20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

arxası, kömәyi olmayan şairlәrin, ölkә vәtәn -

daşlarının halal haqqını yedilәr. Mahnı mәtnlә -

rinin müәllifi kimi adını demәyi belә rәva

bilmәdilәr. Bunlar dünәn idi. Bәs bu gün nә

üçün sәhnәyә çıxan minlәrlә tamaşaçı qarşısında

çıxış edәn müğәnni mahnının bәstәkarı ilә

yanaşı, sözlәrini yazan şairin adını çәk mir? Axı

sәhnә ona görә sәhnәdir ki, o, paklıq, ucalıq,

tәmizlik ocağıdı.

Musiqisi Elza İbrahimovanın, sözlәri

Şәrafәt Dağıstanlınındır! Nә gözәl sәslәnir. Mәnә

elә gәlir ki, bu sözlәri sәhnәdәn demәklә

müğәnni özünә başucalığı, bәstәkarasa hörmәt,

ehtiram gәtirәr.

“Yaralama”, “Bakı–Ceyhan neft kәmәri”,

“Atatürklә Heydәr ata”, “Xәbәrsiz”, “Xәzәrin

sahilindә”, “Xanım Zәrifә”, “Göygöl”, “Gәz,

axtar mәni”, “Sәn vermәdinmi”, “Mehriban”,

“Bu dağların”, “Ofelya”, “Sumqayıt”, “Sәnsiz”

vә başqa 60-dan yuxarı rәngarәng mahnının

yaranmasına sәbәb Şәrafәt xanımın şeirlәrin -

dәki melodiklik, axıcılıq, şuxluq, geniş panoram -

dır. Şәrafәt xanımın 1500-dәn çox şeir vә

hekayәsi dövri mәtbuatda çap olunub. Vә bir

otaq dolusu qalaq-qalaq çap olunmamış

әlyazmalarının şahidi oldum.

Şәrafәt xanım әdәbiyyatımızla, mәdәniyyәti -

miz lә bağlı bir sıra beynәlxalq tәdbirlәrdә

iştirak etmişdir. Dağıstanda, Bolqarıstanda,

Avropa, Asiya, Latın Amerikası yazıçılarının

iştirakı ilә keçirilәn konqreslәrdә dünyaca

mәşhur şair vә yazıçıları olan Nazim Hikmәti,

Orxan Kamalı, Yaşar Kamalı, Rәsul Hәmzәtovu,

Cingiz Aytmatovu, Mixail Şoloxovu, Əhmәdxan

Əbu Bәkiri görmәsini, onlarla söhbәt etmәsini,

xatirә şәkli çәkdirmәsini indi dә xatırlayan, o

xoşbәxt anları qәlbindә yaşadan Şәrafәt xanım

әdәbiyyatın sirli-sehrli bir kәhkәşan olduğunu

dönә-dönә vurğulayır.

İndi, yaşının bu ixtiyar çağında Sәmәd

Vurğunu, Xan әmini minnәtdarlıqla xatırlayan

Şәrafәt xanım: “Yaxşı kişilәr yaxşı atlara minib

getdilәr” deyir.

Bu sözlәrdә böyük hәqiqәt var. Xeyirxahlıq,

nәciblik, çәtinliyә, dara düşәnә әl uzatmaq,

kömәk etmәk indi elә bil seyrәlib. İnsani hisslәr,

duyğular korşalıb.

Hәr il ziyarәt etdiyi Şuşanın, Cıdır düzünün,

Qırxqız dağlarının, İsa bulağının yolları bağ -

lıdır. “Bu ayrılıq, bu hicran, bu sitәm nә uzun

çәkdi?” deyir Şәrafәt xanım.

O lalәzar Cıdır düzü

Qarşılardı hәr il bizi.

Ovsunlayıb gözümüzü,

Bizim Qarabağ, Qarabağ.

Bәs necә bu ayrılığa

Dözüm, Qarabağ, Qarabağ?!

“Mәn apreldә doğuldum”, “Günayım

mәnim”, Moskvada rus dilindә çap olunmuş

“Mәn dağlar qızıyam”, “Salam göndәrib”,

“Mәnim arzularım”, “Tәk sәnә görә” vә başqa

bu kimi kitabların müәllifi olan Şәrafәt

Dağıstanlı üçün vәtәn sevgisindәn, vәtәn

müqәddәsliyindәn, ucalığından böyük heç nә

yoxdur. Elә xalqımızın igid, qeyrәtli oğlu Ramil

Sәfәrova hәsr etdiyi “Ramil günahkar deyil”

şeirindә dә bu, aydın görünür.

Şәrafәt Dağıstanlı 75 yaşın içindәdir.

Qayğının, ehtiyacın qoynunda çırpınır. Amma

yenә qürurunu sındırmır. Ürәyi ilә baş-başa

qalıb ürәklәri titrәdәn şeirlәrini, nәğmәlәrini

yazır. O, bu nәğmәlәri yazanda doğma Azәr -

baycandan, onun gözәlliyindәn güc, ilham alır.

Mәnә elә gәlir ki, ana da qoynuna sığınan

balasını qorumalıdır. Azәrbaycan Yazıçılar Birliyi

uzun illәrdir yazıb-yaradan, xalqına xidmәt

edәn bu şairә qayğı göstәrәcәkdir.

Xalqımızın igid oğlu Ramil Sәfәrovun vәtәnә

qaytarılması, ölkә Prezidenti İlham Əliyev tәrә -

findәn әfv edilmәsi Yer üzündә yaşayan bütün

azәrbaycanlıları ürәkdәn sevindirdi. Ölkәmizin

başçısı әmәli işi ilә sübut etdi ki, o, hәr bir

azәrbaycanlının Prezidentidir. Belәdә bütün

ölkә öz Prezidentinin yanındadır. Yumruq kimi

birlәşib torpaqlarımızın azadlığı uğrunda sava -

şa hazırdır.

Şәrafәt xanım da öz şeirlәri ilә vәtәn

uğrunda döyüşür. Vә Azәrbaycanın qәlәbәsinә

inanır. İstedadlı insanlar gün işığı, ay işığıdır.

Qaranlığı, zülmәti yarıb keçәr, dünyanı nura

qәrq edәr. Şәrafәt Dağıstanlı işıqlı insandır. O,

şeirlәri, nәğmәlәri ilә könüllәrә yol çәkir. Könül -

lәrә yol çәkәn insan isә unudulmasın gәrәk.

Şәrafәt xanım özü nә gözәl deyib:

Bir bulağam, suyum sәrin,

Dağ döşüdü yurdum, yerim.

Müjdәsiyәm nәğmәlәrin,

Sellәr, mәni yaralama,

Bu dağlardan aralama.

78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!