20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞININ

DÜNƏNİ VƏ BUGÜNÜ

Muxtar İMANOV,

AMEA-nın müxbir üzvü,

Folklor İnstitutunun direktoru

Azәrbaycan folklorşünaslığının dünәni çox da

uzaq keçmişlәrә gedib çıxmır, çünki

folklorşünaslıq hәm dünyada, hәm dә bizdә

qismәn cavan elm sahәlәrindәn biridir. Avropada XVIII

әsrin sonu, XIX әsrin әvvәllәrindәn formalaşmağa başlayan

folklorşünaslığın bizdәki yaranma tarixi XIX әsrin sonları,

XX әsrin әvvәllәrinә tәsadüf edir. Avropada olduğu kimi,

bizdә dә folklorşünaslıq, әsasәn, folklor mәtnlәrinin top -

lanmasından, tәrtib vә nәşr olunmasından, nәşr olunmuş

mәtnlәrә elmi münasibәt bildirilmәsindәn başlayır. Düzdür,

XVI-XVIII әsrlәrә aid müxtәlif әlyazmalarda xalq

әdәbiyyatı nümunәlәrinә rast gәlmәk olur, lakin folklorşünas

P.Əfәndiyevin dә qeyd etdiyi kimi, “XVI-XVIII әsrlәrdә

xalq әdәbiyyatımızın yazıya alınması… daha çox kortәbii

xarakter daşıyır” (1, 33-34). Azәrbaycan folkloruna

münasibәtdә әvvәlki dövrlәrdәn XIX әsrin başlıca fәrqi xalq

әdәbiyyatı nümunәlәrinin az-çox sistemli yazıya

alınmasında vә araşdırılmasında özünü göstәrir.

“Azәrbaycan dilindә folklor materiallarından ibarәt irihәcmli ilk әlyazma” (1, 37) mәhz XIX әsrin әvvәlindә – 1804-

cü ildә meydana çıxır. Əndәlib Qaracadağinin hazırladığı bu әlyazma o dövrkü vә o dövrә qәdәrki bir çox әlyazmalardan

fәrqli olaraq, “tam folklor örnәklәri” (1, 687) әsasında tәrtib edilir. Şimali Azәrbaycanın Rusiya tәrkibinә daxil

edilmәsindәn sonra Rusiya vә Avropa ilә elmi-mәdәni әlaqәlәrin genişlәnmәsi folklor materiallarının toplanıb nәşr

olunması işinә әsaslı tәsir göstәrir. O vaxt Tiflisdә rus dilindә nәşrә başlayan “Тифлисские ведомости”, “Кавказ”,

“Кавказский вестник”, “Новое обозрение”, “Сборник материалов для описания местностей и племен Кавказа”

kimi qәzet vә jurnallarda Qafqazın digәr xalqları ilә yanaşı, Azәrbaycan türklәrinin dә folklor vә etnoqrafiyasına dair

materiallar çap olunur. XIX әsrin ikinci yarısında Azәrbaycan türkcәsindә nәşr olunan “Əkinçi” vә “Kәşkül” qәzetlәri

öz sәhifәlәrindә şifahi xalq әdәbiyyatı nümunәlәrinә müәyyәn qәdәr yer ayırır. XIX әsr Azәrbaycan maarifçilik

hәrәkatının başında duran M.F.Axundzadә vә H.Zәrdabi kimi ziyalıların xalq әdәbiyyatı nümunәlәrinin toplanması işi

ilә dә mәşğul olması xüsusәn (M.Axundzadәnin bayatılar, H.Zәrdabinin xalq mahnıları toplaması) o dövrdә folklora

diqqәtin nә qәdәr artdığını göstәrәn faktlardan sayıla bilәr. Sәciyyәvi faktlar sırasında o da qeyd oluna bilәr ki, folklor

nümunәlәrindәn ibarәt ilk kitabımızın vә folklorla bağlı ilk ciddi elmi mәqalәmizin işıq üzü görmәsi dә mәhz XIX

әsrә tәsadüf edir. 1848-ci ildә Mirzә Kazım bәy Sankt-Peterburqun “Северное обозрение” mәcmuәsindә “Firdovsi

әsәrlәrindә fars әsatiri” adlı sanballı mәqalә çap etdirir. XIX әsrin 80-90-cı illәrindә Tiflisdә çıxan rusdilli qәzet vә jurnallarda

F.Köçәrli, T.Bayramәlibәyov, E.Sultanov, H.Vәzirov, M.Mahmudbәyov vә b. maarifçilәrin folklora aid

müxtәlif mәqalәlәri dәrc edilir. 1899-cu ildә Mәmmәdvәli Qәmәrli İrәvanda “Atalar sözü” kitabını çap etdirir.

Maraqlıdır ki, dәrsliklәrdә xalq әdәbiyyatı nümunәlәrindәn istifadә әnәnәsi dә mәhz XIX әsrdәn başlayır. 1852-ci ildә

M.Ş.Vazehin İ.Qriqoryevlә birgә hazırladığı “Kitabi-türki” dәrsliyi, 1882-ci ildә A.O.Çernyayevskinin “Vәtәn dili”

dәrsliyinin I hissәsi, 1888-ci ildә hәmin müәllifin Sәfәrәli bәy Vәlibәyovla birgә hazırladığı “Vәtәn dili” dәrsliyinin

II hissәsi, 1898-ci ildә Rәşid bәy Əfәndiyevin “Uşaq bağçası” dәrsliyi meydana çıxır. Toplama, nәşr vә tәdqiqlә bağlı

olaraq ümumi şәkildә xatırlatdığımız bütün bu faktlar Azәrbaycan folklorşünaslığının ilk rüşeymlәrinin XIX әsrdә,

xüsusәn hәmin әsrin sonlarında yaranmasını göstәrәn faktlardır.

İlk rüşeymlәri XIX әsrin sonlarında yaranan Azәrbaycan folklorşünaslığının tәşәkkül dövrünü XX әsrin әvvәllәrinә

aid etmәk, bizcә, daha doğru olar. XX әsrin әvvәllәrindә müzakirә vә mübahisәlәrin әsas mövzularından olan ana dili

mәsәlәsi folklora diqqәti xüsusi olaraq artırırdı. “Ana dilindә necә yazmaq lazımdır” sualı qarşısında qalan әdiblәrimiz

istәr-istәmәz el әdәbiyyatına üz tutmalı, folklor nümunәlәrindә ifadәsini tapan xalq dilini әn mötәbәr örnәk kimi qәbul

etmәli olurdular. Tәsadüfi deyil ki, el әdәbiyyatı nümunәlәrinә geniş yer verәn dәrslik, qiraәt kitabları, mәtbuat

orqanlarının sayı vә sanbalı XX әsrin әvvәllәrindә xeyli miqdarda artır, “Bәsirәtül-әtfal” (1901), “Birinci il” (1907),

12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!