14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

doğru qeyd etdiyi kimi «Bunda günəş kimi bir həqiqət var» fikrindən uzaq görünür. Həyat

həqiqətinə sədaqət realist əsərdə də, romantik əsərdə də eyni dərəcədə mümkündür. Sadəcə

olaraq bu həyat həqiqəti bu metodların hər birində özünə məxsus bir şəkildə ifadəsini tapır.

Əgər fantaziyanın məhsulu olan bir əsər həyat həqiqətini əks etdirmirsə, bəs onda «Leyli və

Məcnun» poemasını bu qədər sevdirən nədir?

S.Vurğun irsinin ən parlaq nümunələrindən olan «Azad ilham» əsərində şair orta

əsrlər ədəbiyyatının üç böyük sənətkarını xatırlayır. Yenə də bu günlə, bu günün sənətkarının

taleyi ilə orta əsrlərdə yaşamış şairlərin taleyi arasındakı uçurumu, təzadı əks etdirmək üçün.

Burada Nəsimi, Füzuli və Vaqif xatırlanır, təhlil olunur, qiymətləndirilir. Burada Füzuliyə

həsr olunan misralar aşağıdakılardır:

Füzuli doymadı göz yaşlarından,

Açdı qapısını səhər yelləri.

İncidi ən yaxın sirdaşlarından,

Ağlayıb-ağlatdı bizim elləri.

Ağarmış saçında, saqqalında qış…

Asiman dolandı şikayətindən.

Karvanı dərd aldı səhrada qalmış

Leylinin, Məcnunun hekayətindən. (4.277).

Buradakı fikirlər Füzuli əsərlərindən götürülmüşdür, onlara işarə edir. Şairin bu və ya

başqa əsəri, obrazı, beyti S.Vurğun üçün ümumiləşdirmələr aparmağa imkan verir. «Açdı

qapısını səhər yelləri» fikrini S.Vurğun uydurmamış, Füzulinin özündən, onun «Nə açar kimsə

qapım badi-səbadan qeyri» misrasından almış, sonra gələn bəzi fikirləri də bu fikir üzərində

kökləmişdir. S.Vurğun Nəsiminin, Füzulinin, Vaqifin talelərindəki acı məqamları nəzərə

çatdıraraq müasir sənətkarın bəxtiyarlığını, hərçənd indi bu bəxtiyarlıq haqqındakı söhbəti

birmənalı şəkildə qəbul etmək, çətindir, onların uğursuz taleyinə qarşı qoymuşdur. Eyni

zamanda özünün onların varisi, davamçısı, xələfi olduğunu bildirmişdir. Onların irsinə,

sənətinə layiq olan zəngin, əlvan hiss və duyğular, fikir və qənaətlər ifadə edən bu ecazkar

şerində ən layiqli bir varis kimi onlara da həmin şeirdə yer tapır. Həm də bu fikirlər şeirin

ümumi axarında əriyərək, qaynaq olunaraq bir bütöv təsiri bağışlayır. Bu şerdəki odlu, alovlu

bir qəlbin çırpıntıları, fikirdən fikrə keçidləri, obrazların qeyri-adi əlvanlığı, gözlənilməzliyi

oxucunu heyran edir, tilsimləyir. Məhz bu vaxt S.Vurğun poeziyasının bütün yeni cəhətləri ilə

birlikdə Füzuli sənətindən qidalanan, ondan örnək götürən, onun ənənələrinə bağlı olan,

müasir dövrün səsinə səs verən poeziya olduğunu görürük. Füzuli ənənələrinə bağlılıq burada

klassik şeir formalarını təkrarlamaqda, əruzla yazmaqda, hətta Füzulinin adını çəkibçəkməməkdə

deyil, bütövlükdə şerə münasibətdə, yeni dövr üçün Füzuli şeri tutumlu əsərlər

yaratmaqda özünü hiss etdirir. Füzuli adının çəkilməsi, ondan danışılması, sitatlar verilməsi,

müqayisələr, təhlillər aparılması isə bu ənənəyə bağlılığın etiraf olunması kimi meydana çıxır.

«20 bahar» şerində də keçmişlə bu gün, cənubla şimal müqayisəsi Füzuli, Nizami,

Vaqif şerinə müraciət şəklində qələmə alınır. Əsərin qəhrəmanı Bahar adlı iyirmi yaşlı

bəstəkar bir qızdır. Bəstələdiyi musiqi əsərlərinin sözləri arasına Füzulidən və Vaqifdən gələn

sözlər daxil olur. Onun bir nəğməsində Vaqifdən gələn «gərdənin minadır, boyun tamaşa»

misrası işlənirsə, Təbriz gözəlinə həsr etdiyi nəğmə-simfoniya Füzulidən götürülən parça ilə

yekunlaşır. Füzulinin «Məni candan usandırdı» qəzəlindən «Şəbi-hicran yanar canım, tökər

qan çeşmi-giryanım, oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?» beyti örnək gətirilir.

«Füzuli şerində adın var sənin» deyərək Təbriz gözəlinin dərdlərindən söhbət açılır.

S.Vurğunun əsərlərində Füzuli qədər xatırlanan, addımbaşı adı çəkilən ikinci sənətkar

göstərmək çətindir. S.Vurğun başqa sənətkarları da sevmişdir, o cümlədən Vaqif onun ən çox

sevdiyi şair olmuşdur. O, Vaqifə ayrıca dram əsəri də həsr etmişdir. Ancaq yenə də bir

həqiqəti xatırlatmaq lazım gəlir ki, hətta Vaqif adı da Füzuli adı qədər S.Vurğun əsərlərində

tez-tez gözə dəymir. Bu təbiidir ki, Füzuli irsinə çox dərin kökləri olan bağlılığın, məhəbbətin

ifadəsidir. Budur, «Şəki maralı» adlı şerdə az qala mətləbə dəxli olmadan «Böyük Füzulinin

şu kiçik bağı» misrası özünə yer tapır. Sanki Füzulinin böyüklüyü ilə onun adını daşıyan

bağın kiçikliyi şairin qəlbində kövrək bir etiraz oyadır. Sevgi duyğularındakı narahatlıq bura

36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!