20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

18

Milli Zəka

hadisәsini ümumtürk kontekstindә incәliyinәcәn öyrәnәn tәdqiqatçı kimi xüsusәn seçilir. Tәsadüfi deyil ki, H.Araslı vә

M.H.Tәhmasibin dastan janrı, daha çox isә “Dәdә Qorqud” eposu ilә bağlı araşdırmaları ilkin nәzәri qidasını Ə.Abid

araşdırmalarından götürür.

H.Zeynallı, Y.V.Çәmәnzәminli, V.Xuluflu, S.Mümtaz, Ə.Abid, B.Çobanzadә, Ə.Nazim, H.Əlizadә vә b. ziyalıların

repressiyaya mәruz qalmasından sonrakı mәrhәlәdә Azәrbaycan folklorşünaslığının özünә gәlib tәdricәn dirçәlmәsi

mәhz H.Araslı vә M.H.Tәhmasibin araşdırmaları hesabına mümkün olur. “Kitabi-Dәdә Qorqud”u Azәrbaycanda ilk

dәfә H.Araslı nәşr edir (1939). 30-cu illәrin sonlarından H.Araslının dastanlara, aşıq yaradıcılığına, nağıllara aid bir

sıra mәqalәlәri çap olunur. Azәrbaycan şifahi xalq әdәbiyyatı örnәklәrini orta mәktәb proqram vә dәrsliklәrinә ilk dәfә geniş

şәkildә daxil edәn H.Araslı olur.

1944-cü ildә Nizami adına Ədәbiyyat İnstitutunda Folklor şöbәsinә müdir tәyin edilәn M.H.Tәhmasib ömrünün

sonuna qәdәr (1982) bir şöbәnin yox, bütövlükdә o dövr Azәrbaycan folklorşünaslığının elmi-praktiki işlәrinә istiqamәt

vermәk kimi bir vәzifәnin mәsuliyyәtini daşıyası olur. M.H.Tәhmasibin rәhbәrliyi, Ə.Axundov, N.Seyidov vә b.

folklorşünasların yaxından iştirakı ilә Azәrbaycan nağılları vә dastanlarının beş cildliyi ilk akademik nәşrlәr kimi

hәyata keçirilir. İlk böyük tәdqiqatını mövsüm vә mәrasim nәğmәlәrinә hәsr edәn, V.Xuluflu vә H.Əlizadәdәn sonra

“Koroğlu” dastanının әn mükәmmәl variantını nәşrә hazırlayan, nağıl vә dastan çoxcildliklәrinin, Molla Nәsrәddin

lәtifәlәrinin tәrtibçisi vә tәdqiqatçısı olan M.H.Tәhmasib Azәrbaycan folklorşünaslığında әn fundamental elmi

әsәrlәrdәn birini – “Azәrbaycan xalq dastanları. Orta әsrlәr” monoqrafiyasını tamamlayıb çap etdirir (1972).

M.H.Tәhmasibin mövsüm vә mәrasim nәğmәlәrinә hәsr etdiyi vә namizәdlik dissertasiyası kimi müdafiә etdiyi tәdqiqat

әsәri Azәrbaycan folklorşünaslığında mәrasim folklorunun hәrtәrәfli öyrәnilmәsindә ilk mühüm addım olur vә sonrakı

illәrdә B.Abdulla, A.Ramazanova, A.Xәlil vә b. alimlәrin hәmin sahә ilә bağlı dәyәrli әsәrlәri meydana çıxır.

M.H.Tәhmasibin “Azәrbaycan xalq dastanları. Orta әsrlәr” monoqrafiyası iki mühüm istiqamәti әhatә edir: 1.

janrın mifoloji köklәrinin üzә çıxarılması; 2. janrın poetikasının hәrtәrәfli öyrәnilmәsi. Birinci istiqamәtin Azәrbaycan

folklorşünaslığı üçün nә qәdәr vacib vә әhәmiyyәtli olması barәdә mifoloq Arif Acalov yazır: “Dastanların bir çox

dolaşıq mәsәlәlәrini açmaq, qaynaqlarını müәyyәnlәşdirmәk üçün müәllif türk mifoloji materiallarından geniş miqyasda

vә ustalıqla istifadә edir. Xıdır, Tәpәgöz, Basat, Dәdә Qorqud surәtlәri, buta, aşıq vә b. anlayışlar barәdә kitabda irәli

sürülәn fikirlәr Azәrbaycan folklorunun mifoloji mәzmununu öyrәnmәk, elәcә dә türk mifoloji sistemini bәrpa etmәk

baxımından әhәmiyyәtlidir” (6, 27). Monoqrafiyadakı ikinci istiqamәt barәdә danışmazdan әvvәl qeyd etmәyi lazım

bilirik ki, Azәrbaycan folklorşünaslığında mifoloji sistemin tәsvirinә vә bәrpasına yönәlmiş tәdqiqatların (M.Seyidov,

B.Abdullayev, R.Qafarlı, S.Rzasoy, R.Əliyev vә b. folklorşünasların apardığı tәdqiqatların) meydana çıxmasında

