13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

salan və onlarda yalnız ziddiyyət görüntüsü yaradan dışarı məharət kimi baxılır. Bununsayəsində bu təriflər deyil, göstərilən görüntü önəmsiz sayılır və dərrakəli, əqli sayılanhəqiqi olur. Çox vaxt dialektika da əslində iti mülahizələr arxasında gizlənən məzmunsuzvə boş sübutlar, təkziblər – mühakimələr irəli sürən subyektiv oyundan başqa bir şeyolmur. Lakin özünün əsl müəyyənliyində isə dialektika düşüncənin, şeylərin vəümumiyyətlə sonlunun təriflərinin həqiqi təbiətidir. Refleksiya hər şeydən öncə fikrintəcrid olunmuş müəyyənlik çərçivəsindən kənara çıxan və onu başqa müəyyənliklərləmünasibətə gətirərək bir-biri ilə bağlayan hərəkətidir, həm də bu hərəkətdə müəyyənliklərarasında bağlılıq yaransa da onlar özlərinin əvvəlki anlamlarını saxlayırlar. Dialektika isəəksinə, bir tərifin başqa tərifə immanent keçididir. Bu keçiddə aydın olur ki, düşüncənintərifləri birtərəfli və məhduddurlar, başqa sözlə, özlərində özlərinin inkarı vardır.Sonlunun bütün mahiyyəti özünün özünü aradan qaldırmasındadır. Deməli, dialektikafikrin hər cür elmi inkişafının hərəkətli, canlı ruhudur və elmin məzmununa sonluüzərində zahiri deyil, həqiqi yüksəlişdən ibarət immanent bağlılıq və zərurət daxil edəntək prinsipdir.1-ci əlavə. Biz özümüzə yüksək səviyyədə aydınlaşdırmalıyıq ki, dialektikanı necə dərketmək və anlamaq lazımdır. O, ümumiyyətlə, hər bir hərəkətin, hər cür həyatın vəgerçəklikdəki hər bir fəaliyyətin prinsipidir. Dialektika, habelə hər bir həqiqi elmi idrakıncanıdır, ruhudur. Bizim adi şüurumuz düşüncənin, idrakın abstrakt tərifləri üzərindədayanmamalıdır deyimi (özün yaşa, başqalarına da yaşamaq imkanı ver – el misalı kimi)ədalətlidir və biz onların hər ikisini qəbul edirik. Lakin daha ciddi baxış göstərir ki, sonlutəkcə kənardan məhdudlaşdırılmayıb, həm də öz təbiəti sayəsində aradan qaldırılır və özəksliyinə keçir. Məsələn, deyirlər: "insan öləndir" və ölümün səbəbinə dışarı şəraitdə olanbir şey kimi baxırlar; bu baxış üsuluna görə insanın bir-birindən ayrı iki özəlliyi var:canlılıq və ölümlülük. Amma həqiqət ondan ibarətdir ki, həyatın özündə ölümün rüşeymivardır və ümumiyyətlə sonlu ziddiyyətlidir və bu səbəbdən özü özünü aradan qaldırır.Sonra, dialektikanı sofistika ilə qarışdırmaq olmaz, çünki sofistikanın mahiyyəti birtərəflivə ayrı-ayrılıqda götürdüyü abstrakt təriflərdən istifadə etməkdən ibarətdir və o, belətəriflərdən istifadə edərkən hər bir anda fərdin marağına uyğun gələnlərini seçir vəsofizmin indi düşdüyü durum bununla izah olunur. Belə ki, məsələn, praktik yöndənmühüm olan mənim varlığım və bunun üçün vasitələrə malik olmağımdır. Amma mənəgər işin bu tərəfini, mənim rifahımın bu prinsipini önə çəkirəmsə və nəticə çıxarıram ki,mənim oğurlamağa, Vətənə xəyanət etməyə, hər cür rəzilliyə haqqım vardır, onda bu,sofizmdir. Bunun kimi mənim subyektiv azadlığım o anlamda mənim hərəkətləriminönəmli prinsipidir ki, mən öz ağlıma və əminliyimə uyğun hərəkət etməliyəm. Lakin əgərmən yalnız bu prinsiplərə söykənirəmsə, bu da sofistikadır və bununla mən bütün mənəviprinsipləri kənara atmış oluram. Dialektika belə fəaliyyət tərzindən önəmli dərəcədəfərqlənir, çünki dialektikanın məqsədi şeylərin özündə və özü üçün, yəni onların öztəbiətini gözdən keçirmək və bu zaman düşüncənin birtərəfli təriflərinin sonluluğunuaçmaqdan ibarətdir. Ancaq dialektika fəlsəfədə yeni bir şey deyil. Keçmiş müdriklərarasında dialektikanın özülçüsü kimi Platonun adı çəkilir və bu tamamilə doğrudur, çünkiPlatonun fəlsəfəsində dialektika ilk dəfə sərbəst elm, deməli, obyektiv formada qarşıyaçıxır. Sokratda onun fəlsəfəçiliyinin ümumi xarakterinə uyğun olaraq dialektika hələəsasən subyektiv formada, yəni ironiya formasındadır. Sokrat öz dialektikasını, birincisi,ümumiyyətlə adi şüura qarşı, ikincisi daha çox sofistlərə qarşı yönəltmişdir. Özsöhbətlərində Sokrat görüntü yaratmaq istəyir ki, o, sözü gedən predmet barəsində dəqiqbilgilənmək istəyir; bu məqsədlə o, cürbəcür suallar qoyur və bu yolla öz müsahibləriniöncə düzgün saydıqları müddəalara əks olan müddəalara aparıb çıxarır. Məsələn, əgər71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!