20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Milli Zəka

lәdәn jurnalist vә yazıçılar da vardı. Mirzә İbrahimovun

başçılığı altında olan bir dәstә jurnalist vә

mәtbәә işçisi qan qardaşlarına kömәk mәqsәdilә

göndәrilmişdi. Onlar Tәbriz şәhәrindә "Vәtәn yo -

lunda" qızıl әsgәr qәzeti dәrc edәcәkdilәr. Qәzet

әrәb әlifbası ilә nәşr olunacaqdı ki, onu yerli әhali

dә oxuya bilsin.

Bu jurnalistlәr içәrisindә başqa yazıçı vә qәzet

işçilәri ilә yanaşı, әrәb әlifbası ilә sәrbәst yazıb

oxu yan Qılman İlkin dә vardı. Göndәrilәn adamlara

o zaman Mәrkәzi Komitәnin katiblәrindәn biri –

Əziz Əliyev rәhbәrlik etdiyi üçün onlara Əziz

Əliyev qrupu deyilirdi. Lakin bu adamların vәzifәsi

yalnız qәzet çıxarmaqla bitmirdi. Onlardan bәzi -

sinin üzәrinә başqa mәsul vәzifәlәr dә qoyulmuşdu.

Mәsәlәn, qәzet işçilәrindәn Qulam Mәmmәdli ilә

Qılman İlkinin üzәrinә daha mәsul vәzifә qoyul -

muşdu. Onlar Güney Azәrbaycanın mәdәni tarixi

ilә mәşğul olmalı idilәr: Qulam Mәmmәdli

әdәbiyyat tarixi ilә, Qılman İlkin el әdәbiyyatı –

folklorla. Qәzetin başqa bir işçisinә Tәbrizin

yerli teatr truppasına kömәk vә rәhbәrlik etmәk

tapşırıl mış dı. Qulam Mәmmәdli fars dilini

mükәmmәl bildiyindәn daha mühüm mәsәlә ilә

mәşğul idi. O, arxivlәrdә vә ayrı-ayrı adamların

evlәrindәki kitab vә qәdim әlyazmaları ilә tanış

olmalı idi. O, öz vәzifәsinin öhdәsindәn müvәf -

fәqiy yәtlә gәlirdi. Qısa müddәt әrzindә tanınmış

Güney şairi Mirzә Əli Möcüzün әlyazmalarını

tapmış vә onları üzә çıxarmışdı: Güneyin mәşhur

satirik şairini xalqın әksәriyyәti tanımırdı. Halbuki

o, dövrünün Sabiri idi. Qulam Mәmmәdlinin belәcә

axtarıb tapdığı ikinci şair Heyran xanım lirik şair

idi. Bunlardan heç biri әdәbiyyat tarixindә belә

tanınmırdı. İndi onların şeirlәri dillәrdә gәzir.

Qılman İlkin isә xalq әdәbiyyatı nümunәlәrini

axtarıb tapır vә onları qәzet sәhifәlәrindә üzә

çıxarırdı. Bu barәdә "Vәtәn yolunda" qәzetindә

oxu culardan da xahiş olunurdu ki, onlar bildiklәri

vә eşitdiklәri atalar sözlәrini, bayatıları vә sairәni

yazıb göndәrsinlәr. Belәliklә, Qılman İlkin yüzlәrlә

atalar sözü vә bayatı toplamışdı. Bunlardan çoxu

Azәrbaycanda el arasında da işlәnirdi. Lakin

onların içәrisindә çox orijinal olan atalar sözlәri dә

vardı. Misal üçün: "Hәr şeydә qara olan bәxtim

qarpızda ağ çıxıbdı", "Ölü durub mürdәşiri yuyur",

"Qanmaza söz qandırmaq, fındığa düyün vurmağa

oxşayır" vә sairә.

Belәliklә, bu iki redaksiya әmәkdaşı milli

әdәbiyyatın zәnginlәşmәsi üçün bacarığını әsirgә -

mirdi.

