20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Milli Zəka

Hay vurub, qıy vurub sәs sal dağlara,

Gözәllәr oylağı göy yaylaqlara.

Mәnim dә dәrdimi de oylaqlara,

Sinәmdәn oxladı bir maral mәni.

Yәni burada o qәdәr sәmimiyyәt var, doğmalıq

var, mehr-ülfәt var ki, şair heç kәsә, heç bir dostuna,

tanışına, hәtta dağa-daşa deyә bilmәdiyi

dәrdini, könlünün әn gizli duyğularını Dәdә Şәmşi -

rә deyir, onunla bölüşür. Burada, bir növ,

zәmanәdәn, taledәn şikayәt elementlәri var,

narazılıq çalarları da açıq-aşkar duyulur.

Hәqiqәtәn dә Sәmәd Vurğunla Aşıq Şәmşirin

görüşünün baş verdiyi dövrdә görkәmli şairә qarşı

müәyyәn tәzyiqlәr mövcud idi.

Bu görüşün baş tutduğu 1955-ci il әrәfәsindә

artıq Sәmәd Vurğun haqqında mәtbuatda bәzi

tәnqidi qeydlәr dә gözә dәymәkdә idi. Deyişmә -

lәrdәki şikayәt notlarından görünür ki, hәmin vaxta

tәsadüf edәn görüşü zamanı böyük sәnәtkar

hәyatının çәtinliklәrini Aşıq Şәmşirlә bölüşmüşdür.

Bundan başqa, mәlum olduğu kimi, Sәmәd

Vurğunun hәyatının bu dövrünün görünmәyәn

ağrıları daha çox yaşadığı cәmiyyәtin dәrinlik -

lәrindәn gәlirdi. Ona görә dә, Sәmәd Vurğun−Aşıq

Şәmşir deyişmәlәrindә zamanla bağlı çәtinliklәrin

ifadәsi öz әksini tapmışdır. Sәnәtkar vә dövran

münasibәtlәrini bu deyişmәdәn görmәk mümkün -

dür. Zamana-dövrana, çәrxi-fәlәyә münasibәt, eyni

zamanda, dastan üçün dә sәciyyәvidir. Bu mәnada

Sәmәd Vurğun−dövran münasibәtlәri deyişmәdә az

yer tutsa da, örtülü şәkildә ifadә olunsa da, hәm xalq

şairinin tәrcümeyi-halı, hәm dә dastan yara dıcılığı

baxımından özünәmәxsus әhәmiyyәtә malikdir.

Eyni zamanda Sәmәd Vurğun–Aşıq Şәmşir

deyişmәsindә şikayәtnamә elementlәri ilә yanaşı,

öygü әlamәtlәri dә vardır. “Hay vurub, qıy vurub

sәs sal dağlara” misrası Aşıq Şәmşir sәsinin

şaqraqlığına, onun sәnәtinin qüdrәtinә işarәdir,

yaxşı mәnada tәrifnamәdir. Bu da Sәmәd Vurğunun

son dәrәcә böyük sәnәtkar, geniş ürәkli, böyük

istedada malik bir sәnәtkar olmasından xәbәr verir.

Aşıq Şәmşirә әn yüksәk, әn obyektiv, layiq

olduğu qiymәti ilk verәn mәhz xalq şairi Sәmәd

Vurğun olmuşdur. Vә bu qiymәt hәmin möhtәşәm

tarixi görüşdәn sonra zaman-zaman özünü

layiqincә doğruldaraq ümumәn cәmiyyәtin fikrinә,

mövqeyinә çevrilә bilmişdir. Bu da, eyni zamanda,

Sәmәd Vurğun uzaqgörәnliyinin, böyüklüyünün,

şairin geniş dünyagörüşünün tәntәnәsi idi.

Yaxud, Dәdә Şәmşirin xalq şairi Sәmәd

Vurğuna müraciәtlә söylәdiyi aşağıdakı misralarda

da el sәnәtkarının böyük şairә verdiyi qiymәt öz

әksini tapmışdır:

Qoşqarla yanaşı duran başın var,

Bizim el tanıyır uca dağ sәni.

Yanır yolumuzda sәnәt çırağın,

Bilirik şeirdә bir mayak sәni.

Bu da Aşıq Şәmşir böyüklüyünün bariz

göstәricilәrindәndir. O, şeirin, әdәbiyyatın, sәnәtin,

sәnәtkarlığın nә olduğunu gözәl bilirdi vә Sәmәd

Vurğunun mövqeyini, yerini әdәbiyyatda aydın

şәkildә tәsәvvür edirdi. Demәk, Dәdә Şәmşir

sadәcә sıradan bir aşıq olmayıb. O, eyni zamanda

hәm müasiri olan şairlәrә bәnzәyәn şeirlәri, hәm dә

Sәmәd Vurğun kimi bir sәnәtkara obyektiv qiymәt

vermәk bacarığı ilә yazılı әdәbiyyatın nümayәndәsi

sayıla bilәr. Düzdür, Sәmәd Vurğun haqqında onlarla

monoqrafiya, elmi әsәr oxumuşuq. İçindә son

dәrәcә yüksәk sәviyyәdә yazılanları da çoxdur.

Lakin Dәdә Şәmşirin böyük şairә verdiyi yüksәk

qiymәt öz obyektivliyi ilә yanaşı, daha yaddaqalan

vә daha ümumilәmiş bir münasibәti ifadә edir.

Ustad aşığın xalq şairinә hәsr etdiyi şeirlәrdә

Sәmәd Vurğun dühası daha parlaq vә hәrtәrәfli

sәviyyәdә diqqәtә çatdırılmışdır. Dәdә Şәmşirin

xalq şairi Sәmәd Vurğun haqqındakı fikirlәri

bütövlükdә xalqın böyük sәnәtkara bәslәdiyi

ümumxalq mәhәbbәtini dolğun şәkildә ifadә edir.

Bu da onu göstәrir ki, Aşıq Şәmşir istedadla yanaşı,

hәm dә ictimai tәfәkkürü olan görkәmli bir

sәnәtkardır. Bu cür qüdrәtli sәnәtkarlar xalqın,

millәtin yaddaşında vә qәlbindә әbәdi yaşamaq

haqqına malikdirlәr.

40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!