13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kiminsə haqqında deyirik ki, o öz ölkəsində ən varlı və ən elmli adamdır. Lakin allahbaşqa valıqlarla yanaşı bir varlıq olmayıb və yalnız uca varlıq olmayıb tək mahiyyətdir;amma biz dərhəl qeyd etməliyik ki, allahın bu anlayışı dini şüurun inkişafında önəmli vəzəruri pillə olsa da allah haqqında xristianlıq təsəvvürünün bütün dərinliyini əhatə etmir.Əgər biz allaha mahiyyət kimi baxırıqsa və bu baxışda dayanırıqsa, onda biz onu əkstəsirgücü ilə qarşılaşmayan ən ümumi kimi və ya başqa sözlə, hökmran, ağa kimi başadüşürük. Ancaq qorxu hökmran və aqilliyin başlanğıcı olsa da hər halda aqilliyin yalnızbaşlanğıcıdır. Yəhudi dini, eləcə də Məhəmməd dini allahı hökmran kimi və əslindəyalnız hökmran kimi başa düşürlər. Bu dinlərin yetərsizliyi ümumiyyətlə ondadır ki,burada sonlu lazımınca qəbul olunmur; sonlunun (ya təbiət predmetləri kimi, ya da ruhunsonlu təzahürləri kimi) müstəqil önəminin saxlanması bütpərəstliyin və deməli, həm dəçoxallahlı dinlərin fərqləndirici özəlliyini təşkil edir. Sonra, tez-tez təsdiqlənirdi ki, ucavarlıq kimi allah dərk oluna bilməz. Ümumiyyətlə bu çağdaş maarifçilik baxışıdır vədaha qəti deyilərsə, allah uca varlıqdır deməklə kifayətlənən və rahatlanan abstrakt idrakbaxışıdır. Bunu deyib allaha uca o dünyaya məxsus ( yəni dərk olunmaz) varlıq kimibaxdıqda dünyanın bilavasitəliyini, davamlı, müsbət bir şey olduğunu təsdiq etmiş olurlarvə unudurlar ki, mahiyyət elə bütün bilavasitəliliyin aradan qalxmasından ibarətdir.Abstrakt, o dünyaya məxsus mahiyyət (dərk olunmaz mahiyyət) kimi allah əslində yalnızaddır və yalnız abstraktlaşdırıcı idrakın caput mortuum-udur və deməli, fərqi vəmüəyyənliyi olmayan bir şeydir. Allahın həqiqi dərki şeylərin bilavasitə varlığındaonların həqiqət kəsb etmədiyini bilməkdən başlanır.Nəinki allahla bağlı, hətta digər hallarda da mahiyyət kateqoriyasından abstrakt biçimdəistifadə olunur və o zaman şeylərin mahiyyəti onun öz hadisəsinin müəyyən məzmununabiganə və özü üçün mövcud bir şey kimi qeyd edilir. Adətən deyirlər ki, insanlardaonların əməlləri və davranışları deyil mahiyyətləri önəmlidir. Əgər bu o deməkdir ki,insanın əməlinə bilavasitə halında deyil, yalnız onun iç məzmunu ilə vasitələnmiş, bu içməzmunun dış görüntüsü (təzahürü) kimi baxılmaıdır, onda bu doğrudur. Ancaq buzaman diqqətdən qaçırılmamalıdır ki, mahiyyət, bu iç məzmun öz təsdiqini təkcə yalnızhadisədə, görüntüdə onun necə çıxış etməsində tapır. İnsanların öz işlərindən fərqlənənmahiyyətlərindən çıxış etməsinin özülündə isə onların yalnız öz məzmunsuzsubyektivliyini təsdiq etmək niyyəti və öz hərəkətlərini özündə və özü üçün mənalı olanlauyğunlaşdırmaq istəməməsi durur.§ 113Mahiyyət sahəsində özü ilə münasibət eyniyyət forması, özündə-özünə refleksiyadır; busonuncu burada varlığın bilavasitəliyinin yerini tutur; bunların hər ikisi eyni bir özü iləmünasibət abstraksiyasıdır.Qeyd. Bütün məhdud və sonlu varlıqları həqiqət yerinə qəbul edən və fikirdən məhrumhissilik bu məhdudluğu və sonluluğu özü ilə eyniyyətdə olan, özü özündə ziddiyyətsiz birşey kimi anlama idrakın iradına çevrilir.§ 114Bu eyniyyət varlıqdan irəli gəldiyindən öncə yalnız varlıq tərifləri ilə <strong>yüklə</strong>nmiş vəonlara dışarı olan bir şeyə münasibət kimi çıxış edir. Əgər varlıq mahiyyətdən ayrıgötürülürsə, onda o, qeyri-mühüm adlanır. Ancaq mahiyyət özündə öz inkarına, başqasıilə münasibətə, vsitələnməyə malik olduğundan özündə-varlıqdır, mühümdür. Odur ki,mahiyyət özündə qeyri-mühüm olanı özünün görüntüsü kimi daşıyır. Lakin görüntüdə vəya vasitəlilikdə fərqlilik olduğu üçün və bu fərqlinin (onu doğuran eyniyyətdən fərqlənən103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!