20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

14

Milli Zəka

folklorşünaslar dövri mәtbuatda folklorşünaslığın müxtәlif problemlәrinә hәsr olunmuş mәqalәlәr çap etdirirlәr.

Folklorşünaslığa aid mәtbu mәqalәlәrin müәlliflәri sırasında Y.V.Çәmәnzәminli, Ə.Abid, B.Çobanzadә, Ə.Nazim,

S.Əfәn diyev vә b. әdib vә әdәbiyyatşünasların adlarına da rast gәlirik. Adları çәkilәn müәlliflәrin mәqalәlәri mövzu

vә problematikasına, mәsәlәlәrә yanaşma tәrzinә vә sәviyyәsinә görә Azәrbaycan folklorunun formalaşmasında mühüm

rol oynayır.

20-30-cu illәrdә Azәrbaycan folklorunun elmi tәşkilatlar sәviyyәsindә öyrәnilmәsi işin sәmәrәliliyini kifayәt qәdәr

artırır. 1929-cu ildә Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәti әsasında Azәrbaycan Dövlәt Elmi-Tәdqiqat İnstitutu

yaradıldıqdan sonra onun tәrkibindәki Dil, Ədәbiyyat, İncәsәnәt Bölmәsinin nәzdindә Folklor seksiyası tәşkil olunur.

Bölmәyә bir müddәt folklorşünas Vәli Xuluflu, bölmәnin Folklor seksiyasına Baba Əsgәrov rәhbәrlik edirlәr. SSRİ

Elmlәr Akademiyasının Zaqafqaziya Filialının (Az.OZFAN) fәaliyyәt göstәrdiyi dövrdә orada Şifahi әdәbiyyat

seksiyası (rәhbәri H.Zeynallı) yaradılır. 1935-ci ildә yaradılan SSRİ EA Azәrbaycan Filialının fәaliyyәti dövründә isә

Dil vә Ədәbiyyat İnstitutu daxilindә xüsusi Folklor sektoru (rәhbәrlәri H.Zeynallı, sonra Z.Zakirov, daha sonra

A.Avadyayev) yaradılır. 1920-30-cu illәrdә hәmin qurumların fәaliyyәti nәticәsindә Azәrbaycan folklorunun

toplanması, tәdqiqi vә nәşri sahәsindә xeyli iş görülür.

1937-ci ildәn sonra Azәrbaycan folklorşünaslığının böyük bir nәslinin (S.Mümtaz, Ə.Abid, V.Xuluflu, H.Zeynallı,

H.Əlizadә vә b.) repressiyalara mәruz qalması ilә (әksәriyyәti güllәlәnib) milli folklorun tәdqiqinә vә bu sahәdә elmitәşkilati

fәaliyyәtә böyük zәrbә vurulsa da, Folklor sektoru 1939-cu ildәn etibarәn o vaxt yeni yaradılan Nizami Gәncәvi

adına Ədәbiyyat İnstitutunun üç şöbәsindәn biri kimi fәaliyyәtini davam etdirir.

XX әsrin 20-30-cu illәrindә folklorun xüsusi elmi qurumlar sәviyyәsindә tәdqiq edilmәsi folklorşünaslıq sahәsindә

tәmәl prinsiplәri müәyyәnlәşdirmәk, “folklor nәdir vә necә öyrәnilmәlidir” kimi suallara cavab vermәk zәrurәtini

ortaya çıxarırdı. Əlbәttә, XIX әsrin sonlarından etibarәn H.Zәrdabi, M.Mahmudbәyov, R.Əfәndiyev, E.Sultanov,

F.Köçәrli, S.Hüseyn vә b. ziyalıların dövri mәtbuatda çap olunan mәqalәlәrindә şifahi xalq әdәbiyyatının bir sıra

özünәmәxsus cәhәtlәrinә az-çox münasibәt bildirilirdi. Amma etiraf etmәk lazımdır ki, Azәrbaycan folklorşünaslığının

ilkin terminoloji bazası XX әsrin 20-30-cu illәrindә daha çox formalaşmağa başlayıb. Diqqәt yetirdikdә aydın olur ki,

şifahi xalq әdәbiyyatı istilahına qәdәr ağız әdәbiyyatı, el әdәbiyyatı, avam әdәbiyyatı, xalq әdәbiyyatı, şifahi әdәbiyyat,

xalq şifahi әdәbiyyatı, xalq ağız әdәbiyyatı, folklor vә s. kimi istilahlar işlәnib. Xalq әdәbiyyatı istilahına üstünlük

verilmәsi heç dә birmәnalı qarşılanmayıb. Mәsәlәn, H.Zeynallı hәmin istilahı dәqiq olmayan, ağız әdәbiyyatının

