20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

Mәlum olduğu kimi, Kәrәm Mәhәmmәd ümmәti idi, Əslisә İsәvi. “Dastanın mәzmunundan da

göründüyü kimi, tәrsa, yәni ermәni qızına aşiq olan Kәrәm keşişin müsәlman vә türk düşmәnliyi

nәticәsindә Əslidәn ayrı düşür” (3, 308). Ümumiyyәtlә, mәhәbbәt dastanlarında ilahi eşq, haqq aşiqliyi

bütün dinlәrdәn, milli mәnsubiyyәtdәn uca tutularaq tәbliğ olunur. “Əsli vә Kәrәm” dastanında isә bir

tәrәfdәn bu әnәnәvi konsepsiya qorunub saxlanılırsa, digәr tәrәfdәn dastanın başlanğıcındakı

ustadnamәlәrdә Kәrәmin aqibәtinә işarә edilәrәk milli vә dini tәәssübkeşlik ön plana gәtirilir. Birinci

ustadnamәdәn göstәrdiyimiz nümunәdә “elini hürküt, axsağından yapış” el deyimi tәqdir olunur. Üçüncü

ustadnamәdәn verilәn misalda isә dini mәsәlә “Rizasız tikәnin lәzzәti olmaz” deyә qabardılaraq, Kәrәmin

Allahın haram buyurduğu tikәyә (ermәni qızı olan xristian dininә mәnsub Əsliyә) tamah salması mәnfi

qiymәtlәndirilir vә onun öz günahı üzündәn başının min bir bәla çәkmәsi vurğulanır.

Lakin klassik әnәnә gözlәnilәrәk, dastanın gedişi boyu heç yerdә milli vә dini tәәssübkeşlik meyillәri

duyulmur. Haqq aşiqliyi, ilahi eşq, tәmiz sevgi tәrәnnüm olunur. Bu eşqin yolunda qarşıya çıxan bütün

maneәlәr, onları yaradan istәr dini, istәr milli sәbәblәr incә bir qәzәblә mәnfi qiymәtlәndirilir vә tәәssüf

hissi doğurur.

“Əsli vә Kәrәm” dastanındakı mәhәbbәt dә, tәbii ki, әnәnәvi mәhәbbәtdir. Giriş әvәzi ustadnamәlәr,

başlanğıcdakı son dәrәcә varlı-karlı bir sәlahiyyәt sahibinin vә onun vәzirinin övladının olmaması probleminin

qoyuluşu, onların danışıb, düşünüb-daşınıb, әhd-peyman bağlayıb, fәqirә-yoxsula mal-dövlәt

paylayıb, acların qarnını doyurub, nәzir-niyazla hәr ikisinin eyni vaxtda övlad sahibi olmaları әksәr

klassik mәhәbbәt dastanlarımızdakı qanunauyğunluğu qoruyub saxlayır. Bunlardan әlavә, valideynlәrinin,

daha doğrusu, atalarının әhd-peymanı vә nәzir-niyazları nәticәsindә pay verilmiş oğlanla qızın sevişmәsi,

bir-birinә buta verilmәsi dә әnәnәyә uyğundur. Lakin dastanda mәhәbbәt mövzusu әnәnәviliklә yanaşı,

işlәnmә dәrәcәsinә görә dә orijinallıq daşıyır. Burada ümumi әnәnәvi qanunauyğunluq qorunub saxlanılır.

Lakin hәr bir dastanda süjet vә kompozisiyanın qurulmasının öz xüsusi özәlliklәri dә diqqәtdәn yayına

bilmәz.

Azәrbaycan klassik mәhәbbәt dastanlarını övladsızlıq, buta mәsәlәsi, eyni vaxtda nәzir-niyaz

nәticәsindә pay verilmiş oğlanla qıza, yaxud pay verilmiş oğlanla başqa bir qıza buta verilmәsi, deyiklilik,

qohumluq әlaqәlәri vә s. kimi rәngarәng süjetlәr bir-birindәn fәrqlәndirir, özünәmәxsus edir vә

gözәllәşdirir. Mәsәlәn, onların bәzilәrindә buta verәn ağası qәhrәmanın arxasında dayanıb onu qoruyur,

bütün bәlalardan hifz edir, oddan-alovdan çıxarır. Nәhayәt, haqq aşiqi öz sevgisinә qovuşur vә bir ustad

aşıq gәlib dastanı duvaqqapma ilә tamamlayır. Bu qәbildәn klassik mәhәbbәt dastanlarımıza misal olaraq

“Qurbani”, “Aşıq Qәrib”, “Abbas vә Gülgәz”, “Mәsum” vә b. göstәrmәk olar. Süjet xәtti buta üzәrindә

qurulan bu dastanlar hәm dә dini-irfani xarakter daşıyır. Qeyd edildiyi kimi, qәhrәmana buta verildikdәn

sonra o, bütün mübarizәlәrdә, bütün qarşılaşmalarda aldığı butanın gücü ilә qalib gәlir. Yuxuda buta alıb

Haqq aşiqinә çevrilәn gәnc qәhrәman Haqdan başqa heç nәyi görmür, Haqq deyib, Haqq sözü ilә danışır

vә Haqq yolunda hәr an canından keçmәyә hazır olur. “Buta”nı verәn saqi, dәrviş, mürşid, pir, hәzrәt

Əli, Xızır aşiqi vәhdәtә çağırır” (2, 266). Buta alan aşiq bir anın içindә dәyişir, müdriklәşir, kamillәşir,

bütövlәşir, tamlaşır. Onun hәyatında әsaslı dönüş baş verir. “Butanın tamlıq rәmzi olduğunu göstәrәn bir

element dә dastanlarda verginin hәm oğlana, hәm dә qıza eyni anda verilmәsidir. ...Ayrı-ayrılıqda tamlığı

ifadә edә bilmәyәn buta birlәşdikdә әbәdi, әzәli varlığın funksional-semantik işarәsinә çevrilir” (2, 26).

İşin elmi yeniliyi: Mәqalәdә klassik mәhәbbәt dastanlarının әnәnәvi motivlәr әsasında yaranıb inkişaf

etmәsi, bәdii sәnәtkarlıq xüsusiyyәtlәrinin öyrәnilmәsi vә s. mәsәlәlәrdә yeni elmi-nәzәri baxış ortaya

qoyulmuşdur.

İşin elmi nәticәsi: Mәqalәdә klassik mәhәbbәt dastanlarının sonradan yaranan dastanlara tәsiri,

onların bir sıra oxşar vә fәrqli cәhәtlәri, o cümlәdәn varislik әlaqәsinin davam etmә vә bәzәn qırılma

problemlәri diqqәtlә araşdırılmışdır.

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!