07.02.2015 Views

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nizami Ъяфяров - 50

Yubiley yazıları adətən müəllif barəsində xoş sözlər

qeyd etməklə diqqəti cəlb edir. Ancaq 50 yaşını yenicə

haqlamış Nizami Cəfərov elə bir şəxsiyyətdir ki, demək

olar ki, onu yaxından tanıyan hər kəs barəsində yalnız

müsbət fikirlər söyləyir. Nizami müəllim

bunu çalışqanlığı, zəhməti, təvazökarlığı,

humanistliyi, xeyirxahlığı ilə qazanıb. Artıq

Nizami Cəfərov dedikdə hər kəsin gözünün

önünə alim, ictimai xadim, siyasətçi və ən

əsası vətənpərvər insan obrazı gəlir. Nizami

Cəfərov adı milli ziyalı elitasının mövcudluğunun

göstəricisidir. Onu təkcə

Azərbaycanda deyil, dünya miqyasında,

xüsusən Türk Dünyasında çox yaxşı tanıyırlar.

Türk Dünyasının inteqrasiyasına yönəlik

fəaliyyəti hər zaman Türk milləti tərəfindən dəstəklənir.

Vaxtilə Nizami müəllimin ortaya atdığı bir ideya olan

Türk Dövlətlərinin Parlament Assamleyası adlı qurum

bu gün təsis olunaraq Türk millətinin ümidlərini doğrultmaqdadır.

Özü təvazökarlıq edib bunu dilə gətirməsə

də bizlərin borcudur ki, TD PA-nın yaradılması

ideyasının Nizami Cəfərova məxsus olduğunu, onun

reallığa çevrilməsi üçün nə qədər çətinlikləri dəf etdiyini

cəmiyyətə çatdıraq. Assambleyanın yaradılması

məsələsi gündəmə gələn kimi bir ermənilər, bir də sapı

özümüzdən olan baltalar Turanın yaradılması

qorxusunu dilə gətirirdilər. Amma həyat göstərdi ki, Türk

PA yaradıması labüddür və onun mövcudluğu heç kimə

zərbə vurmur.

Nizami müəllim bu cür fəaliyyəti ilə ölkəmizi dünyada

tanıtdırmaq üçün ardıcıl şəkildə çalışmaqdadır.

Azərbaycanın taleyüklü problemlərinə daim öz fəal

mövqeyini bildirən, elmin inkişafına əvəzsiz töhfə

verən, siyasi proseslərdə aktiv iştirak edən Nizami

müəllimi yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz

faktlara görə (hamısını qeyd etsək böyük bir yer

tutar) Türk Dünyasının inteqrasiyası istiqamətində ən

fəal mübariz kimi xarakterizə etmək olar.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor,