Yerli dram truppasına rәhbәrlik vә kömәk edәn

Əvәz Sadıqov isә möhkәm bir teatr truppası

yaratmışdı. Onlar hәtta ayrı-ayrı kәnd vә şәhәrlәrdә

qastrol sәfәrlәrindә dә olurdular. Bakıdan onlara rejissor

da çağırılmışdı.

Redaksiya kollektivi Cәnubi Azәrbaycanda

milli azadlıq hәrәkatına da kömәk edirdi. Bir gün

yerli hökumәtin başçısı Seyid Cәfәr Pişәvәri

Qılman İlkinlә Qulam Mәmmәdliyә mühüm bir

tapşırıq verir: Güneydәki milli azadlıq hәrәkatı

haqqındakı materialları bir araya toplamaq. Bu

mәqsәd üçün onlar redaksiya rәhbәrliyinin razılığı

ilә bir ay redaksiyadakı işlәrindәn azad edilirlәr.

Qılman İlkin vә Qulam Mәmmәdli bir ay

müddәtindә gecәli-gündüzlü İran vә Sovet mәtbuatı

sәhifәlәrini araşdırıb inqilabi hәrәkata aid materi -

alları toplayıb kitab şәklindә çap etdirirlәr. Ona belә

bir ad verirlәr: "Qızıl sәhifәlәr". Kitabın әlyazma -

ları redaktә üçün S.C.Pişәvәriyә tәqdim edilir. On

gün әrzindә korrektura oxunub çapa imzalandı.

Kitab çapa gedir. İlk nüsxәlәrdәn biri Pişәvәriyә

göndәrilir. O oxuyub fikrini bildirir: “Kitabın

tәrtibçilәrinin adları”. Onlar istәmirdilәr ki, belә bir

kitabın sovet zabitlәri tәrәfindәn hazır lanmasını

hamı bilsin. Amma tirajın bir hissәsi artıq çap

edilmişdi.

“Zәrәri yoxdur, – dedilәr. – Nә qәdәr çap olu -

nubsa, buraxın satışa, tirajın qalan hissәsindәn

tәrtibçilәrin soyadı çıxarılsın”.

Elә dә olur. Kitabın kiçik bir hissәsi tәrtib -

çilәrin soyadları ilә, qalanı soyadları göstәrilmәdәn

satışa gedir.

Bu işә görә Pişәvәri tәrtibçilәrin hәr ikisini

Azәrbaycan Milli Hökumәtinin ali "21 Azәr"

medalı ilә tәltif edir.

1941-ci ilin yayında Mәrkәzi Komitә Qılman

İlkini Şimali Qafqaz cәbhәsinә ezamiyyәtә gön -

dәrir, orada mayor Cәfәr Xәndanın redaktor luğu ilә

Azәrbaycan dilindә cıxan "Vәtәn uğrunda" qәzeti

redaksiyasında işlәyir.

Bir müddәtdәn sonra Cәfәr Xәndanla Q.İlkin

Mәrkәzi Komitә tәrәfindәn geri çağırılır vә 20

nәfәrәdәk redaksiya heyәti tәrkibindә Mәrkәzi

Komitәnin katibi Əziz Əliyevin başçılığı iiә Tәbriz

şәhәrinә ezam olunurlar.

İkinci Dünya müharibәsinin axırınadәk onlar

Tәbrizdә qalırlar. Müharibәdәn sonra Qılman İlkin

Bakıya qayıdır. "Azәrnәşr"in baş redaktoru vәzifә -

sindә çalışır. Onun dövründә "Azәrnәşr"in burax -

dığı kitablar hәm tәrtibat, hәm dә keyfiyyәt etibarilә

xeyli yaxşılaşır. Belә ki, ondan qabaq nәşriy yatın

bircә kitabı belә Moskva tәrәfindәn qiymәt -

lәndirilmәdiyi halda, onun dövründә nәfis tәrtib

olunmuş kitablara hәr dәfә kitab sәrgisindә diplom

vә mükafat verilir.

"Azәrnәşr"in fәaliyyәti hәr il yüksәk qiymәtә

layiq görülür. Ümumittifaq Kәnd Tәsәrrüfatı sәrgisi

nәşriyyat direktorunu buraxdığı kitablara görә

böyük gümüş medalla tәltif edir.

46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!