Milli Zeka
Description
Description
You also want an ePaper? Increase the reach of your titles
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
Milli Zəka

kәskin vә narın olanlardır. Bunlar әksәriyyәtlә fiziologiya mәsәlәlәrinә vә o vәzaifi ifa edәn cihazlara aiddir. Bu da

orta dәrәcә ziyalılıq nәzәrindә “әdәbsiz” sanılır.

Xalqın içәrisinә gedilsә, şәhәrdәn vә şәhәrin xırda alverçilәrindәn uzaq olan kәndlәrdә tәbii olaraq “әdәbli,

әdәbsiz” kimi bir ayrılıq yoxdur. Elmi nöqteyi-nәzәrindәn dә öylә baxış doğru olurdu. Fәqәt yenә dә әfkari-ümumiyyә

rәayәti lazım gördük” (3, 140). Göründüyü kimi, bu cür incә mәsәlәyә, istәnilәn vaxt qalmaqala sәbәb ola bilәcәk bir

problemә münasibәtdә 20-30-cu illәr Azәrbaycan folklorşünaslığı H.Zeynallının timsalında dünya standartlarına uyğun

bir mövqe tutur vә folklorşünaslığımızın sonrakı nәsillәri üçün tәmәl prinsip müәyyәnlәşdirmiş olur.

Dünәnki vә bugünkü Azәrbaycan folklorşünaslığında özünü qabarıq şәkildә göstәrәn nöqsanlardan biri

çoxvariantlıq mәsәlәsinin o qәdәr dә ciddi şәkildә nәzәrә alınmamasıdır. Biz orta mәktәb dәrsliklәrindәn tutmuş ali

mәktәb dәrsliklәrinәcәn hәr yerdә variantlaşmanı folklorun әn başlıca cәhәtlәrindәn biri elan etsәk dә, nә tәrtib vә

nәşrdә, nә dә elmi araşdırmalarımızda hәmin cәhәti çox az nәzәrә alırıq. Belә olmasaydı, bizim әksәr nağıl vә

dastanlarımız kitablara yalnız bir variantda düşmәzdi, variantlaşma probleminә aid dissertasiyalar müdafiә edilәr,

sanballı tәdqiqat әsәrlәri ortaya çıxardı. Çoxvariantlığın nәzәrә alınmamasını ciddi qüsur sayan H.Zeynallı yazır: “Material

toplayan yoldaşlar bir bayatını iki yerdә eşitdikdә, bir dastanı iki vә ya üç adamdan iki yerdә az bir fәrq ilә dә

olsa yazmayırlar. Bu yoldaşlar böylә mәzmun, dil vә tәsvir ayrılıqlarını göstәrmәklә lisaniyyat cәhәtdәn böyük vәzifәlәr

yaratmış olurlar” (3, 118). Əlbәttә, eyni folklor nümunәsinin müxtәlif variantlarda qeydә alınması yalnız dil baxımından

yox, hәm dә obraz, motiv, süjet baxımından tutuşdurma vә araşdırmalara geniş meydan açır. Geniş araşdırmalara meydan

açan bir mәsәlәnin qabardılması 20-30-cu illәr Azәrbaycan folklorşünaslığının aktual problemlәr әtrafında

düşünmәsindәn xәbәr verir.

Folklor mәtninin variantlaşması hәmin mәtni kimin, harada vә nә vaxt söylәmәsindәn çox asılıdır. Hәr hansı

peşәkar söylәyici bu gün bir auditoriyada danışdığı mәtni bir müddәtdәn sonra başqa auditoriyada qismәn fәrqli şәkildә

danışır. Əgәr hәmin mәtnә ikinci bir söylәyicinin ifasında qulaq assaq, onda variantlar arasında fәrqin bir az da çox

olduğunu görәcәyik. Demәli, folklor mәtni ifadan-ifaya, söylәyicidәn-söylәyiciyә dәyişә bilir. Eyni mәtnin söylәyicilәri

mәsafәcә bir-birindәn uzaq olan, etnoqrafiyasına görә bir-birindәn kifayәt qәdәr seçilәn mühitlәrdә yaşayıb-yaradırlarsa,

onda artıq variantdan yox, versiyadan danışmalı oluruq. Tәqdirәlayiq haldır ki, 20-30-cu illәr Azәrbaycan

folklorşünaslığı şifahi xalq әdәbiyyatı nümunәlәrini versiyalar müstәvisindә araşdırmaq prinsipinә ciddi şәkildә әmәl

edir: “Bu qisim әdәbiyyat (dastanlar – M.İ.) sadә yayılmaqla qalmayır, oxunduqca arasına yeni türkü, yeni manilәr dә

soxulmuş olur. Bu yeni-yeni soxulma materiallar isә istәr-istәmәz o әfsanәni çağıranların mühiti әtrafında füsunkar

tәsir altında cizgilәr, şәkillәr yaratmağa başlayır vә etnoqrafik bir mahiyyәt alır. Mәhz onun üçündür ki, bir “Aşıq