millət vəkili, Azərbaycan Milli Elmlər Akademi -

yasının müxbir üzvü olan Nizami müəllimin bu qədər

vəzifə daşımasına baxmayaraq onunla ünsiyyətdə olan

insanlar yekdilliklə bir fikri təsdiqləyirlər: “Çox sadə

insandır”. Bəs nədir bu sadəliyin səbəbi Bəlkə də bu

sadəliyin səbəbi onun özünün də sadə insanlar arasından

indiki mənsəbə çatması və ən mühümü bu qədər

vəzifə daşımasına baxmayaraq sadə insanlarla

ünsiyyətdən yayınmamasıdır. Bunun digər bir səbəbi

onun işgüzarlıq və çalışqanlıq nəticəsində Nizami

Cəfərov faktorunu ətrafındakılara hiss etdirə bilməsi

olub. Dilçilik elmində, Türkologiyada, ictimai-siyasi

proseslərdə, Türk ölkələrinin inteqrasiyasında və s. kimi

mühüm məsələlərdə Nizami Cəfərovun aktiv iştirakını,

ön sözünü, ilk fikrin sahibi olmasını müşahidə etmək

mümkündür. Onlarla kitabın müəllifi, gənc yaşından

elmi adlara nail olan bir şəxs kimi daim nailiyyətlər əldə

etmiş və bu gün də yorulmadan çalışmaqdadır. Yalnız

özü çalışmır neçə-neçə gəncə də çalışmalarında, elmi,

ictimai sahədə göstərdikləri fəaliyyətdə yaxından

yardımçı olur. Adətən onların inkişafı üçün

yarana biləcək problemlərə qarşı sinəsini

irəli verir və yanında olduqlarını göstərməklə

həyata vəsiqə almalarına, cəmiyyətdə layiqli

yerlərini tutmağa yardımçı olur.

Mənəvi dəyərlərimizin, tariximizin, milli

mentaliletitimizin müdafiəsində, Türklük

ideya-hərəkatının təşkilatlanmasının önündə

gedən Nizami müəllim qətiyyətlə demək olar

ki, bu ideyaya yeni nəfəs verib. Yalnız bir

fakti xatırlatmaq kifayətdir: Rəhbərlik etdiyi

Azərbaycanda Atatürk Mərkəzi hər kəsin üz tuta

biləcəyi bir ünvana çevrilib. Burada Nizami müəllimin

xarakterindən gələn elə bir doğmalıq, demokratiklik,

azad fikirlilik var ki, Mərkəzə qədəm basan insanlar

buranın bir dövlət təşkilatı olduğunu belə hiss etmirlər.

Mərkəzin və Nizami müəllimin otağının qapısının hər

kəsə açıq olması onun gələn insanları dinləmək və

onlara imkanı yetdiyi qədər yardımçı olmağa çalışmasından

xəbər verir. Milli-mənəvi dəyərlərimizin,

Azərbaycanın və Türk Dünyasının inkişafı ilə bağlı

burada keçirilən çoxsaylı tədbirlər məhz onun qayğısı

nəticəsində baş tutur.

Millətinə qarşı oyun oynayan “ziyalılar”a cəsarətlə

və mərdliklə cavab verir Nizami Cəfərov. Bəzi hallarda

onun nail olduğu yüksəkliyi gözü götürməyən bu

“qələm sahiblər”i iftira atmaqla məşğul olurlar. Onun

millətsevərliyini gözləri götürməyənlər ləkələməklə milləti

Nizami Cəfərov kimi müdafiəçisindən məhrum

etmək istəyirlər. O isə bütün bunları nəinki dəf edir,

hətta öz fikrinin üstündə bir qədər də möhkəm dayanmaqla

arxadan gələnlərə nümunə göstərir. Hər bir işdə

olduğu kimi bu məsələdə də arxayın və təmkinli

davranışı ilə qarşısındakıları özündən çıxarmağı

bacarır. Amma özü heç zaman səbirsiz davranmır. Ona

tam şəkildə bəllidir ki, yürüdülən ideyanın həyata

keçməsi bir günün, bir ilin, beş ilin işi deyil. Buna görə

də səbirlə, ardıcıl olaraq fəaliyyət göstərir.

Nizami Cəfərovun bu qədər sevilməsinin, tanınmasının

səbəblərini yuxarıda sadaladıq. Ona görə də o

hər zaman belə bir ucalıqda olacaq. Bizlər isə belə bir

insana lazım olduğu dəyəri verməliyik. Onun bizim

müasirimiz olması diqqətsiz davranmağımızla

nəticələnməməlidir. İnsanlara sağlığında lazımi qiyməti

vermək vacibdir. Ona görə də “Türk Eli” jurnalı və

“Müasir İnkişaf” İctimai Birliyi olaraq Nizami müəllimi 50

illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona

fəaliyyətində uğurlar arzulayaraq bir şeyi söyləmək

istəyirik: “Heç zaman yolunuzdan çəkilməyin, çünki

Sizdən ilham alan böyük bir ordu yetişir”.

“Türk Eli”

16 ТЦРК EЛИ / OKTYABR-2009, No:5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!