13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etsin. Birinci cəhd biliyin həqiqətə cəhdi, özlüyündə idrakdır – ideyanın nəzərifəaliyyətidir; ikinci cəhd isə xeyrin gerçəkləşməyə cəhdidir – iradədir, praktikifəaliyyətdir.alfa) İdrak§ 226İdrak sonludur; idrakın bu ümumi sonluluğu əksliklərin müqəddiməsi olan mühakiməilə bağlıdır və bu müqəddiməyə idrak fəaliyyətinin özü açıq-aydın ziddir. İdrakın buümumi sonluluğu əsasən onun öz ideyası ilə müəyyən olunur, belə ki, sonlu idrakın ayrıayrımomentləri idrakın bir-birindən fərqli növlərinə uyğun formalar alır və bumomentlər müstəqil olduqlarından onlar bir-birilə anlayış bağlılığında deyil, refleksiyabağlılığındadırlar. Odur ki, mövcud bir şey kimi materialın assimlyasiyası həm də elə başverir ki, bu zaman anlayışın bir-birinə münasibətdə müxtəlif (der Verschiedenheit)formalarda çıxış edən tərifləri assimlyasiya olunan materiala dışarı olur. Bu – abstraktidrak formasında fəaliyyət göstərən zəkadır. Odur ki, bu idrakın əldə etdiyi həqiqət dəyenə sonlu həqiqətdir; anlayışın sonsuz həqiqəti bu idrak üçün ancaq özündə – əslməqsəd kimi, onun üçün o dünyaya məxsus bir şey kimi qeyd olunur. Amma bu idraközünün dış fəaliyyətində anlayışa əsaslanır və anlayışın tərifləri onun irəliləməhərəkətinin ana xəttidir.Əlavə. İdrakın sonluluğu öncədən tapılmış hansısa bir aləmə müqəddimə verməsindənibarətdir və bu zaman dərk edən subyekt sanki tabula rasadır.103 Bu fikir idrakı üzdən,zahiri anlamaqdan daha uzaq olduğuna baxmayaraq Aristotelin ünvanına deyilir. Buzahiri idrak özünü hələ anlayışın fəaiyyəti kimi bilmir; o özü üçün deyil, yalnızözündədir. Onun fəaliyyəti onun özünə passiv görünür, amma əslində o, aktiv xarakterdaşıyır.§ 227Sonlu idrak müxtəlif şeylərin (das Untekschiedene) öncədən tapılan idraka əks olduğudış təbiətin və ya şüurun müxtəlif faktları olduğu müddəasından çıxış etdiyindən 1) özfəaliyyətinin əsas forması formal eyniyyət, yaxud ümum abstraksiyadır. Odur ki, onunfəaliyyəti verilmiş konkretin parçalanmasından, onu müxtəlifliklərinə ayırmaqdan vəonlara abstrakt ümumilik verməsindən ibarətdir. Başqa sözlə, bu fəaliyyət konkreti əsaskimi saxlamaqdan və mühüm olmayan kimi görünən xüsusiyyətlərdən abstraktlaşdırma,sərfnəzər etmək vasitəsilə konkret ümumini, cinsi və ya gücü və qanunu ayırmqdanibarətdir. Bu – analitik metoddur.Əlavə. Analitik və sintetik metodlar haqqında adətən deyirlər ki, onlardan hansı birisiniseçmək guya bizim öz ixtiyarımızdadır. Amma bu belə deyildir; Sonlu idrakınanlayışından irəli gələn bu metodların hansından istifadə edilməsi dərk edilənpredmetlərin öz formasından asılıdır. İdrak əsasən analitik fəaliyyətdir. Onun məşğulolduğu obyekt təkcə obrazdır (die Çestalt der Vereilzelunq) və analitik idrak fəliyyəti onaverilən təkcəni ümumiyə çevirməyə yönəlir. Burada təfəkkür yalnız abstrakt anlam,yaxud formal eyniyyət anlamı daşıyır. Bu baxış Lokkun və bütün empiriklərin baxışıdır.Bir çox müəlliflər deyirlər ki, idrak ona verilən konkret predmetləri abstrakt elementlərəparçalamaqdan və sonra onları ayrı-ayrılıqda gözdən keçirməkdən başqa heç nə edəbilməz. Ancaq aydındır ki, bu cür idrak şeylərin təhrif edilməsidir. (Verkehren) və şeyləriolduğu kimi götürmək istəyən idrak özü özü ilə ziddiyyətə girmiş olur. Belə ki, məsələn,180

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!