14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

üslubun öz normalarını gözləməyə, ona əməl etməyə borcludur. Hər üslubun öz tələbləri,

qanunları, deyim və ifadə tərzi vardır. S.Vurğunun əruzla yazılan şeirləri, bizə görə, təbiilik,

canlılıq, həyatilik baxımından onun heca vəzni ilə yazdığı şeirlərdən prinsipial dərəcədə

fərqlənmir və qarşı-qarşıya qoyulmaq həddində deyildir.

Ancaq bütövlükdə S.Vurğunun bu ilk çağlarda yazdığı şeirlərin hələ zəif olduğunu,

onlarda şəxsi, fərdi hiss və duyğuların əks etdirildiyini, bu şeirlərin sənətkarlıq baxımından da

hələ kamil olmadığını ört-basdır etmək yersizdir. Yenə də B.Vahabzadənin dediyi kimi, «bu

parçalarda mücərrəd romantika, uğursuz məhəbbətdən doğan şikayət, etiraz və bədbinlik» var,

«köhnəliyə qarşı üsyan və nikbin xallar» isə zəifdir (1.32). Sonralar şair özü də etiraf edir ki,

«o vaxt əsərlərim ağlamış fəqət».

S.Vurğunun sonrakı dövr yaradıcılığında da Füzuli irsinə bağlılıq azalmır. O,

ənənədən, ənənəyə möhkəm tellərlə bağlılıqdan yenilikçilik, novatorluq yoluna keçdiyi

çağlarda da Füzuli onun dilindən düşmür. İndi onun Füzuli ilə əlaqələrini göstərən məqamlar

çətin görünür, açıq nəzərə çarpmır. Məşhur «Azərbaycan» şerini götürək. Forma, dil, üslub,

fikir, sənətkarlıq baxımından orijinal və ecazkar bir sənət incisi olan bu əsərdə ənənə ilə

novatorluğun tam bir vəhdəti ilə qarşılaşırıq. Düzdür, Əhməd Cavadın da belə adda və bu

formaya yaxın bir tərzdə yazılan şeri vardır. Hətta bəzən S.Vurğunun Əhməd Cavaddan

istifadə etdiyini də düşünmək mümkündür. S.Vurğunun «Azərbaycan» şerindəki bəzi misralar

eyni ilə Əhməd Cavadın «Azərbaycan» şerindən gəlir. «Bir tərəfin bəhri-Xəzər» və s.

misraları xatırlatmaq kifayətdir. Ola bilsin ki, S.Vurğun bu şeri yazan zaman Ə.Cavadın

şerindən təsirlənmiş və ona cavab yazmaq fikrinə düşmüşdür. S.Vurğun öz əsərini Ə.Cavada

bir cavab kimi yazsa da, onun şerindən yerlə göy qədər fərqli, orijinal, əsrarəngiz bir sənət

incisi yaratmışdır. S.Vurğun bir-iki yerdə Əhməd Cavadın işlətdiyi misranı şerinə daxil etmiş,

özü də görünür ki, yəqin ki, qəsdən daxil etmiş, ancaq onun dövrəsinə elə misralar düzmüş,

elə hiss və fikirlər ifadə etmiş, elə qeyri-adi sənətkarlıq ecazları göstərmişdir ki, bu iki əsəri

bir-birilə müqayisə etmək belə insafdan uzaq olardı. Bu şeirdə Azərbaycan, onun gözəlliyi,

sərvəti, tarixi, mədəniyyəti, gələcəyi tərənnüm olunur. Qəribə və təbii olan cəhət budur ki, bu

şerə Füzuli də daxil olmuşdur. Azərbaycan dühasının, Azərbaycan varlığının bir təcəssümü,

təsdiqi, göstəricisi olan nadir bir şəxsiyyət kimi. Füzuli bu şerə Azərbaycan tarixinin iftixar,

ucalıq zirvəsi kimi, şer, sənət ocağı olan bir yurdun söz, şeir yadigarı, hünər pəhlivanı kimi:

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər.

Əlin qələm, sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır. (4.269) .

Buradakı «Nizamilər» sözü sonralar şeirin ilk çapında “Nəsimilər” kimi

verilmişdir(Bax: 4.424). Çünki bu şeir yazılan vaxtlarda hələ Nizami Azərbaycan şairi kimi

tanınmırdı. Nəsimi isə Füzuli ilə yanaşı orta əsrlər Azərbaycan şeirinin ən böyük

ustadlarından biri hesab olunurdu. Və indi də belə bir ustad kimi qiymətləndirilməkdədir.

S.Vurğun bu sənətkarların yaradıcılığındakı fikir və sənətkarlıq kamilliyini, forma və məzmun

aliliyini və vəhdətini şeir dili ilə ifadə edərək «Ölməz könül, ölməz əsər» misrasını yaratmış

və bununla da özünün Nəsimi və Füzuli dühasının həqiqi varisi olduğunu, olmağa can atdığını

nümayiş etdirmişdir.

«Azərbaycan» şerini ətraflı təhlil edən B.Vahabzadə yazır: «Ümumən

ədəbiyyatımızda Azərbaycana həsr olunan irili-xırdalı bütün əsərlər içərisində bu şeir misilsiz

yer tutur. İlk baxışda adi söz və ifadələrdən ibarət olan bu şerin üstünlüyü məhz sadəliyində və

bu sadəlik içərisindəki böyüklüyündəndir» (1.54). Verilən bu qiymətlə razılaşmaqla bərabər

onu da qeyd etməyi lazım bilirik ki, ilk axtarışlar dövrünün şeirləri nəzərə alınmazsa,

S.Vurğunun bütün əsərləri fikrin və sənətkarlığın, forma və məzmunun qeyri-adi vəhdətindən

yaranmış təkrarsız, bənzərsiz sənət möcüzələridir. Nəsimi, Füzuli və Vaqif poeziyasının

ecazkar sənət uğurları üzərində ucalan bu yeni, əlçatmaz poeziya bütün ziddiyyət və

aldanışları ilə birlikdə bir heyrət və qeyrət abidəsidir.

34

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!