Milli Zeka
Description
Description
Create successful ePaper yourself
Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.
Dәrsdәn sonra asudә saatlarını o dövrdә şәhәrdә

şöhrәt tapmış Sabir kitabxanasında keçirirdi.

Şәhәrdә yaşamadığı üçün onu kitabxananın daimi

üzvlüyünә qәbul etmirdilәr. Kitabları yalnız

kitabxananın özündә oxumağa icazә verilirdi. Buna

görә dә hәr bir kitabı azı bir aya oxuyub qurtarırdı.

Divanbәyoğlunun "Can yanğısı" kitabına elә

bağlanmışdı ki, onu ancaq iki aya oxuyub

qurtarmışdı vә sonralar bu kitabın üstündә, özünün

dediyi kimi, ilk uğursuzluğa düçar olmuşdu.

Mәsәlә belә olmuşdu: texnikumun әdәbiyyat

müәllimi Zәkәriyyә bәy sinifdә hansı әsәrdәnsә

dәrs keçdiyi zaman bir uşaqdan soruşmuşdu:

"Kitabda oxuduğun "tale" sözünün mәnası nәdir?"

Hәmin şagird cavab verә bilmir. Sonra müәllim

o biri şagirdlәrdәn soruşur. Heç kәs bilmir. Növbә

ona çatanda qürurla ayağa qalxıb deyir: “Müәllim,

tale arvad demәkdir”.

Bu sözü eşidәn, Zәkәriyyә bәy ucadan elә

gülmәyә başlayır ki, şagirdlәr dә ona qoşulurlar.

Qılman pәrt olur. Axı "Can yanğısı" kitabında

çәkilmiş bir şәkildә әsәrin qәhrәmanı qucaqladığı

qadına deyir:"Sәn mәnim taleyimsәn". İndi

Zәkәriyyә müәllim niyә buna gülür? Müәllim

sonra: "Yox, Qılman, tale arvad demәk deyil",

–deyib "tale" sözünün mәnasını izah edir. Qılman

İlkin bu әhvalatı hәyatının ilk uğursuzluğu kimi

xatırlayır.

Pedaqoji texnikumda oxuyarkәn Əzizbәyov

kitabxanası nәzdindә Yazıçılar İttifaqının әdәbiyyat

dәrnәyindә yaxından iştirak edir. O zaman bu

dәrnәyә әvvәlcә şair Almas İldırım, sonralar isә

Seyid Hüseyn rәhbәrlik edirdi. Bu dәrnәkdә o,

әdәbi yaradıcılığa çox isinişir, Seyid Hüseynin

kömәkliyi ilә ilk hekayәlәrini yazır. Bu hekayә -

lәrdәn biri "Hücum" jurnalında dәrc edilir.

Xaçmaz rayonunda müәllimlik etdiyi illәrdә

ölkәdә kollektivlәşmә gedirdi. Yoxsul vә ortabab

kәndlilәr kolxozlarda birlәşmişdilәr. Lakin

hökumәtin bu siyasәti ilә razılaşmayan mülkәdarlar

kolxozların әleyhinә çıxmış vә hökumәtin tәqibin -

dәn qorxaraq qaçıb gizlәnmişdilәr. Xaçmazda da

vәziyyәt eyni idi. Torpaqları әllәrindәn alınmış

varlılar kәndin әtrafındakı meşәliklәrdә gizlәnәrәk

tez-tez sovet idarәlәrinә basqın edirdilәr. Kәnd

sovetinin gәnc sәdri Qılman İlkini hücumlardan

qorumaq mәqsәdilә onu öz evindә saxlayır.

