetinhakimiyyəti əlində saxlamaq üçün həlledici şərt idi (78. 24). Çünki Bakı Sovetininhərbi qüvvəsinin əsasını yenə də ermənilər təşkil edirdi.1918-ci il aprelin 26-da İnqilabi Müdafiə Komitəsi (St.Şaumyan vəQ.Korqanov) və Erməni Milli Şurası nümayəndələrinin (A.Gülxandyans, N.Ter-Qazaryans, S.Ter-Qazarov, Ter-Oqanyan) birgə iclasında ikinci erməni ehtiyatpiyada polkunun yenidən təşkili haqqında qərar verilmişdi (86.257-258). Buqərarın altından St.Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun birhissəsi Qırmızı Sovet batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonununtərkibinə daxil edilmişdi.Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabeedilmişdi. Onlar 16 və 17-ci batalyonlar adı altında Qırmızı Ordunun tərkibinədaxil olmalı idi.Daşnak hərbi hisssələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədərformal xarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saxlayırdılar.Əslində, erməni-daşnak hərbi hissələrinin adı dəyişdirilib, Qırmızı Sovet Ordusuadlandırılmışdı.Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildirki, erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində qırmaq fikrində dədeyildir (167. 59.60).―Daşnaksütyun‖ partiyasının yaratmaq istədiyi ―Böyük Ermənistan‖dövlətini, elə Bakı Xalq Komissarları Sovetinin erməni rəhbərliyi də istəyirdi.78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!