14.12.2012 Views

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

7. Sayı - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TURAN-SAM * YIL: 2010 * CİLT: 2 * SAYI: 7 * YAZ 2010

TURAN STRATEJİK ARAŞTIRMALARI MERKEZİ DERGİSİ

www.turansam.org

MƏŞĞƏLƏNİN GEDİŞİ

Uşaqlar zala girir, səhnədə naməlum şəhərin dekorasiyası qurulmuşdur

Aparıcı: Uşaqlar, qeyri-adi bir şəhərə düşmüşük. Sizcə, bu hansı şəhərdir? Nə üçün

sən düşünürsən ki, bu (Sumqayıtdır, Gəncədir, Bakıdır və s.)? Deməli, bu şəhərin adını

bilmirik. Bəs siz şəhərin adını öyrənmək istəyirsiniz? Səhnəyə bir ağsaqqal çıxır.

Ağsaqqal: Mən bu şəhərin sirrlərini qoruyuram. Bu çox qədim şəhərdir. Eşitdim ki,

siz bu şəhərin adını öyrənmək istəyirsiniz. Yaxşı, sizə kömək edərəm, bu sirri açaram: şəhərin

adını öyrənmək üçün siz onun tarixini öyrənməlisiz. Bu işdə sizə sandıqça kömək edəcək.

Sandıqça sirrli qaladadır və qalaya sirrli yeraltı keçidlə çatmaq olar. Ardımca gəlin, mən sizə

yolu göstərəcəm.

Uşaqlar “tuneldən” keçir və səhnəyə çıxırlar, işıq sandıqçanın üstünə düşür. Aparıcı

uşaqlarla birlikdə sandıqçanı açır və oradan yol vəsiqəsini çıxarırlar. Hamı səhnədən düşür.

Aparıcı (oxuyur): “Bu vəsiqə şəhərin tarixini bilmək istəyənlərə verilməlidir. Bu işdə

sizə sehirli saat kömək edəcək: saatın vurması o deməkdir ki, tapşırıq düzgün yerinə yetirilir

və siz yolunuzu davam edə bilərsiniz. Indi isə saatın əqrəbini geri çevirin və siz şəhərin yenicə

yarandığı uzaq keçmişə qayıdacaqsız”.

Uşaqlar, bəs zamanı geri çevirmək olar? Zamanı geri çevirən maşın mövcuddur?

Xeyr? Bəs biz keçmişi nə cür öyrənəcəyik? Keçmişi öyrənməkdə bizə nə kömək edə bilər?

Doğrudur, insanın yaddaşı. Beləliklə, saatın əqrəbini geri çeviririk. Bunu kim edə bilər?

Uşaq saatın əqrəbini çevirir: səhnəyə işıq düşür. Pərdə açılır.

Aparıcı: Bu nədir? Dəniz, sahil? Düzənlik,isti düzənliklər?

Axı yol vəsiqəsində deyilmişdi ki, biz şəhərə düşməliyik. Bəs nə baş verdi? Bəlkə biz

vaxtı düz çevirməmişik və ya sehirli saat düzgün işləmir? Deyəsən mən işin nə yerdə

olduğunu anladım. Sizcə, şəhər yenicə yaranan zaman böyük idi ya kiçik? Bəs orada yaşayan

insanların sayı nə qədər idi? Onlar nə ilə məşğul olurdu? Bəs nə ilə qidalanırdı? Yəqin

mağazaya gedib ərzaqları oradan alırdılar. Yox? Bəs sizcə onlar nə ilə qidalanırdı? (Uşaqların

cavabları) Afərin! O zaman əhali əsasən bağçılıq, balıqçılıq, əkinçilik və s. məşğul olurdu.

Gəlin görək onlar nə becərirdi. Deyəsən buradakı bitkilərin bəzilərini biz təsadüfən öz

vaxtımızdan gətirmişik, çünki o zamanlar burada belə bitkilər becərilmirdi və becərilə

bilməzdi.

“Artıq olanı tap” oyunu

Uşaqlar xarici meyvə və tərəvəzləri yerli meyvə və tərəvəzlərdən ayırır və ayrı-ayrı

zəmbillərə toplayırlar.

Aparıcı: Gəlin şəhərin əhalisinə məhsulu yığmaqda kömək edək. Buraya artıq iki

zəmbil qoyulmuşdur. Məhsulu zəmbillərə toplayın və diqqətli olun!

Tapşırıq yerinə yetirildikdən sonra yoxlanılır: saatın zəngi çalınır, ikinci yol

vəsiqəsi çıxır.

Aparıcı (oxuyur): “Şəhər böyüyürdü. Insanlara çoxlu sayda müxtəlif əşyalar lazım idi

və şəhərdə sənətkarlıq inkişaf etməyə başladı, sənətkarlar yarandı. Saatın əqrəblərini

fırlatsanız o zamanlara düşəcəksiz”. Uşaqlar, bəs saatın əqrəblərini irəli yoxsa geri

çevirməliyik? Geri? Bəs geri çevirsək çox qədim zamanlara düşmərik ki? Birdən

dinozavrların vaxtına düşərik! Deməli əqrəbləri irəli çeviririk? Amma çox irəli çevirmək

olmaz, yoxsa sənətkarların vaxtına deyil, öz vaxtımıza qayıdacağıq.

Uşaqlar saatın əqrəblərini irəli çevirir, pərdə açılır, səhnədə o zamanın qədim evinin

dekorasiyası var. Masanın üzərində kasalar, mütəkkələrin üstündə yarımçıq tikilmiş milli

geyim vardır.

Aparıcı: Bu nədir? Nə gözəl qablardır, axı sadə qabdan da yemək olar. Doğrudur,

gözəl qabda yemək daha da dadlı olur. Bəs bu qablar nədən düzəlib?

(Uşaqlar peşənin adını çəkir, onun fərqləndirici xüsusiyyətlərini söyləyirlər.)

Aparıcı: Burada tikiş tikilirdi. Gəlin yarımçıq qalan işləri tamamlayaq, sənətkarlar

qayıdanda işlərinin bitmiş olduğunu görəcək və çox sevinəcəklər.

“Milli geyimi tamamla” oyunu

Uşaqlar xırda hissələrdən istifadə edərək geyimi tamamlamalıdırlar.

46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!