13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müəyyən təfəkkürdən ibarətdirsə, onda o heç bir şey düşünmür. Nəhayət, ağıl boşeyniyyətə (sonrakı paraqrafa bax) müncər edilirsə, onda o, özünün bütün məzmunu vəməzmunluğunu ağılsızcasına qurban verməklə ziddiyyətdən azad olmuş olur.Sonra, qeyd etmək olar ki, antinomiyaların daha dərindən araşdırılması Kntaantinomiyalardan yalnız dördünü göstərməyə imkan vermişdi. O, bu antinomiyalarda onagörə ilişib qalmışdı ki, paralogizmdə olduğu kimi, burada da kateqoriyalar çərçivəsindənçıxış etmişdi və həm də çox sevdiyi üsulu – predmetin təriflərini onun anlayışından hasiletmək yerinə predmeti sadəcə hazır sxemə yerləşdirmək üsulundan istifadə etmişdir.Antinomiyaların Kant tərəfindən araşıdırlmasındakı digər qüsurları mən özümün "Məntiqelmi" əsərimdə göstərmişəm. Burada biz başlıca olaraq göstərməliyik ki, antinomiyalarkosmologiyadan götürülmüş təkcə bu dörd predmetdə deyil, bütün digər predmetlərdə,bütün təsəvvürlərdə, anlayışlarda və ideyalarda vardır. Bunu bilmək və predmetlərionların bu xassələrində dərk etmək fəlsəfi araşdırmanın önəmli tərəfidir; bu xassə isəaşağıda məntiqinin dialektik momenti kimi tərifləndirilir.Əlavə. Əski metafizikanın nəzərində hesab edilirdi ki, əgər idrak ziddiyyətə baxırsa, buyalnız əqli nəticədə və mühakimədə subyektiv yanılmadan yaranan təsadüfi dolaşıqlıqdır.Kanta görə isə, əksinə, təfəkkürün ziddiyyətə (antinomiyaya) uğraması onun öztəbiətindən irəli gəlir və bu hal sonsuzu dərk etmək istədikdə yaranır. Antinomiyanınaşkar edilməsinə biz əvvəlki paraqrafın qeydində fəlsəfi idrakın çox böyük uğuru kimibaxılmasını qeyd etsək də (çünki bununla quru mühakiməli metafizikanın donuq ehkamıaradan qaldırılmış və təfəkkürün dialekt hərəkətinə diqqət yönəldilmişdir), hər halda bizqeyd etməliyik ki, Kant burada da yalnız mənfi nəticə özündə şeyin dərk olunmaz olduğunəticəsi üzərində dayanmış və antinomiyaların həqiqi və müsbət anlamının dərkinəgirişməmişdir. Antinomiyaların həqiqi və müsbət anlamı, ümumiyyətlə, ondan ibarətdirki, gerçək olan hər şeyin özündə əks təriflər vardır, deməli, idrak, daha dəqiq, predmetinanlayışda dərki də onun əks təriflərin konkret vəhdətində dərki deməkdir. Əskimetafizika öncə göstərdiyimiz kimi, metafizikcəsinə dərk etmək istədiyi predmetlərigözdən keçirərkən idrakın abstrakt təriflərindən istifadə etdiyi və onlara əks olan tərifləriatdığı halda, Kant əksinə, sübut etməyə çalışırdı ki, bu üsulla alınan müddəaları hərzaman eyni halda və eyni dərəcədə onlara əks olan məzmunun zəruri müddəalarına qarşıqoymaq olar. Antinomiyaları aşkar edərkən Kant əski metafizikanın kosmologiyası iləməhdudlaşmış onunla polemikada sxemin özülündə kateqoriyaları yerləşdirməklə dördantinomiya hasil etmişdir. Birinci antinomiya bu suala aiddir ki, biz dünyanı məhdudyaxud qeyri-məhdud məkan və zamanda düşünməliyik. İkinci antinomiyada dilemmahaqqında söz gedir: biz materiyanı sonsuz bölünən kimi, yoxsa atomlardan ibarət olanpredmet kimi gözdən keçirməliyik? Üçüncü antinomiya azadlıq və zərurət arasındakıəksliyə aiddir, yəni: dünyada baş verənlərə səbəbiyyət bağlantısı ilə şərtlənən olaylarkimi baxmalıyıq, yoxsa dünyadakı mövcudluğu həm də azad varlıqlar, başqa sözlə,fəaliyyətin əzəli qaynaqları kimi qəbul etməliyik. Buna, nəhayət, dördüncü antinomiyakimi, ümumiyyətlə, dünyanın səbəbi var, yoxsa yoxdur dilemmasi da qoşulur. Buantinomiyaların müzakirəsində Kantın işlətdiyi üsul başlıca olaraq ondan ibarətdir ki,onlarda olan əks tərifləri tezis və antitezis kimi bir-birinə qarşı qoyur və onların hərikisini sübut etməyə, yəni onların hər ikisinin bu məsələ barəsində düşüncənin zərurinəticəsi olduğunu göstərməyə çalışır; bu zaman o, qəti olaraq bu fikrə qarşı çıxır ki, guyao yalnız foks göstərmək, vəkil kimi çıxış etmək istəyir. Ancaq öz tezislərinin vəantitezislərinin xeyrinə gətirdiyi dəlillər əslində ötəri dəlillər sayılmalıdır, belə ki, sübututələb olunan şey hər zaman artıq onun çıxış etdiyi müqəddimədə olur və yalnız geniş,apoqoqik40 sübut üsulu ilə vasitələndirmə görüntüsü əldə edilir. Lakin yenə də bu49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!