13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qeyd. Sonlu və sonsuz arasında əksliyi aradan qaldırılmaz elan edən dualizm belə birsadə halı diqqətindən qaçırır ki, bu cür yanaşıldıqda sonsuz dərhal bir-birinə əks olan buiki tərəfdən yalnız biri olur və deməli, onu yalnız xüsusiyə çevirmiş olurlar, həm dənəzərə almaq lazımdır ki, bu zaman xüsusinin başqası sonlu olur. Belə sonsuzun (buyanaşmada o yalnız xüsusidir və sonlu ilə yanaşıdır) hüdudu sonludadır və o nəolmalıdırsa, o (yəni sonsuz) olmayıb yalnız sonludur. Sonlunun burada bu tərəfə,sonsuzluğun isə orada o tərəfə yerləşdirildiyi bu yanaşmada sonluya sonsuzla bərabərsərbəstlik məziyyəti və mövcudluğu aid edirlər; bu baxışda sonlunun varlığı mütləqvarlığa çevrilmiş olur; bu dualizmdə sonlu möhkəm dayanmış olur. Əgər sonlu, necədeyərlər, bu sonsuzla təmasda olsaydı, onda o məhv olardı, ancaq sonlu bu baxışa görəsonsuz ilə üz-üzə gələ, təmasda ola bilməz, onların arasında dibi görünməyən, keçilməzdərin uçurum vardır; sonsuz bu uçurumun bir tərəfində, sonlu isə o biri tərəfindədir.Sonlunun sonsuzdan o tərəfdə, ayrıca möhkəm dayandığını təsdiq edən və özünü hər cürmetafizikadan uca sayan fikir bütünlükdə mühakiməli metafizika zəminində durur.Burada da bizim sonsuz proqres məsələsinin müzakirəsində üzə çıxardığımız hal vardır:bir yandan razılaşırlar ki, sonlu özündə və özü üçün deyil, onun müstəqil gerçəkliyi,mütləq varlığı yoxdur və yalnız keçici bir şeydir; o biri tərəfdən də dərhal bunu unudaraqsonlunu yalnız sonsuza qarşı duran, bütünlüklə ondan ayrı və məhv edilməz, müstəqil vəözü üçün bir varlıq kimi təsəvvür edirlər. Təfəkkür hesab edir ki, bununla sonsuzayüksəlir, əslində isə bunun əksi baş verir: təfəkkür yalnız sonludan ibarət olan sonsuzagəlib çatır və hesab edir ki, sonlunu tərk etmişdir, halbuki təfəkkür sonlunu tutub və onumütləqə çevirmişdir.Sonlu və sonsuz arasında əksliyin düşüncə tərəfindən bu izahının əsassız olduğunuaydınlaşdırdıqdan sonra (burada verdiyimiz anlatmanı Platonun "Fileb" dialoqu iləmüqayisə etmək faydalı olardı) asanlıqla fikrə gələ bilərik ki, sonlu və sonsuz birdirlər,həqiqət, həqiqi sonsuzluq sonlu və sonsuzun vəhdəti kimi müəyyənləşdirilməli və ifadəolunmalıdır. Bu ifadə müəyyən dərəcədə doğrudur, ancaq o bu dərəcədə də qeyri-dəqiqvə yanlışdır və ona yuxarıda bizim varlıq və yoxluğun vəhdəti barədə qeyd etdiyimiz fikirtətbiq edilə bilər. Bu ifadə sonsuzu sonlulaşdırmaqda, sonlu bir şeyi sonsuz kimi irəliçəkməkdə özünə qarşı haqlı irad doğurur, çünki bu ifadə sonlunun saxlandığınıdüşünməyə əsas verir, sonsuzda sonlunun aradan qaldırıldığı barədə açıq bir söz deyilmir.Yaxud əgər düşüncə qəbül etsəydi ki, sonsuzla vəhdətdə müəyyənləşmiş sonlu hər haldabu vəhdətdən kənarda nə idisə o ola bilməz və onun tərifi sonsuzla vəhdətdə müəyyənqədər zərər çəkəcək (məsələn, kalium turşu ilə birləşdikdə öz xassələrini itirdiyi kimi),onda bu ifadə düşünməyə əsas vermiş olardı ki, belə bir tale sonsuza da qismət olmalıdırvə o da inkar kimi öz sırasında sonlu ilə zəifləşdirilməlidir. Bu hal doğrudan da abstrakt,bir tərəfli idrakı sonsuzluğun başına gəlir. Ancaq həqiqi sonsuzluq birtərəfli turşu halındaqalmayıb özünü saxlayır. İnkarın inkarı neytrallaşdırma deyildir; sonsuz müsbətdir vəyalnız sonlu aradan qaldırılandır.Özü-üçün-varlıqda ideallığın tərifi vardır. Əsasən yalnız varlıq yönündən və ya təsdiqkimi götürülən mövcud varlıq reallığa malikdir (§ 91), deməli, sonluluq da reallığın tərifində əsasən vardır. Ancaq sonlunun həqiqəti onunideallılğındadır. Eynilə bunun kimi idrakın sonlu ilə bir sırada qoyulan sonsuzluğu da ikisonludan biridir, qeyri-həqiqi idealdır.60Sonlunun bu ideallığı fəlsəfənin əsas müddəasıdır və odur ki, hər bir həqiqi fəlsəfi təlimidealizmdir. Ancaq mühüm olan odur ki, tərifinə görə bir anda xüsusiyə və sonluyaçevrilən şey sonsuz yerinə qəbul edilməsin. Buna görə də burada biz sonsuzun sonludanfərqləndirilməsinə özəl diqqət yetirdik və ona geniş yer ayırdıq: fəlsəfənin əsas anlayışı –86

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!