Qәrib”, bir “Əsli–Kәrәm”, bir “Şah İsmayıl vә Gülzar” әfsanәlәri mövzu, şәkil vә hәtta mәnşә etibarilә bir olduqları

halda, Krımda bir dürlü, Anadolu vә Azәrbaycanda başqa dürlü oxunurlar” (3, 109). Folklor mәtnlәrinin variant vә

versiyalarını etnoqrafik göstәricilәr kontekstindә götürmәyin nәticәsidir ki, Y.V.Çәmәnzәminli vә H.Zeynallı folklor

mühitlәrini hәrtәrәfli öyrәnmәyi toplama işinin ayrılmaz tәrkib hissәsi hesab edirlәr. Düzdür, onlar folklor

nümunәlәrinin yaranmasında, ayrı-ayrı janrların müәyyәn bölgәlәrdә geniş yayılmasında tәbiәt gözәlliklәrinin

tәsirindәn bәhs edәrkәn qismәn ifrata varır, coğrafi amilin rolunu bәzәn şişirtmiş olurlar. Bununla belә, fakt faktlığında

qalır: 20-30-cu illәr Azәrbaycan folklorşünaslığı toplama işini hәm nәzәri, hәm dә tәcrübi baxımdan dünya

folklorşünaslığının tәlәblәrinә uyğunlaşdırmağa çalışır. Dünya folklorşünaslığının tәlәblәrinә dәrindәn bәlәd olmağın

nәticәsidir ki, söylәyici, mühit vә zaman dәyişdikcә mәnaca bir-birinә zidd folklor nümunәlәrinin meydana çıxması

folklorşünasda tәәccüb doğurmur vә bu tipli folklor faktları folklorşünas qәlәmindә әsaslı izahını tapa bilir: “Qohumqardaş

xüsusunda “Qardaş–bir qaradaş”, “Qardaş yaxşı olsaydı, Allah özünә xәlq edәrdi” kimi sözlәrlә yan-yana bir

dә: “Yaxşı gündә yad, yaman gündә vay qardaş”, “Ər eldәndi, oğul beldәndi, aralıqda qardaş tapılmaz” kimilәrinә dә

tәsadüf edilәcәkdir. Mәlum ki, bunların hәr birinin öz mәqamı vә çağı vardır. El fәlsәfәsi sağlam vә hәr dәqiqәsinә

münasib olan hәyati dialektik bir fәlsәfәdir. Mәqamı, çağı dәyişdikcә mülahizә dә başqa bir şәkil alacaqdır” (3, 128).

Söz yox ki, burada söhbәt variantlaşmadan yox, eyni bir mәsәlәyә xalqın fәrqli vә bir çox hallarda isә tәzadlı münasibәt

bәslәmәsindәn gedir. Belә münasibәti şifahi xalq әdәbiyyatının çoxqatlılıq, çoxmәnalılıq tәbiәti ilә әlaqәlәndirmәkdә

folklorşünasımız tamamilә haqlıdır.

20-30-cu illәr Azәrbaycan folklorşünaslığının nәzәri mәnzәrәsini müәyyәnlәşdirmәkdә H.Zeynallı vә

Y.V.Çәmәnzәminli ilә yanaşı, V.Xuluflu, S.Mümtaz, Ə.Abid vә b. әdәbiyyatşünasların da mәqalәlәri zәngin material

verir. V.Xuluflunun aşıq sәnәtinә vә tapmacalara; S.Mümtazın el şairlәri vә aşıqlara, bayatı vә dastan janrlarına;

Ə.Abidin “Dәdә Qorqud”a, heca vәzninin tarixinә, mani vә bayatıların genezisi, poetikası vә ümumtürk şeirindәki

yerinә hәsr edilmiş mәqalәlәri dediyimizә misal ola bilәr. Bu müәlliflәr arasında Ə.Abid müraciәt etdiyi folklor

17