20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Milli Zəka

TƏSİSÇİDƏN

Hәr yeni nәşr min bir sirrin, saxlancın, bağlı qapının

açılmasıdır. Lap nağıllardakı qırxıncı otağın bağlı

qapısının açılması kimi. “Bağlı” sözünün nüvә sindә,

bәtnindә bir qaranlıq, zülmәt xofu da gizlәnir. Bizim jurnalın amalı

isә qaranlığa, zülmәtә işıq salmaqdır.

Oxucularımıza ilk nömrәsini tәqdim etdiyimiz “Milli Zәka”

elmi, ictimai-siyasi, hüquqi dәrgisini çap etmәkdә mәqsәdimiz

xalqımızın zәngin mәnәviyyatının güzgüsü olan elmimizin ümumi

mәnzәrәsinin tәhlilini vermәk, yeni elmi mәqalәlәrin, araşdırma -

ların işıq üzü görmәsinә, müzakirә olunub, layiqli qiymәtini

almasına şәrait yaratmaqdır.

Şam, çıraq işığında axtardığımız düzlüyü, doğruluğu, haqqı,

hәqiqәti jurnalımızın sәhifәlәrindә görәn oxucu әsas meyarın

istedad vә әlahәzrәt әdalәt olduğunun şahidi olacaqdır.

“Milli Zәka” sözünün açmasını geniş şәkildә izah etmәyә,

mәncә, ehtiyac yoxdur. Millәtimizin düşünәn zәkalı insan larının,

beyinlәrinin ortaya qoyduqları “mәhsulun” yanbayan, çiyin-çiyinә

sәrgilәnmәsi vә jurnalın hәr bir alimin, ziyalının, düşünәn insanın tribunasına çevrilmәsi әn böyük

arzumuzdur.

“Milli Zәka”nın ilk nömrәsinin ilk yazısının Azәrbaycanın birinci xanımı, UNESCO vә IS-

ESCO-nun xoşmәramlı sәfiri, Heydәr Əliyev Fondunun prezidenti, millәt vәkili Mehriban xanım

Əliyeva ilә bağlı yazıyla açılması da simvolik mәna daşıyır.

Elm vә tәhsilimizin, mәdәniyyәt vә zәngin dәyәrlәrimizin dünya sәviyyәsindә dәstәklәnmәsi,

himayә olunması, tәbliği Mehriban xanımın tәqdir edilәn böyük, çox böyük xidmәtidir. Qәdirbilәn

xalqımız, yәqin ki, bunu heç vaxt unutmayacaq.

Sonda ziyalılarımızın, alimlәrimizin, elm, әdәbiyyat xadimlәrimizin xeyir-duası ilә işıq üzü

görәn “Milli Zәka”mıza elә adı kimi işıqlı, zәkalı, uzun ömür arzulayıram.

“Milli Zәka” millәtini, xalqını düşünәn hәr bir intellektin, zәka sahibinin dost-doğmaca

jurnalıdır. Qapımız hәmişә üzünüzә açıqdır, әziz oxucularımız!

Cәmilә ÇİÇƏK

AJB vә AYB-nin üzvü,

AMEA Folklor İnstitutunun doktorantı

"MƏN KİTABLARIMI YARATMADAN ƏVVƏL

KİTABLARIM MƏNİ YARATDI"

(V. ŞEKSPİR)

2

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!