14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

(6)

ƏDƏBİ İRS VƏ VARİSLİK: SƏMƏD VURĞUN ŞEİRİNDƏ FÜZULİ

Afaq YUSIFLI Xəlil qızı 9

ABSTRACT

In article various sides of contact of creativity of Samed Vurgun with a heritage of

great Azerbaijan poet Fizuli are analyzed. Communication of Samed Vurgun with a heritage

of Fizuli is indisputable; it is shown both in use of genres and in repetition of images. On an

example of the analysis of separate products indissoluble communication between classical

and modern poetry is visually proved.

РЕЗЮМЕ

В статье анализируются различные грани соприкосновения творчества Самеда

Вургуна с наследием великого азербайджанского поэта Физули. Связь Самеда Вургуна

с наследием Физули бесспорна; она проявляется и в использовании жанров и в

повторении образов. На примере анализа отдельных произведений наглядно доказана

неразрывная связь между классической и современной поэзией.

S.Vurğun çağdaş Azərbaycan ədəbiyyatının ən çox tanınan, oxunan, bəyənilən, qəbul

olunan, mübahisə və müzakirələr doğuran bir nümayəndəsidir. Onun dili, üslubu, poetik

deyim tərzi, obrazları özündən sonra gələn yazarlar üçün əsil örnək və məktəb olmuşdur.

Azərbaycan sovet poeziyası deyilən poeziya birinci növbədə S.Vurğunun adı ilə bağlıdır.

S.Rüstəmin, R.Rzanın və digərlərinin xidmətlərini inkar etmədən bu həqiqəti etirafdan

yayınmaq çətindir. S.Vurğun bütün ziddiyyətləri, mübahisəli məqamları ilə birlikdə müəyyən

bir dövr üçün Azərbaycan şerinin bayraqdarı, öncülü vəzifəsini yerinə yetirmiş, başqaları ona

baxıb düzlənmişlər. Onun şeirləri mürəkkəb, ziddiyyətli bir dövrün ideoloji döyüşlərində əli

silahlı bir əsgər kimi vuruşmuş, bəzən dost ilə düşməni qarışıq salmış, ancaq döyüş mövqeyini

heç vaxt tərk etməmişdir. Bu poeziya həm yeni və orijinal idi, həm də ənənəyə söykənirdi.

Ədəbiyyatımızın bütün əvvəlki uğurlarından qidalanırdı. Ona yeni ruh, yeni məzmun gətirirdi.

Daha çox xalq poeziyası və xüsusən Vaqif ədəbi məktəbinə bağlı olan, daha çox bu ənənə

üzərində yüksələn, mayasını bu zəmindən götürən bu poeziya həm forma, həm də məzmun

cəhətdən yeni, əvvəllər görünməmiş cizgilərə malik bir poeziya idi. Bu poeziyada

ədəbiyyatımızın başqa ənənələri ilə bağlı məqamlar, dünya şerinin təcrübəsinə söykənən

cəhətlər də yox deyildir. Həm də bu məqamlar, cəhətlər hər hansısa ənənəyə

söykənmək,hansısa bir ədəbi yönə elə-belə bağlanmaq xatirinə olmamışdır .

S.Vurğun döyüşlər, vuruşlar dövrünün şairi olduğundan onun poeziyası da bütünlüklə

zamanın fikir, ideya, sənət döyüşlərinin ifadəsi və inikası olmuş, gerçəkliyin və həyatın

tələbinin bir nəticəsi olaraq meydana çıxmışdır. Onun poeziyasında bütövlükdə dünya

ədəbiyyatının ən sağlam meylləri birləşmiş, rəngarəng axarlar bu məcrada birləşərək

mürəkkəb bir sənət aləmi yaratmışdır. S.Vurğunun poeziyası bütün dürlü çalarları, məqamları

ilə birlikdə sovet gerçəkliyinin, sovet adamının poeziyası idi. Onun mürəkkəb, zəngin, bəzi

hallarda ziddiyyətli axtarışlarını, ağrı-acılarını əks etdirirdi.

S.Vurğunun zəngin ədəbi irsində klassik Azərbaycan ədəbiyyatı, o cümlədən, Füzuli

irsinə, onun ölməz ənənələrinə bağlılıq özü də ayrıca yer tutur. S.Vurğun şerinin Vaqif,

Nizami, Sabir, ənənələri ilə bağlılığı məsələlərinə kölgə salmadan, etiraf etmək lazımdır ki,

Füzuli ənənələri də S.Vurğun yaradıcılığında ötəri, keçəri bir cəhət sayıla

bilməz.C.Abdullayev çox doğru olaraq yazır:”S.Vurğun bütün sələfləri kimi Füzulini də

övlad məhəbbəti ilə sevir, adını tez-tez zikr edir, kədərlə, hüznlə və iftixarla xatırladır, poetik

bayrağını həmişə uca tutur, şeirlərində, poemalarında, məqalə və çıxışlarında onu şeirimizin

həm məbədi, həm də məbudu hesab edirdi”.(5.325) S.Vurğunun ilk şeirlərindən başlamış son

9 Gəncə Dövlət Universiteti, Gence/AZERBAYCAN.

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!