13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

arzularda və i. a. da ümumidir. Bütün bunlar təfəkkürün sonrakı səciyyələndirilməsidir.Əgər təfəkkürü bu cür anlasaq, onda o bizdə təfəkkürlə yanaşı digər qabiliyyətlər,məsələn, seyr, təsəvvür, iradə və s. kimi qabiliyyətlər də vardır deyimində olduğundantamamilə başqa sifətlə çıxış edər. Əgər biz təfəkkürə təbiətdə olan hər şeyin, eləcə dəbütün mənəvinin əsl ən ümumi varlığı kimi baxırıqsa, onda o, onların hamısınınhüdudundan kənara çıxır və hamısının özülünü oluşdurur. Təfəkkürün bu obyektivanlamda başa düşülməsindən biz bilavasitə onun subyektiv anlamına keçib onun nəolduğunu aydınlaşdıra bilərik. Biz deyirik ki, insan ilk öncə düşünən varlıqdır, ancaqbununla yanaşı deyirik ki, insan seyr edən varlıqdır, iradəli varlıqdır və s. İnsan düşünənvarlıqdır və ümumidir; ancaq o yalnız ona görə düşünən varlıqdır ki, onun üçün ümumimövcuddur. Heyvan da özündə ümumidir, lakin ümumi nədirsə o cür heyvan üçünmövcud deyil, onun üçün yalnız həmişə təkcə mövcuddur. Heyvan yalnız təkcəni,məsələn: öz yemini, insanı və s. görür. Bütün bunlar onun üçün təkcələrdir. Hissi duyğuda, həmçinin, təkcə ilə bağlıdır (bu ağrı, xoş dad hissi və s. ola bilər). Təbiət ümuminindərkinə çatmır; yalnız insan özünü elə ikiləşdirir ki, o ümumi üçün ümumi olur. Bu hərşeydən öncə insan özünü mən kimi biləndə olur. Mən deyərkən mən özümü təkcə,tamamilə bəlli şəxs kimi düşünürəm. Ancaq əslində mən bununla özüm haqqında heç birxüsusi predikat söyləmiş olmuram. "Mən" həmçinin hər bir başqa şəxsdir və mən özümü"mən" adlandırdığımdan, mən əlbəttə özümü, təkcə insanı düşünürəm, lakin bununlabirlikdə tamamilə ümumini ifadə etmiş oluram. "Mən" bütün xüsusinin inkar olunduğu vəaradan qaldırıldığı xalis özü-üçün-varlıqdır. "Mən" şüurun son, sadə və xalismahiyyətidir. Biz deyə bilərik: "mən" və təfəkkür eyni şeylərdir; və ya daha müəyyənsöyləsək: "mən" düşünən təfəkkür kimi təfəkkürdür. Mənim şüurumda olan mənimüçündür. "Mən" hər şeyi qəbul edən (daş Rezeptakulum), boşluqdur və hər şey "mən"üçün mövcuddur və o hər şeyi özündə saxlayır. İnsan "mən"in qaranlığında kömülmüşbütöv bir təsəvvürlər dünyasıdır. Beləliklə, "mən" bütün xüsusilərdənabstraksiyalaşdırılmış, eyni zamanda hamısının gizlin halda saxlandığı ümumidir. Odurki, "mən" xalis abstrakt ümumilik olmayıb özündə hər şeyi saxlayan ümumilikdir. Biz"mən" sözünü ona heç bir özəl məna vermədən işlədirik və yalnız fəlsəfi düşüncə bu sözübaxış predmetinə çevirir. "Mən" dedikdə bizim qarşımızda xalis fikir dayanır. Heyvan"mən" deyə bilməz; bunu yalnız insan edə bilər, çünki insan təfəkkürdür. "Mən"dəcürbəcür iç və dış məzmun vardır və biz bu məzmunun xarakterinin necə olduğunabaxdıqda özümüzü hissi seyrçi, təsəvvür edən, qavrayan və i. a. varlıq kimi aparmışoluruq. Ancaq onların hamısında "mən" vardır, yaxud başqa sözlə, hamısında təfəkkürvardır. İnsan hər zaman, hətta hissi seyr etdikdə belə düşünür. Əgər o, bir şeyi gözdənkeçirirsə, hər zaman onu ümumi kimi gözdən keçirir, təkcəni qeydə alır, onu ayırır,bununla öz diqqətini başqasından yayındırır, seyr olunanı bir abstrakt və ümumi kimi,ancaq yalnız formal ümumi kimi götürür.Bizim təsəvvürlərimizdə iki şeydən biri olur: ya məzmun fikir sahəsinə məxsus olur,forma isə ona məxsus olmur, ya da əksinə, forma fikir sahəsinə məxsus olur, məzmun isəona məxsus olmur. Əgər mən, məsələn, qəzəb, kin, ümid deyirəmsə, bütün bunlar mənəduyğularımdan tanışdır, ancaq bu məzmunu mən ümumi formada, fikir formasında ifadəedirəm. Mən bu məzmundakı bir çox xüsusini atıb onu yalnız ümumi kimi ifadə edirəm,ancaq yenə də bu məzmun hissi məzmundur. Əksinə, əgər mən allahı təsəvvür edirəmsə,burada, doğrudur, məzmun xalis fikri məzmundur, ancaq onun forması hələ hissidir: omənim onu özümdə bilavasitə tapdığım kimidir. Deməli, təsəvvürdə seyrdən fərqli olaraqməzmun hissidir, ancaq ya məzmun hissidir, forma isə təfəkkürə məxsusdur, ya daəksinə; birinci halda material verilmişdir, forma isə təəfkkürə məxsusdur, ikinci halda isə25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!