13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

düşüncələr, qanunlardır. Belə ki, məsələn, Nyuton öz fizikasını təbiət fəlsəfəsi adlandırdı.Quqo Qrotsiy isə xalqların bir-birinə münasibətdə davranışını müqayisə etmək əsasındavə adi mühakimələrin köməyilə bir nəzəriyyə yaratdı ki, bu, beynəlxalq dövlət hüququadını aldı. İngilislərdə fəlsəfənin bu adı indiyə qədər öz anlamını saxlamışdır və oradaNyutonu böyük filosof kimi tərənnüm edirlər. Hətta maqnetik alətləri, yaxud termometri,barometri və i. a. fəlsəfi alətlər adlandırırlar. Biz, əlbəttə, bununla ilgili qeyd etməliyik ki,ağacın, dəmirin və s. birləşməsi deyil, yalnız təfəkkür fəlsəfənin aləti sayılmalıdır.*Özəlliklə siyasi iqtisadın yaranmasında yeni dövrə borclu olan elmi fəlsəfə adlandırırlar.Biz onu sadəcə rasional dövlət təsərrüfatı haqqında elm** adlandırırıq.-------------------------------* Tomsonun nəşr etdirdiyi jurnal da "Fəlsəfənin kanalları, yaxud kimya, mineralogiya,mexanika, təbiət tarixi, kənd təsərrüfatı və incəsənət jurnalı adlanır. Burada adları çəkilənbilik sahələrindən oxucu nəyin fəlsəfə adlandırıldığını özü də təsəvvür edə bilər. Yeniçıxan kitablar haqqında elanlar arasında bu yaxınlarda mənim bir ingilis qəzetində beləbir başlıq gözümə dəydi: "Fəlsəfi prinsiplər əsasında saçların tökülməsinin qarşısınınalınması". Bu ad altında, görünür, kimyəvi, fizioloji və i. a. prinsiplər nəzərdə tutulur.** İngilis dövlət xadimləri hətta kütləvi çıxışlarında ümumi politekonomik prinsiplərigöstərmək üçün "fəlsəfi başlanğıc" ifadəsindən istifadə edirlər.Parlamentin iclasında(1825-ci il, 2 fevral) Bruqem öz çıxışında belə bildirmişdi: "dövlət adamlarına layiq vəazad ticarətin fəlsəfi başlanğıclarını – belə ki, bunun fəlsəfi başlanğıc olduğu şübhədoğurmur – qəbul etməklə əlahəzrətləri parlamenti təbrik etdi" və s. Lakin müxalifətintəkcə bu nümayəndəsi belə danışmadı. Hər il həmin ayda dəniz ticarəti cəmiyyətininbirinci naziri qraf Liverpulun sədrliyi və onun yanında əyləşən dövlət katibi Kanninqinvə ordu general-xəzinədarı ser Çarlz Lonqun iştirakı ilə keçirilən banketdə öz ünvanınadeyilən tosta cavab olaraq dövlət katibi Kanninq demişdi: "İndi elə bir yeni dövrbaşlanmışdır ki, artıq nazirlər dərin fəlsəfənin müdrik qaydalarını bu ölkənin idarəolunmasına tətbiq edə bilərlər". İngilis fəlsəfəsinin alman fəlsəfəsindən necəfərqlənməsindən asılı olmayaraq, bu söz (fəlsəfə – A. T.) bəzən gülməli, yaxudtəhqiramiz ifadə kimi işlədilsə də, hər halda İngiltərənin dövlət xadimlərinin ona hörmətbəslədiyini görmək sevindiricidir.---------------------------------------------------------------§ 8Birincisi, bu idrak öz sahəsində yetərli olmasa da, hər halda bəlli olur ki, ona daxilolmayan digər predmetlər dairəsi – azadlıq, ruh, allah da vardır. Bunları o idrakzəminində tapmaq ona görə mümkün deyil ki, onlar təcrübə sahəsinə məxsus deyillər(doğrudur, onlar – azadlıq, ruh, allah – hissi təcrübə ilə qavranılmırlar, ancaq tavtolojideyim olsa da, ümumiyyətlə, şüurda olan hər şey təcrübədə qavranılır), ona görə ki, bupredmetlər öz məzmununa görə sonsuz predmetlər kimi çıxış edir.Qeyd. Aristotelə aid edilən belə bir əski müddəa var və yanlış olaraq hesab edilir ki,guya o, Aristotelin fəlsəfi baxışını ifadə edir. Bu müddəa belə səslənir: "Nihil est inintellektu, quod non fuerit in sensu" – "Hisslərdə, təcrübədə olmayan heç bir şeytəfəkkürdə yoxdur". Əgər spekulyativ fəlsəfə bununla razılaşmaq istəməsə, bu,anlaşılmazlıq kimi qəbul edilməlidir. Ancaq o bu müddəaya əks müddəa da əlavəetmişdir: "İntellektdə olmayan heç bir şey duyğuda yoxdur" – belə bir dərin anlamda ki,vobs (ağıl), daha dərin tərifdə ruh dünyanın səbəbidir və sonra (bax10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!