Kәnd mәktәb binası bәrbad halda idi. Böyük

bir tövlәni tәmizlәyib, ona bir neçә pәncәrә açaraq,

dәrs otağı halına salmışdılar. Mәktәbyaşlı uşaqların

çoxu mәktәbdәn kәnarda qalmışdı. Qılman ilk

gündәn evlәri gәzәrәk uşaqların hamısını mәktәbә

toplamışdı. Bu xәbәr meşәlәrdә gizlәnmiş bәzi

valideynlәrә çatdıqda Qılmanı hәdәlәyәrәk ona

xәbәr göndәrmişdilәr ki, bizim uşaqları zorla

Milli Zəka

mәktәbә cәlb etmәsin. Buna görә kәnd sovetinin

sәdri onu möhkәm qoruyurdu. Hәtta gecәlәr onunla

bir otaqda yatırdı. Qılman müәllim arada mәktәbә

bәzi tәdris lәvazimatı almaq üçün bir neçә günlüyә

Bakıya gәlir, kәndә qayıtdığı zaman bütün kәnd

әhalisini matәm içindә görür. Mәlum olur ki, bir

gecә qaçaqlar kәnd soveti sәdrinin evinә basqın

edәrәk onu öldürüblәr. Qıl man başa düşür ki,

qaçaqlar onu öldürmәk üçün gәlibmiş. Bundan

sonra rayon rәhbәrliyi kәndi qorumaq üçün milis

işçilәri göndәrir. Bu hadisәdәn sonra o, kәnddә

hәmişә hәyәcan içindә yaşayır. Tәdris ili başa çatan

kimi, Maarif Nazirliyinә bildirir ki, daha Xaçmaz

kәnd mәktәbinә qayıdası deyil.

Bundan sonra Qılman İlkin müәllimlikdәn әl

çәkәrәk mәtbuat sahәsindә çalışır. O, "Gәnc işçi"

qәzetindә әdәbi işçi olur. Redaksiyanın binası

İsmailiyyә binası ilә üzbәüzdә yerlәşdiyi üçün teztez

oradakı Proletar Yazıçıları Cәmiyyәtinә gedir,

hәtta orada çağırılmış yığıncaqlarda yaxından

iştirak edir. Görkәmli Azәrbaycan yazıçılarını

yaxından tanıyır, tez-tez redaksiyaya gәlәn Mikayıl

Müşfiq, Süleyman Rüstәm, Seyid Hüseyn vә

başqaları ilә yaxından tanış olur.

Qılman İlkin 1932-ci ildә Azәrbaycan Pedaqoji

İnstitutunun Ədәbiyyat vә tarix fakültәsinә daxil

olur. Eyni zamanda әdәbi yaradıcılığa başlayır.

Əvvәllәr Əli Vәliyev, Zeynal Xәlil vә Mikayıl

Müşfiqin әsәrlәri barәdә tәnqidi mәqalәlәr yazır.

1938-ci ildә institutda Müşfiq haqqında keçirilәn

әdәbi gecәdә Müşfiqin uşaq şeirlәri barәdә etdiyi

mәruzәnin üstündә çox keçmir ki, başı bәlalar çәkir.

Müşfiqin hәbsi ilә bağlı tez-tez Milli Tәhlükәsizlik

Komitәsinә çağırılır, sorğu-suala tutulur:"Nә üçün

Müşfiq mәruzәni mәhz sәnә tapşırıb, sәn Müşfiqin

evindә olmusanmı?" kimi hәdәlәyici suallar onu

sarsıdır, sakit hәyatını pozurdu. Hәmin günlәrdә

ümumiyyәtlә, institutda gәrgin vәziyyәt yaran -

mışdı. İnstitutun partiya tәşkilatının katibi ermәni

Budaqov hamıdan şübhәlәnir, hamının üzәrindә

nәzarәt qoyurdu. Birini çağırıb o birinin hәrәkәt -

lәrinә göz olmağı tapşırırdı. Müәllimlәr vә tәlәbә -

lәr içәrisindә bir-birinә inamsızlıq yaranmışdı. Heç

kәs bir-birinә inanmırdı, yalnız institutu bitirәndәn

sonra tәlәbәlәr azad nәfәs ala bilirdilәr.

İnstitut hәyatı gәnc Qılmana mәnfi tәsir

etmişdi, onu çox bәdbinlәşdirmişdi. İkinci Dünya

müharibәsi onu düşgün әhval-ruhiyyәdәn xilas edir.

Xәstәliyinә görә hәrbi xidmәtdәn azad olsa da

1941-ci ildә partiyanın Mәrkәzi Komitәsi tәrәfin -

dәn Cәnub cәbhәsinә hәrbi xidmәtә göndәrilir.

Sovet qoşunları 1941-ci ildә İranı işğal

etdikdәn sonra Azәrbaycandan Güney Azәrbaycana

100 nәfәrәdәk ziyalı göndәrilmişdi. Onların

içәrisindә hәr cür peşәdәn olan adamlar, o cüm -

45