13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Deməli, burada qarşımızda hər şeydən öncə kəmiyyətin, özəlliklə də ədədin özünün özhüdudundan daim kənara çıxması ilə qarşılaşırıq ki, bunu Kant dəhşət adlandırır vəburada dəhşət dedikdə çox güman ki, davamlı olaraq yalnız sərhəddin yaranması vəaradan qalxmasının növbələşməsilə və nəhayət olduğun yerdə qalmaqla, hərəkətsizlikləyaradılan sıxıntı nəzərdə tutulur. Ancaq şer parçasının müəllifi axmaq sonsuzluğun butəsvirinə sonda düzgün bir əlavə edir: "Onları ataraq, mən sənə baxıram".Burada o fikir bildirilir ki, əgər biz bu həqiqi sonsuzluq şüuruna çatmaq istəyiriksə,sonsuz tərəqqidən imtina etməliyik, həqiqi sonsuzluğa sonludan yalnız o tərəfdə olan birşey kimi baxmamalıyıq.3-cü əlavə. Pifoqor, bəlli olduğu kimi, öz fəlsəfəsini rəqəmlər üzərində qurmuş və ədədişeylərin əsas tərifi saymışdır. Bu anlama adi şüura ilk baxışda tamamilə paradoksal vəhətta ağılsız görünə bilər; odur ki, biz ona necə yanaşmalıyıq sualı doğur. Bu suala cavabvermək üçün ilk öncə yada salınmalıdır ki, fəlsəfənin vəzifəsi ümumiyyətlə şeylərifikirlərə və məhz müəyyən fikirlərə çevirməkdən ibarətdir. Ancaq ədəd, şübhəsiz ki,fikirdir, başqa sözlə, hissi olana daha yaxındır yaxud hissi olanın fikridir; hissi adı altındaümumiyyətlə özündən kənarlığı və çoxluğu başa düşürük. Deməli, biz Kainatı ədəd kimianlamaq canatımında metafizikaya ilk addım görürük. Pifoqor, bəlli olduğu kimi, fəlsəfətarixində ioniya fəlsəfəsi ilə eleatar fəlsəfəsi arasında durur. İoniyalılar Aristotelin qeydetdiyi kimi – şeylərin mahiyyətinə maddi bir şey kimi baxmaqdan uzağa gedəbilmədikləri kimi, eleatlar da Parmenidin şəxsində irəli gedərək varlıq formasında xalistəfəkkürə gedib çıxdılar, pifoqor fəlsəfəsi, onun prinsipi isə hissi və fölqəlhissi arasındasanki bir körpüdür.62 Buradan aydın olur ki, şeylərin mahiyyətini yalnız rəqəmlər kimianlamaqla Pifoqorun çox uzağa getdiyini hesab edə və deyə bilərlər ki, şeyləri saymaqolar və buna qarşı etiraz etmək olmaz, ancaq bununla belə, şeylər təkcə rəqəm olmaqdanartıq bir şeydir qeydini əlavə edənlərə bizim münasibətimiz necə ola bilər. Şeylərə aidedilən bu artıqlığa gəlincə, biz həvəslə razılaşırıq ki, şeylər rəqəm olmaqdan artıqdır,ancaq əlbəttə, bu artıqlıq altında nəyin nəzərdə tutulduğunu bilmək önəmlidir. Adi hissişüur burada qoyulan suala şeylərin hissi qavranıldığını göstərməklə öz baxışına uyğuncavab verməyə tərəddüd etməyəcək və deyəcək ki, şeylər hisslərlə qavranıldığı üçünnəinki hesablana biləndir, həm də görünəndir, toxunula biləndir və s. Beləliklə, Pifaqorfəlsəfəsinə ünvanlanmış irad ondan ibarət olacaq ki, o, cağdaş deyim üslübünda həddənçox idealist fəlsəfə olmuşdur. Ancaq göründüyü kimi əslində iş artıq pifaqor fəlsəfəsinintarixi yeri barədə bir qədər öncə söylədiyimizdən başqa cürdür. Əgər şeylərin sadərəqəmlərdən artıq bir şey olması fikri ilə razılaşmaq lazım gəlirsə, onda bunu belə başadüşmək lazımdır ki, rəqəm haqqında fikir onun vasitəsilə müəyyən bir mahiyyəti yaxudşeylərin anlayışını ifadə etmək üçün yetərsizdir. Deməli, Pifaqor özünün rəqəmlərfəlsəfəsilə olduqca uzağa getmişdir demək yerinə bunun əksini demək daha düzgün olardıki, o yetərincə uzağa gedə bilməmişdir və xalis təfəkkürə doğru növbəti addımı artıqeleatlar atmışlar. Sonra, əgər şeylər mövcud deyilsə, onda müəyyənliyi önəmli dərəcədəmüəyyən rəqəmlərə və ədədi münasibətlərə əsaslanan şeylərin halları və ümumiyyətlə,təbiət olayları mövcuddur. Bunu biz səslərin fərqlənməsində və harmonik səslənməsindəgörə bilərik; bununla bağlı bir hekayət var ki, bu hekayət olayları, şeylərin mahiyyətinirəqəmlər kimi anlamağa Pifaqoru sövq etmişdir. Əsasında müəyyən rəqəmlərin durduğuolayların rəqəmlərə müncər edilməsi böyük elmi maraq daşısa da yenə fikrinmüəyyənliyinə yalnız ədədi müəyyənlik kimi baxılmasına qəti yol vermək olmaz.Doğrudur, fikrin daha ümumi təriflərini ədədlərlə bağlamaq və bundan çıxış edib birinsadə və bilavasitə, ikinin – fərqli və vasitəli, üçün – onların hər ikisinin vəhdəti olduğunu96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!