14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

Fikrim düşünür o əski anı,

Dürrə, səni sevdiyim zamanı.

Röyamı, nədir bu gördüyüm, ah,

Xülyamı, nədir bu aləm, ey vah!?

Artıq günəşin ziyası sönsün,

Artıq bu diyar məzarə dönsün! (4.33).

Bu kiçik şeir parçası ilk baxışda adama elə gəlir ki, Füzulinin «Leyli və Məcnun»

poemasından götürülmüşdür. Halbuki bu parça Füzuli poemasının və şairin uğursuz sevgisinin

oyatdığı təəssürat əsasında qələmə alınmışdır. Fikir, düşüncə S.Vurğunundursa, onun ifadə

tərzi, obrazları Füzuli poemasından gəlir. Füzulinin «Leyli və Məcnun» poeması S.Vurğunun

yaxşı bildiyi, duyduğu bir əsər idi. Bu və digər şeirlərdə də bu poemanın təsiri açıq

duyulmaqdadır.

Qoşma şəklində yazılan «Sızıltılarım» şerində də S.Vurğunun lirik qəhrəmanı ilə

Füzulinin qəhrəmanı arasında müəyyən yaxınlıqlar duyulur. Düzdür, Füzulidə sızıltı yox,

kədər vardır. Böyük insan kədəri vardır. Zamanın kədəri vardır. S.Vurğunun şerində şəxsi

kədər və özünün dediyi kimi, sızıltı qabarıq nəzərə çarpır. Ancaq bununla bərabər S.Vurğunun

şerində də elə məqamlar vardır ki, onu Füzuli ilə birləşdirir. Əgər Füzuli «Məndən, Füzuli,

istəmə əşari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir» deyirsə, S.Vurğun da

onunla həmahəng olaraq yazır:

Xəstəyim, yalnızım, ürəyimdə qəm,

Nəyə dəyər həyat, olmasa həmdəm.

Sevdasız, sevgisiz həyatı sevməm.

Gəl çıxalım seyrə, güllər ötüşsün. (4.31).

Əgər Füzuli «Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badisəbadan

qeyri» (3.317) deyərək fəryad qoparırsa, dərdinə yanan, halına acıyan, yaralarına

məlhəm qoyan bir həmdəm tapa bilmirsə, buna görə də kimsəsizlikdən şikayətlənirsə,

S.Vurğun da təxminən buna bənzər vəziyyəti əks etdirir. Eyni əhvali-ruhiyyə şerin predmetinə

çevrilir. Onun da sevgi nalələrini eşidən bir kimsə tapılmır:

Əskimişdir yaram, artıq sağalmaz,

Sevdayi-naləmi bir könül almaz.

Bu xəstə Vurğunun dərdi azalmaz.

Qoy sınıq könlümdə tellər ötüşsün. (4.31).

S.Vurğun bəzi hallarda Füzuli poeziyasının bu və ya başqa bir poetik xüsusiyyətindən

bəhrələnir. Məlum olduğu kimi, əsasən Nizami irsində qoyulan saqiyə müraciət şəklində

yazılan şeirlər, parçalar Füzulidə xüsusilə qabarıq nəzərə çarpır. Saqinamə kimi tanınan, ancaq

farsca yazılan «Yeddi cam» poemasını bir kənara qoyaraq, «Leyli və Məcnun» poemasında

Füzuli saqiyə müraciətdən sıx-sıx bəhrələnir. Füzuli poemasında bütün bəhsləri saqiyə

müraciətlə başlayıb saqiyə müraciətlə də tamamlayır. Bu cəhət onun əsərinə daha təsirli bir

məzmun və ruh verir. Saqi qəm sirdaşıdır, dərdlər həmdəmidir. Müəmmaları, müşkülləri açan,

dərdə dözməyən insanlara həmdəm olub onların qəminə şərik çıxan, təsəlli verən müstəsna bir

həmdərddir. S.Vurğun da elə bil ki, böyük sələfinin arxasınca gedərək saqiyə müraciət

formasından ustalıqla istifadə edir. Saqini bir həmdəm, həmdərd kimi köməyə, imdada çağırır,

özünün və dünyanın kədərindən söhbət açır. Bu baxımdan «Bir qətrə yaş» adlı şeir diqqəti

cəlb edir. Şeir kiçik bir saqinamə tərzində yazılmışdır. Düzdür, klassik ədəbiyyatda saqinamə

daha çox mütəqarib bəhrində yazılır. Nizami sənətinə hörmət əlaməti olaraq bu ənənəyə uzun

müddət riayət olunmuşdur. Çünki ilk saqinamələr Nizami tərəfindən «İsgəndərnamə»

poemasında həmin əsərlə eyni ölçüdə mütəqarib bəhrində yaradılmışdır. Ancaq Nizaminin,

xüsusən də Füzulinin «Leyli və Məcnun» poemalarında da çoxlu saqinamə parçaları vardır.

Görünür ki, bu cəhəti yaxşı bilən S.Vurğun saqinamə formasından istifadə sahəsində daha da

irəli getmiş və qoşma formasında saqinamə yazmışdır. Şerin birinci, üçüncü və beşinci

bəndləri saqiyə müraciətlə başlayır və ikinci, dördüncü bəndlər isə özündən əvvəlki saqiyə

müraciətli bəndlərin davamı kimi yazılaraq poetik nitqə bir təbiilik və əlvanlıq gətirilir.

32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!