20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

övladı olmaq, müәllim çörәyi yemәk dә, bilirsiniz,

Azәrbaycanda, Kәlbәcәrdә nә demәkdir. Bir ata

kimi övladlarımla fәxr edirәm. Ən başlıcası,

onlardakı vәtәn sevgisinә görә qürur hissi keçirirәm.

8 övladım – beş oğlum, üç qızım, 25 nәvәm, 26

nәticәm böyük bir nәslin zәncirbәndidi. Düşünürәm

ki, sonra gәlәn nәslin davamçıları bu zәnciri

qırılmağa qoymayacaq.

– Bәs Kәlbәcәr dәrdini necә daşıyırsınız?

– Daşımıram, ay qızım, ölüb-dirilirәm. Böyük

Mәmmәd Arazın yaxşı bir şeiri var:

Milli Zəka

ALÇA ÇİÇƏYİNƏ

BƏNZƏYƏN ÖMÜR

Tanrım, mәni mәndәn qopar,

Qoş mәni dağ külәyinә.

Dağların bәyaz qarından

Rәng alan ağ külәyinә.

Öz nәğmәsi daşın, qumun...

Nәyim qalır, nә dә umum...

Söykәnim doğma yurdumun

Xәfif, yumşaq külәyinә.

– Mәn “Kәlbәcәrin saz qalası” kitabımda

Eldar müәllimlә müsahibәmdә yazmışdım ki,

doğulduğum yurd yeri üçün ruhum alışanda,

bağrım yananda, gözlәrim dolanda әfsanәlәrdәn

gәlәn qaranquş fәdakarlığı yadıma düşür. İsti

yerlәrә uçub getmiş qaranquş yazağzı köhnә yurda

dönәndә yuva qurduğu evin alovlar içindә

yandığını görüb özünü dәryaya çırpır, dimdiyindә

su gәtirib yanan evi – ocağı, yuvasını xilas etmәk

istәyir. Mәn hәmişә hәr bir vәtәn övladında bax o

qaranquş fәdakarlığını görmәk istәyirәm.

– Çox ibrәtamiz misaldı... Vәtәn heç vaxt insandan

aldığının haqq-hesabını çәkmәz. O bizim hәm

dә anamızdır. Ana baladan nә umar!? Bizim hәr biri -

miz әlimizdәn nә kömәk gәlirsә etmәliyik.

– Hümmәt әmi, 90 yaşa gәlib çatmağın özü dә

hünәrdi. Sizi kәlbәcәrlilәr adından bu şәrәfli yubileyiniz,

ad gününüz münasibәtilә tәbrik edirәm

vә 100 yaşınızın tamamında da Sizi tәbrik etmәk

istәrdim. Allahdan bir tәmәnnam, bir istәyim dә

var: nәslinizin adını, millәtimizin şәrәfini uca

tutan övladlarınızın başı qoy vәtәn qarşısında

hәmişә uca olsun!

Allah bizә Kәlbәcәrimizdә görüşmәyi qismәt

etsin! Bundan böyük sәadәt görmürәm.

Vahid ƏZİZ,

Şair, AYB vә AJB-nin üzvü

MƏNƏ YÜZ İL ÖMÜR

ARZULAMAYIN...

Mәnә yüz il ömür arzulamayın −

Xәzan yarpağı tәk qovmasın külәk,

Gözlәrim görsә dә, ayağım-әlim

Əsalıq olanda dayansın ürәk.

Mәnә − " Yüz il yaşa" − demәyin, dostlar,

Yerişim, gülüşüm, sәsim itmәsin,

Mәndәn cavan olan, gümrah olanlar

Çiynimdә dünyadan köçüb getmәsin.

Mәnә yüz il ömür arzulamayın −

Bu qәdәr yaşayan hansı çiçәkdir?!

Sәn yaşda qalmırsa taytuşun-tayın,

Qurdnan qiyamәtә qalmaq demәkdir.

Mәnә elә ömür arzulayın ki,

Ölüncә ümmantәk çağlaya bilim,

Qapı-pәncәrәni öz evimdәki

Özüm aça bilim, bağlaya bilim.

Sağlıqlar deyәndә hәrdәn şәnimә,

Nә özüm kövrәlim, nә sizә gülüm,

Tanrıdan bir ömür dilәyin mәnә,

Hәr vaxt sevә bilim, sevilә bilim.

73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!