14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

V.A.Suxomlinski

Tərbiyələndirmə işinin əsl mahiyyəti sizin uşaqla olan söhbətlərinizdən, uşağa etdiyiniz

birbaşa təsirdən deyil, ailənizi, şəxsi və ictimai həyatınızı və uşağın həyatını nə cür təşkil

etməyinizdən ibarətdir.

A.S.Makarenko

Insana hörmət – nümunə daşıdır. Insana hörmət hissi insanların ürəyinə həkk

olunarsa, onlar elə bir sosial, iqtisadi, siyasi sistem yaradacaq ki, bu sistemdə insana hörmət

sarsılmaz, dəyişməz qanun olacaq.

Antuan Sent de- Ekzüperi

İkinci aparıcı: Özünə, təbiətə və ətrafdakılara olan münasibət özünün və başqaların

hərəkətlərinin nəticəsini qəbul etmək və qiymətləndirmək, etdiyi hərəkətlərə görə məsuliyyət

hissini dərk etmək, insanları xasiyyət və vərdişlərinin xüsusiyyətləri ilə qəbul etmək, daha

səbrli olmaq, başqalarının hüquqlarına hörmət etmək bacarıqlarını özündə birləşdirir.

Birinci aparıcı: Bəli. Bu cəhətlərin hamısını biz məktəbəqədər yaşlı uşaqda

formalaşdırırıq. Bundan başqa, müəyyən şəxsi keyfiyyətləri, kommunikativ bacarığı

tərbiyələndirir, uşaqlara müxtəlif məlumatlar verir və bu məlumatlardan effektiv nitq zamanı

istifadə etməyi öyrədirik.

Ikinci aparıcı: Bəs nə üçün vətəndaş tərbiyəsi məsələləri əvvəllər bu şəkildə

qoyulmurdu?

Birinci aparıcı: Çünki seçicilərə yalnız bir namizədin təklif olunduğu və onların

sosial seçimə malik olmadıqları seçkilərdə müəyyən vətəndaş mövqeyi tələb olunmurdu.

Ikinci aparıcı: Məncə, yeni sosial şəraitdə əhalinin vətəndaş olaraq fəal, savadlı

olması çox vacibdir və xalqın taleyi bundan asılıdır.

Birinci aparıcı: Məhz bu cürdür. Elə buna görə də, vətəndaş tərbiyəsi son dərəcə

mühüm məsələlərdən biridir.

Uşaqların tərbiyələndirilməsi prosesinin humanizm prinsipləri əsasında təşkil

olunmasını təklif edirik. “Humanizm” sözü latın dilindən tərcümə olunub və humanus –

insanpərvər, insanları sevən deməkdir.

Ikinci aparıcı: Maraqlıdır, bəs kolleqalarımız nə deyəcək? Uşaqlarla vətəndaşlıq

tərbiyəsi ilə əlaqədar aparılan işin məzmunu nədən ibarətdir?

(Pedaqoqların çıxışları)

Kiçik yaşlılar:

— ünsiyyətin əsas şərti olaraq nitqin inkişaf etdirilməsi;

— böyüyün uşaqlarla ünsiyyət üslubu – uşaqla ətraf aləm arasında olan

münasibətlərin timsalıdır;

— uşaqlara yaxşı və pis haqqında olan etalon təsəvvürləri

mənimsətməyi, sosial münasibətlər sahəsində olan səbəb-nəticə əlaqələrini təhlil

etməyi öyrətmək;

— təbiət obyektlərinə, digər insanlara, uşaqlara qarşı münasibətdə

empatiklik (həssas qavrayış) bacarığını inkişaf etdirmək;

— qrupun ənənələrini yaratmaq: Müxtəlif tədbirlər keçirmək.

— Böyük yaşlılar:

— uşaqlar qrupun gələcək planlarının müzakirəsində iştirak edir;

— həyatın nizama salınmasında qaydaların rolunu uşaqlarla müzakirə

etmək;

— uşağı insanlarla, yaşıdları ilə, qızlarla, oğlanlarla tanış etmək;

— uşağın ona yaxın olan insanlara (ailəyə, uşaq bağçası qrupuna,

ölkəsinin əhalisinə) aidiyyatını izah etmək;

— qrupun normaları və ənənələri ilə tanış etmək (növbənin

düzənlənməsi, azlığın tələbatları nəzərə alınmaqla çoxluğa tabe olmaq, püşkatma və

s.);

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!