13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

diqqət yetirmir. İkincisi, hissi idrak özü ilə eyniyyətdə olan ideyanın özündə öz inkarına,ziddiyyətə malik olduğu barəsində öz refleksiyasını ideyanın özünə daxil olmayan dışrefleksiya sayır. Əslində isə bu, hissi idrakın özəl müdrikliyi deyildir, çünki ideyanın özüözü ilə eyniyyətdə olanı ondan fərqlənənə, subyektivi obyektivdən, sonlunu sonsuzdan,ruhu bədəndən ayıran və bir-birindən fərqləndirən dialektikadır və elə buna görə də ideyaəbədi yaradıcılıq, əbədi yaşarılıq və əbədi ruhdur. Beləliklə, abstrakt (hissi) idrakakeçiddən, daha doğrusu, onunla yerini dəyişmədən ibarət olan ideyanın özü həm dətəfəkkürdür. İdeya bu abstrakt idrakı öz təbiətinin sonluluğunu və öz məhsullarınınmüstəqilliyinin aldadıcı görüntüsünü anlamağa məcbur edən və onu geriyə, vəhdətəgətirən dialektikadır. Belə ki, bu ikili hərəkət nə zamanca, nə də hər hansı bir başqayöndən bir-birindən ayrı və fərqli olmadığından (əks halda bu hərəkət ancaq abstraktidrakın hərəkəti olardı) daim özünü o birində seyr edən hərəkətdir; bu hərəkət özobyektivliyində özünü gerçəkləşdirən anlayışdır; iç məqsədəuyğunluqdan, mühümsubyektivlikdən ibarət oan obyektdir.İdeyanı anlamağın dəyişik üsulları – onun ideal və real olanın, sonlunun və sonsuzun,eyniyyət və fərqin (der Differens) və i. a. vəhdəti kimi anlaşılması az və çox dərəcədəformaldır, belə ki, onlar müəyyən anlayışın hansısa bir pilləsini göstərirlər. Yalnızanlayışın özü azaddır və həqiqi ümumidir; odur ki, ideyanın müəyyənliyi də anlayışınözüdür, anlayışın özünü ümumi kimi davam etdirdiyi və ancaq öz total müəyyənliyinəmalik olduğu obyektivlikdir. İdeya tərəfindən hər biri müstəqil totallıq olan və butotallıqdan hər biri bitmiş olduğu üçün digərinə keçən sonsuz hökmdür. Başqa cürmüəyyənləşmiş heç bir anlayış anlayışın və obyektivliyin özü qədər iki tərəfli bitmiştotallıq deyildir.§ 215İdeya zəruri prosesdir, çünki onun eyniyyəti anlayışın mütləq və azad eyniyyəti olduğuqədər də mütləq inkarlıqdır və ona görə də dialektikdir. İdeya təkcəliyi olan ümumlikkimi anlayışın özünü obyektivlik yönündə və bu obyektivliyə əks yöndəmüəyyənləşdirdiyi prosesdir (der Verlauf) və substansiyası anlayışdan ibarət olan budışarılıq özünün immanent dialektikası sayəsində özünü geriyə, subyektivliyə qaytarır.Qeyd. İdeya a) proses olduğundan "Mütləq sonlunun və sonsuzun, təfəkkürün vəvarlığın və i. a. vəhdətidir" deyimi tez-tez göstərdiyimiz kimi yanlışdır, çünki "vəhdət"sözü abstraktı, sükunətdə olan eyniyyəti bildirir. İdeya b) subyektivlik olduğundan qeydetdiyimiz bu deyim iki qat yanlışlıqdır, çünki deyimdə göstərilən vəhdət ancaq özündəhəqiqi vəhdəti, onun yanlış substansialını ifadə edir. Beləliklə, sonsuz sonlu vasitəsilə,subyektiv obyektiv vasitəsilə, təfəkkür varlıq vasitəsilə neytrallaşmadan ibarət olur.Amma ideyanın inkarı vəhdətdə sonsuz sonlunun hüdudunu, təfəkkür varlığın hüdudunu,subyektivlik isə obyektivliyin hüdudunu yarıb keçir. İdeyanın vəhdəti subyektivlikdir,təfəkkürdür, sonsuzluqdur və buna görə də bu vəhdətlə substansiya kimi ideyanı birbirindənfərqləndirmək lazımdır, eləcə də ideyanın hüdudları keçən bu subyektivliyini,təfəkkürünü, sonsuzluğunu onun mühakimə yürütmək və tərif vermək kimi aşağısəviyyəsindəki birtərəfli subyektivliyindən, təfəkkürdən, sonsuzluğundan fərqləndirməklazımdır.Əlavə. İdeya proses kimi öz inkişafında üç mərhələ keçir. İdeyanın birinci formasıhəyatdır, yəni bilavasitəlik formasında ideya. Onun ikinci forması vasitələnmə və yafərqləndirilmədir (Different) və bu iki surətdə – nəzəri ideya və praktik ideya sifətlərində– çıxış edən idrak kimi ideyadır. İdrak prosesinin sonucu fərqlə zənginləşən vəhdətinbərpasıdır və bu üçüncü – mütləq ideya formasıdır; məntiq prosesinin bu üçüncü pilləsi176

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!