M.H.Tәhmasib irsinin müәyyәn rolu vardır. M.H.Tәhmasibin mәlum monoqrafiyasından sonra çap olunan başqa bir

monoqrafiya – M.Seyidovun “Azәrbaycan mifik tәfәkkürünün qaynaqları” kitabı, hәmçinin bir sıra başqa kitablar

göstәrir ki, mifologiya Azәrbaycan folklorşünaslığında öz predmeti olan oturuşmuş bir sahәyә çevrilmәkdә, sanballı

әsәrlәrlә tәmsil olunmaqdadır. Əlbәttә, bu sahәnin formalaşmasında M.Seyidovun ardıcıl vә sistemli elmi fәaliyyәtinin

xüsusi yeri vardır. “M.Seyidov mifologiyanın sinkretik tәbiәtindәn çıxış edәrәk onu insan düşüncәsinin vә

mәdәniyyәtinin müxtәlif sahәlәri (dil, psixologiya, etnoqrafiya, tarix, incәsәnәt vә b.) ilә әlaqәdar öyrәnir. Belәliklә

dә, mövzu daha yaxşı әhatә edilir, onun daxili әlaqәlәri bütün mürәkkәbliyi ilә әks etdirilir” (6, 28). M.Seyidov

tәdqiqatlarındakı bu cür universallıq, söz yox ki, ondan sonrakı araşdırmalara özünün müsbәt tәsirini göstәrir.

“Azәrbaycan xalq dastanları. Orta әsәrlәr” monoqrafiyasındakı ikinci istiqamәtә gәlincә, qeyd etmәk lazım gәlir

ki, M.H.Tәhmasib hәm bu әsәrindә, hәm dә ayrı-ayrı el sәnәtkarlarının (xüsusәn dә Aşıq Əlәsgәrin) hәyat vә

yaradıcılığına hәsr olunmuş mәqalәlәrindә aşıq sәnәtinin poetik sistemini araşdırmağı diqqәt mәrkәzindә saxlayır.

Mәhz poetik sistemi öyrәnmәk alimә imkan verir ki, dastanın bir janr kimi özünәmәxsus cәhәtlәrini elmi әsaslarla üzә

çıxara bilsin. P.Əfәndiyev, V.Vәliyev, Q.Namazov, M.Hәkimov, S.Paşayev, M.Qasımlı, M.Allahmanlı, M.Cәfәrli,

H.İsmayılov, E.Mәmmәdli vә b. folklorşünasların aşıq sәnәtindәn, o cümlәdәn dastan yaradıcılığından bәhs edәn

әsәrlәrindә M.H.Tәhmasib tәsirini görmәk ustad folklorşünasın nәzәri fikirlәrinin doğru-düzgünlüyündәn xәbәr verir.

M.H.Tәhmasibin dastan janrını araşdırma modeli, yәni janrın genezisini onun poetikası ilә vәhdәtdә götürmәk modeli

şifahi xalq әdәbiyyatındakı digәr epik janrların öyrәnilmәsinә dә yaxından kömәk edir. Bu fikri S.Paşayevin әfsanәlәrlә,

T.Fәrzәliyevin lәtifәlәrlә, R.Xәlilov, O.Əliyev, Ə.Əsgәr vә b. folklorşünasların nağıllarla bağlı tәdqiqatları bir daha

tәsdiq edir. Heç şübhәsiz, janrla bağlı araşdırmalar M.H.Tәhmasib modeli ilә mәhdudlaşmır vә dünya

folklorşünaslığının zәngin tәcrübәsi janrәtrafı tәdqiqatların tam başqa istiqamәtlәrdә aparılmasına geniş imkanlar açır.

Belә imkanlardan biri beynәlxalq nağıl kataloqu әsasında Azәrbaycan nağıllarının süjet göstәricisini hazırlamaqdır.

Bu çәtin işi hәyata keçirmәk gәnc folklorşünas İ.Rüstәmzadәnin adı ilә bağlıdır.

M.H.Tәhmasib ilk irihәcmli tәdqiqat әsәrini mövsüm vә mәrasim nәğmәlәrinә hәsr etsә dә, şifahi söz sәnәtinin

mәrasimlәrlә nә dәrәcәdә bağlı olduğunu çox gözәl bilsә dә, tәәssüf ki, o, araşdırmalarında dastanların ifa kontekstini

nәzәrә almır. Dastan hansı mühitdә vә auditoriyada ifa olunur? İfa olunduğu mühitdәn vә auditoriyadan asılı olaraq

dastanın mәzmun vә formasında hansı dәyişmәlәr baş verir? Ən başlıcası: dastan ifaçılığında sazla sözün vәhdәti necә

qorunur? Dastanda hansı şeir hansı aşıq havası üstündә oxunur? Bu tipdә mәsәlәlәrә o qәdәr dә diqqәt yetirmәmәsi

göstәrir ki, M.H.Tәhmasib dastan mәtnini yazılı әdәbiyyat mәtni kimi ayrıca götürüb tәhlil etmәyә daha çox üstünlük

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!