14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

(8)

MƏŞĞƏLƏLƏR MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAĞIN SOSİAL-MƏNƏVİ

İNKİŞAFININ VASİTƏSİ KİMİ

Dos. Şəhla ƏLIYEVA 30

ABSTRACT

Be substituted with his developing as personality of the traditional costs of the child

training he demands taking into account of function of the activities of the private approach

direct against children, children mine. Teaching place of the pre-school educational

institutions education programs and he is -is/are consists of applied area of technologies.

Təhsil siyasətinin məqsədi – şəxsiyyət, cəmiyyət və dövlətin tələblərinə uyğun

olaraq, təhsilin yüksək keyfiyyətini təmin etməkdir.

Bu gün təhsilə münasibət dəyişib. Azərbaycan təhsili həm məzmun, həm də struktur

baxımından yeniləşməyə başlamış, onun beynəlxalq əlaqələri genişlənmiş, dünya təhsil

sisteminə inteqrasiyası intensivləşmiş, sözügedən sahədə aparılan islahatlara dövlət təminatı

artıq reallığa çevrilmişdir.

Müasir dövrdə uşaqları hərtərəfli inkişaf etdirmək, bir şəxsiyyət kimi formalaşdırmaq

üçün məktəbəqədər təhsil müəssisələri mövcud imkanlardan səmərəli istifadə etməli, təlimtərbiyə

işlərini təkmilləşdirməlidir.

Prof. S. Xəlilovun qeyd etdiyi kimi,”müasir dövrdə dünyanın bütün qabaqcıl ölkələri

təhsilin... optimal modelinin axtarışındadır”.”Yeni tələblərə uyğun,yeni dövrün ab-havasına

uyğun yeni təhsil sistemi lazımdır”( 1,s.13).

Müasir şəraitdə təhsil artıq “millətin gələcəyini formalaşdırmağın ən başlıca

yolu,”üsulu” hesab olunur.Təsadüfi deyildir ki,YUNESKO XXI yüzilliyi artıq “Təhsil əsri”

elan etmişdir

Uşaq təliminin ənənəvi dəyərlərinin onun şəxsiyyət kimi inkişaf etdirilməsi ilə

əvəzlənməsi, uşaqlara qarşı şəxsi-istiqamətləndirilmiş yanaşmanın, uşaqların subkulturasının,

fəaliyyətlərinin mədəni-yaradıcı funksiyasının nəzərə alınmasını tələb edir. Məktəbəqədər

təhsil müəssisələrinin tədris məkanı təhsil proqramları və texnologiyalarının tətbiqi

sahəsindən ibarətdir.

Məktəbəqədər pedaqogikada sosial-şəxsi inkişafa kompleks proses kimi baxılır;

nəticədə uşaq, yaşamalı olduğu cəmiyyətin dəyərlərini, ənənələrini, mədəniyyətini

mənimsəyir.

Bu prosesin metodoloji əsası, insan və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında insanın

bir dəyər olaraq nəzərdən keçirilməsi (aksioloji yanaşma), ətraf mühitin və özünün

dəyişdirilməsində onun fəal rolu haqqında fəlsəfi fikirdir.

Psixoloji-pedaqoji ədəbiyyatda uşağın sosial inkişafının ana xətti, pedaqoji işin

məzmunu, uşaqların sosial aləminin formalaşdırılması texnologiyası göstərilmişdir. Bu

məsələlərin həyata keçirilməsi, pedaqoqlar və valideynlər tərəfindən hər bir uşağın unikallığı

qəbul olunmadan, cins, fərdilik, psixikanın yaş xüsusiyyətləri nəzərə alınmadan mümkün

deyil. (2,s.42)

Uşaqda olan Vətən hissi onun ailəsinə, ən doğmalarına – anaya, ataya, babaya,

nənəyə, bacı və qardaşlara münasibətindən başlayır.

Məktəbəqədər yaşlı uşaqların vətəndaş olaraq tərbiyələndirilməsində ilkin pillə doğma

evə olan sevgi və bağlılıq hissinin inkişaf etdirilməsidir. “Doğma ev” anlayışı mürəkkəb və

çoxcəhətlidir. Buraya, bir şəxsiyyət olaraq özünə münasibət, ailəyə münasibət, ailə

ənənələrinə bağlılıq daxildir. Körpənin ilk dostları, getdiyi uşaq bağçası, yaşadığı evin

30 pedaqoji elmlər namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Bakü/AZERBAYCAN.

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!