şifahilik tәrәfini özündә ehtiva etmәyәn bir istilah kimi qiymәtlәndirib: “Xalq әdәbiyyatı dedikdә, yazı ilә heç bir

әlaqәsi olmayan әdәbiyyat tәsәvvür edilә bilәr dә, edilә bilmәz dә… Xalq әdәbiyyatı dedikdә, yeni mәna meydana

çıxmış olur. Onlardan biri: xalqdan bәhs edәn, xalqın hissiyyatı ilә dolu, xalqın şadlığını vә dәrdini oxşayan yazı

әdәbiyyatı olur ki, onu yaradanlar özü bir әdib, bir şair olur. Böylәlәri rusların Puşkini kimi xalq içindә olan bir nağılı

alıb nәzmә çәkir, ya Lermontov misalı xalq ruhu ilә, xalq ölçüsü ilә yenә dә xalq içindә yerlәşmiş mövzuları alır vә ya

Rza Tofik kimi Anadolu xalqının bütün zehniyyәtinә vә onun ruhuna mündәmic türkü, dastan yaradır. Yaxud

Azәrbaycan xalq dilinә vә eyni zamanda ümumtürk qoşmalarına uyğun incilәr saçan gәnc şairlәrimiz keçmişlәri anmağa

başlayır” (3, 107). Göründüyü kimi, H.Zeynallı xalq әdәbiyyatı istilahının xәlqi әdәbiyyat mәnasında başa düşülәcәyinә

işarә edir vә hәr xәlqi sәnәtin heç dә şifahi yaranmadığını diqqәtә çatdırır. Şifahi şәkildә yaranmasını ağız әdәbiyyatının

tәmәl cәhәtlәrindәn biri kimi götürmәk istәr-istәmәz bu әdәbiyyatı yazılı mәdәniyyәt sahәsi ilә müqayisә etmәk

zәrurәtini meydana çıxarır. Mәlumdur ki, yazılı mәdәniyyәt sahәsindә aparıcı fiqur konkret müәllifdir. Bәs şifahi sәnәt

sahәsindә dә bu cür konkret müәllifi aparıcı fiqur saymaq olmazmı? Şifahi sәnәtә aid hәr hansı bir bayatı, nağıl, dastan…

nümunәsinin müәllifliyini xalqla bağlamaq nә dәrәcәdә düzgündür? Suallar ciddi elmi suallardır. Yalnız

Azәrbaycan yox, bütövlükdә dünya folklorşünaslığı tarixindә ciddi müzakirә vә mübahisәlәrә sәbәb olan bu cür suallar

әtrafında düşünüb-daşınmaq vә düşündürücü mülahizәlәr irәli sürmәk H.Zeynallının, elәcә dә 20-30-cu illәr Azәrbaycan

folklorşünaslığının digәr nümayәndәlәrinin yüksәk nәzәri hazırlığından xәbәr verir. Mәhz yüksәk nәzәri hazırlıq şifahi

әdәbiyyatda fәrd-xalq münasibәtlәrini aydınlaşdırmaqda folklorşünaslarımıza yaxından kömәk edir. H.Zeynallı yazır:

“Şәxsin rolu ağız әdәbiyyatında böyükdür. Alınız nağılı, qәhrәmannamәlәri, әfsanәlәri, atalar sözlәrini, bayatıları vә i.

Bunların hәr birindә onu söylәyәn şәxsin tәsir buraxdığını görmәmәk imkan xaricindәdir” (3, 109). H.Zeynallı şifahi

xalq әdәbiyyatına hәsr etdiyi başqa bir mәqalәsindә yazır: “Bunları (şifahi xalq әdәbiyyatı nümunәlәrini – M.İ.) yaşadan

bütün elin hәr bir fәrdi deyildir, bәlkә, elin öz içindәn çıxmış, onun ruhu ilә bәslәnmiş ağıçılar, nağılçılar vә “aşıqlar”

mövcud olur ki, bu adamlar, bir tәrәfdәn eşitdiklәri nağılı anladır, digәr tәrәfdәn söylәndiyinin içinә öz ruhundan dәxi

bir parça qatmış olur… Hәr hansı bir söylәyәn eyni zamanda özü bir müәllif, bir bәdahәtçidir” (3, 124). Nümunә

gәtirdiyimiz qeydlәrdәn açıq-aydın görünür ki, H.Zeynallı folklorşünaslığın bu gün belә çox aktual olan söylәyicilik

problemini ön plana çıxarır. Düzdür, H.Zeynallının söylәyicini bir müәllif hesab etmәsi ilә razılaşmaq mümkün olmasa

da, qeyd edilmәlidir ki, görkәmli folklorşünas “elin içindәn çıxmış, onun ruhu ilә bәslәnmiş” sözlәrini işlәtmәklә

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!