20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

Fondunun prezidenti Şәrqlә Qәrbin qovuşduğu Azәrbaycanda beynәlxalq konfranslar, forum, sammit,

simpozium vә festivallar tәşkil edir.

“UNESCO – Azәrbaycan: gәlәcәyә körpü”, “Azәrbaycan: sivilizasiyalararası dialoqun keçmişi vә

bugünü”, “Orta әsr әlyazmalarında tibb vә әczaçılıq”, “Gәnclәr svilizasiyalarının alyansı”, “Avropada

subregional çәrçivәdә savadlılıq problemlәrinә baxış: tәrәfdaşlıq әlaqәlәrinin qurulması vә innovativ

yanaşmaların tәtbiqinә dәstәk”, “Mәdәniyyәtlәrarası dialoqda qadınların rolunun genişlәndirilmәsi”,

Azәrbaycan mütәfәkkiri Seyid Yәhya Bakuviyә hәsr olunmuş “Seyid Yәhya Bakuvi: Tolerantlığın

ifadәsi” konfransları, “Muğam alәmi” Beynәlxalq Festivalı çәrçivәsindә elmi simpozium, “Qloballaşma

şәraitindә mәdәniyyәtlәrin dialoqu” mövzusunda forum Heydәr Əliyevin milli dövlәtçilik tәliminin,

beynәlxalq alәmә inteqrasiya istiqamәtindә tutduğu әsas prinsiplәrin davam etdiyini bir daha tәsdiq edir.

Beynәlxalq münasibәtlәrin, sivilizasiyalı cәmiyyәtin qurulmasında ziyalıya, dünyәvi dәyәrlәr tarixini

yaradan şәxsiyyәtlәrә daima ehtiram bәslәyәn, onlara milli, dini, siyasi mәnsubiyyәtinә görә deyil,

istedadına görә dәyәr verәn Heydәr Əliyev “Görkәmli şәxsiyyәtlәr xalqın zәkasını, elmini, mәdәniyyәtini,

mәnәviyyatını dünyaya nümayiş etdirir” nidası ilә bәşәri dәyәrlәrә xidmәtdә bulunan hәr bir tarixi

şәxsiyyәtә, ziyalıya, sәnәtkara ehtiram nümayiş etdirdi. İllәrlә yaranan, formalaşan, yaddaşdan-yaddaşa

ötürülәn sәnәt incilәrinә diqqәtlә yanaşan Heydәr Əliyev Fondunun gerçәklәşdirdiyi genişmiqyaslı

layihәlәr içәrisindә sәnәt, mәdәniyyәt, incәsәnәt faktına özәl münasibәt dә, şübhәsiz ki, Fondun adını

daşıdığı şәxsiyyәtә, onun duyğu vә düşüncәlәrinә diqqәt, ehtiram әlamәtidir.

Sivilizasiyaların, mәdәniyyәtlәrin, dinlәrin, mәnәvi dәyәrlәrin dialoquna bu gün daha çox ehtiyac

duyan dünya sanki yenidәn xeyirlә şәrin, yaxşı ilә pisin, işıqla qaranlığın mücadilәsindәdir. Soyuq vә

isti müharibәnin Yer üzünü cәnginә aldığı bir dövrdә qloballaşan dünyada indi tәkcә silahlar döyüşmür.

Mәdәniyyәtlәr, sivilizasiyalar üz-üzә gәlir. Qılıncını qınından sıyıran dünyanı isә ancaq düşünәn beyinlәr,

әdalәtә tapınan ictimai-siyasi xadimlәr, silahların dil açdığı masalarda kitabların, sәnәtin vә sәnәtkarların

dili ilә düşünüb danışmaq istedadı olan liderlәr xilas edәcәk.

Dünyada qüdrәtli şәxsiyyәtlәrin adını daşıyan Fondlar çoxdur. Onların vasitәsilә xeyriyyә aksiyaları

keçirilir, sәnәt, mәdәniyyәt himayә olunur. Osmanlı sultanlarının, xatunlarının qurduğu vәqflәr, Nobel

Fondu, Tereza Ana Fondu, İhsan Doğramacı fondu mәşhur fondlardandır. Vә bunların hәr biri bәlli bir

müddәt, daha doğrusu uzun illәr әrzindәki fәaliyyәtlәri ilә cahanda sülhә, sabitliyә, әmin-amanlığa,

xeyriyyәçilik mәqsәdlәri ilә tәşkil olunan tәdbirlәrә töhfәlәr verib.

Görkәmli siyasi xadim Heydәr Əliyevin Azәrbaycanın sosial-iqtisadi, mәdәni inkişafını, sivilizasiyalı

cәmiyyәtә inteqrasiyası, xalqımızın minillәr boyu yaratdığı, yaşatdığı dәyәrlәrin qorunması, maddi

rifahının yaxşılaşması naminә müәyyәn etdiyi, işlәyib hazırladığı siyasәtin öyrәnilmәsinә, tәbliğinә vә

bu ideyaların hәyata keçirilmәsinә dәstәk vermәk, ölkәnin tәrәqqisi naminә milli liderin zәngin irsindәn

bәhrәlәnәrәk genişmiqyaslı proqram vә layihәlәrin gerçәklәşmәsinә çalışan, elm, tәhsil, mәdәniyyәt,

sәhiyyә, idman, ekologiya ilә bağlı silsilә tәdbirlәr reallaşdıran, xüsusi qayğıya ehtiyacı olan insanlara әl

tutan, “insanların yaradıcı” potensialının, bilik vә bacarığının nümayişinә, inkişafına, Azәrbaycan

mәdәniyyәtinin geniş tәbliği, sağlam mәnәvi dәyәrlәrin qorunması ilә bağlı atılan hәr bir addıma, görülәn

hәr bir uğurlu layihәyә dәstәk verәn, uşaq vә gәnclәrin maariflәnmәsi, mükәmmәl bir şәxsiyyәt, vәtәndaş

kimi formalaşmasına, vәtәnimizin beynәlxalq nüfuzunun artmasına, Azәrbaycan hәqiqәtlәrinin dünyaya

çatdırılmasına, respublikamızın elm, tәhsil, mәdәniyyәt xadimlәrinin, ziyalıların xarici ölkәlәrin tәhsil

vә elmi mәrkәzlәri ilә әlaqәlәrinin möhkәmlәnmәsinә, uşaq müәssisәlәrinin, sәhiyyә obyektlәrinin infrastrukturunun

qurulmasına, ekologiya sahәsindә mühüm tәdqiqatların vә layihәlәrin dәstәklәnmәsinә,

ölkәmizdә vә ondan kәnarda aktual mövzulara dair konfrans vә simpoziumların, yaradıcı gәnclәrin vә

incәsәnәt xadimlәrinin sәrgilәrinin tәşkilinә, dini tolerantlığın bәrqәrar olmasına, vәtәndaş cәmiyyәti

quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesindә milli-mәnәvi dәyәrlәrin qorunub saxlanmasına

dәstәk vermәk kimi müqәddәs missiyanı öz üzәrinә götürәn Heydәr Əliyev Fondu vә onun hörmәtli

rәhbәri, UNESCO vә ISESCO-nun xoşmәramlı sәfiri, millәt vәkili Mehriban xanım Əliyeva tarix üçün

o qәdәr dә böyük olmayan on ildә sübut etdi ki, qısa vaxt, zaman kәsiyindә dә milli vә bәşәri dәyәrlәrә

misilsiz töhfәlәr vermәk, möhtәşәm uğurlar, nailiyyәtlәr әldә etmәk mümkündür!

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!