13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

haqqında bilik əslində hissi duyğu və seyr üzərində ucalmadır; ona görə də o bilik özününbu çıxış nöqtəsinə inkar münasibətindədir və eyni zamanda da vasitələnmiş bilikdir.Çünki vasitəlilik hansısa bir başlanğıcdır, nə isə bir ikinciyə keçiddir, belə ki, bu ikinciona görə vardır ki, ona onun özünün "özgəsindən" gəlinmişdir. Amma allah haqqındabilik bununla empirik tərəfə münasibətdə az müstəqil olmayacaq və hətta məhz buinkarın və yüksəlmənin vasitəsilə o, özünə öz müstəqilliyini verir. Əgər vasitələnmənişərtlənməyə çevirsək və onu birtərəfli qaydada qeyd etsək, onda demək olar ki, fəlsəfəözünün ilkin yaranışında təcrübəyə (aposteriora) borcludur, ancaq bununla çox şey demişolmarıq, çünki doğrudan da təfəkkür önəmli ölçüdə bilavasitə varlığın inkarındanibarətdir. Həmçinin demək olar ki, qidalanma prosesinin yaranması qida məhsullarınaborcludur, onlarsız yemək baş verməz. Yemək prosesi, əlbəttə, bu yöndən baxıldıqdamünasib deyil, çünki yemək özünün baş verməsi üçün borclu olduğu şeyin udulmasıdır.Bu anlamda təfəkkür də yeməkdən geri qalmır.Lakin əsl, özü-özündə refleksləşmiş təfəkkürün bilavsitəliliyi (apriorluğu) ənümumilikdir, onun ümumiyyətlə özü-özündə varlığıdır; təfəkkür burada özü-özünəödənilir, təminatlanır və buna görə də onda xüsusiləşməyə biganəlik, eləcə də özinkişafına laqeydlik vardır. Buna oxşar olaraq din də az və ya çox inkişaf etməsindən,elmi şüur yüksəkliyinə qalxmasından, yaxud sadəlövh inam və könül səviyyəsindəqalmasından asılı olmayaraq eyni intensivliyə malik olub, eyni dərəcədə razı salır vəsayğıya səbəb olur. Əgər fəlsəfə ilk fəlsəfi təlimlərdə labüd olaraq baş verdiyi kimi(məsələn, eleat məktəbinin varlıq təlimində göründüyü kimi) ideyaların ən ümumiliyindədayanırsa, onda haqlı olaraq formalizmdə günahlandırılır. Ola bilər ki, daha inkişaf etmişfəlsəfi təlimdə də xüsusi gözdən keçirilərkən yalnız təkrarlanan abstrakt müddəalar vətəriflər formullaşdırılır (məsələn, belə: mütləqdə hər şey birdir, subyektiv və obyektivolan eyniyyətdədir).Təfəkkürün ilkin abstrakt eyniliyinə münasibətdə o müddəa düzgünvə əsaslandırılmış sayılmalıdır ki, fəlsəfə öz inkişafında təcrübəyə borcludur. Empirikelmlər, bir tərəfdən təkcə olayların müşahidəsində dayanmayıb fəlsəfə ilə görüşə hərəkətedir, fikir vasitəsilə material üzərində işləyir: ümumi tərifləri, cinsləri və qanunlarıtaparaq onlar xüsusinin məzmununun fəlsəfəyə daxil olmasına zəmin hazırlayırlar. O biritərəfdən isə onlar təfəkkürün özünü bu konkret təriflərə keçməyə məcbur edirlər. Empirikelmlərin məzmununu qəbul edərək və bu məzmuna xas olan bilavasitəlik və varlıqformasını aradan qaldıraraq təfəkkür eyni zamanda özü-özündən inkişaf edən təfəkkürolur. Beləliklə, öz inkişafı ilə empirik elmlərə borclu olan fəlsəfə onların məzmununatəfəkkür azadlığının önəmli formasını (aprior formasını) verir, onlara öncədən tapılanınvə təcrübi faktların inandırıcılığı yerinə faktları təfəkkürün ilkin və tamamilə müstəqilfəaliyyətinin təsvirinə və nümayişinə çevirən zərurət bilgisinə əsaslanan həqiqilik verir.§ 13Fəlsəfənin dış tarixinin özünəməxsus formasında şərh olunan yaranışı və inkişafı buelmin tarixi kimi təsvir edilir. Bu forma ideyanın inkişaf mərhələlərinə fəlsəfi təlimlərintəsadüfi ardıcıllığı xarakteri verir və görüntü yaradır ki, onların prinsipləri və buprinsiplərin işlənib hazırlanması arasında yalnız fərqlər vardır. Ancaq bu işi düşünəntəbiəti öz varlığını dərk etməkdən ibarət olan və bu yolla öz varlığını özünün predmetietməsi sayəsində öz inkişafının yüksək pilləsinə qalxan tək canlı ruhun minillərlik işigörür. Fəlsəfənin tarixi göstərir ki, birincisi, fərqli görünən fəlsəfi təlimlər eyni birfəlsəfənin inkişafının ardıcıl tarixi pillələridir; ikincisi, hər biri hansısa bir sistemintəməlində duran ayrı-ayrı prinsiplər eyni bir bütövün yalnız şaxələridir. Zamanbaxımından sonuncu fəlsəfi təlim bütün əvvəlki fəlsəfi təlimlərin sonucudur, yekunudur13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!