13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ÜÇÜNCÜ BÖLÜMANLAYIŞ HAQQINDA TƏLİM§ 160Anlayış özü üçün mövcud olan substansial güc kimi azaddır və momentlərindən hər birianlayışı təmsil edən bir tam kimi onunla ayrılmaz vəhdətdə olan totallıqdır; beləliklə,anlayış özünün özü ilə eyniyyətində özündə-və-özü-üçün-müəyyəndir.Əlavə. Anlayış baxışı ümumiyyətlə mütləq idealizm baxışıdır və fəlsəfədə şüurunözünün bilavasitəliyində mövcud və müstəqil saydığı bütün digər şeylər yalnız idealmomentlər kimi dərk edildiyindən fəlsəfə anlayışlar vasitəsilə gerçəkləşən idrakdır.Abstrakt məntiqdə anlayış adətən təfəkkürün ancaq sadə forması kimi və daha dəqiqdeyilərsə, ümumi təsəvvür kimi öyrənilir; anlayışın bu asılı (untergeordnete) başadüşülməsinə duyğu və ürəkdən gələn və tez-tez təkrar olunan bu fikir aiddir ki, guyaanlayış cansızdır, məzmunsuzdur və abstraktdır. Əslində isə hər şey əksinədir: anlayış hərbir həyatın prinsipidir, deməli, bütünlüklə konkretdir. Bu indiyədək edilmiş bütünməntiqi hərəkətdən doğan sonucdur və ona görə də burada sübuta ehtiyac yoxdur. Guyayalnız formal olan anlayışa qarşı irəli sürülən forma və məzmunun əksliyinə gəlincə isə,refleksiyanın üzərində möhkəm durduğu bu əksliyi bütün başqa əksliklərlə birlikdə, biz,dialektikcəsinə (yəni əksliyin özü ilə) aradan qaldırılmış əksliklər kimi artıq arxadaburaxmışıq və anlayışda təfəkkürün bütün öncəki tərifləri bərtərəfləşmişdir. Əlbəttə,anlayışa forma kimi, ancaq hər cür məzmunun bütövlüyünü özünə daxil edən və bununlabirlikdə onun qaynağı olan sonsuz, yaradıcı forma kimi baxmaq lazımdır. Əgər konkretadı altında yalnız hissi konkret və ümumiyyətlə bilavasitə qavranılan başa düşülərsə,onda anlayışı abstrakt da adlandırmaq olar; anlayışa əllə toxunmaq olmaz və sözanlayışdan getdikdə, biz görməni və eşitməni kənara qoymalıyıq. Lakin, yuxarıda qeydedildiyi kimi, anlayış həm də bütünlüklə konkret olduğundan burada varlıq və mahiyyətvəhdətdədir və deməli, varlıq və mahiyyət sferalarının bütün zənginliyi anlayışdadır.Əgər, az öncə qeyd etdiyimiz kimi, məntiqi ideyanın ayrı-ayrı pillələri mütləqin tərifləri,definisiyaları ardıcıllığı kimi araşdırılarsa, onda mütləqin burada verdiyimiz tərifi beləsəslənər: mütləq anlayışdır. Əlbəttə, bu zaman anlayışı bizim subyektiv təfəkkürümüzünyalnız özündə məzmunsuz forması kimi anlayan abstrakt mətiqdən fərqli olan yüksəkanlamda başa düşülməlidir. Başqa bir sual da qoymaq olar: əgər spekulyativ (dialektik –A. T.) məntiqdə anlayış adətən bu deyimlə bağlanan anlamdan fərqlənən tamamilə başqabir anlam daşıyırsa, onda nə üçün burada biz onu tamamilə başqa bir anlayış adlandırıbanlaşılmazlıq və dolaşıqlıq üçün əsas veririk? Belə suala cavab verərdik ki, formal məntiqanlayışı ilə spekulyativ məntiq anlayışı arasında məsafə nə qədər böyük olsa da yaxındanbaxdıqda görünür ki, "anlayış" termininə verilən dərin anlam, məna ilk baxışdagöründüyü kimi onun adi mənada işlədilməsinə o qədər də yad deyil. Hansısa birməzmunun (məsələn, mülkiyyətin hüquqi təriflərinin) mülkiyyət anlayışından hasiledilməsindən, eləcə də əksinə – bu məzmunun anlayışa bərabər tutulmasından danışılır.Ancaq bununla etiraf edirlər ki, anlayış nəinki özündə məzmunsuz forma deyil, belə ki,bir tərəfdən bu cür formadan heç nə hasil etmək olmaz, digər tərəfdən, bu məzmunu boşanlayış formasına bərabər tutmaqla ancaq məzmunun özünü müəyyənlikdən məhpumetmək olar və o dərk olunmaz.§ 161142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!