13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qırmızının varlığının sarı və mavi rəngin ona əks olmasından asılı olmasına bənzəyir.Lakin bu başqası hissilikdən kənarda və yalnız ona görə mövcuddur ki, o, başqasıdeyildir.Təfəkkürlə və ya "mən"lə isə iş əksinədir. Hissiliyin əksinə olaraq təfəkkür və ya "mən"özü ilə əzəli eyniyyətdir, bütövlükdə özündə varlıqdır. Əgər mən "mən" deyirəmsə, buözümün özümlə abstrakt münasibətimdir və bu vəhdətə girən onunla <strong>yüklə</strong>nir və onaçevrilir. Beləliklə, "mən" bir-birilə bağlantısız müxtəlifliyi həzm edən, alovlanan soba, odkimi onları vəhdətə gətirir. Bu müxtəlifliyi özünə alan adi appersepsiyadan38 fərqliolaraq Kantın xalis appersepsiya adlandırdığı olaydır; xalis appersepsiyaya isə əksinə,materialın "mən"ə çevrilməsindən ibarət olan fəaliyyət kimi baxılmalıdır. Bununla, hərhalda, hər cür şüurun təbiəti düzgün ifadə edilmiş olur. İnsan, ümumiyyətlə, dünyanı dərketməyə, onu mənimsəməyə və özünə tabe etməyə can atır və bu məqsəd üçün o, dünyanısanki uçurtmalı, yəni dünyanın reallığını ideallaşdırmalıdır. Lakin biz onu da qeydetməliyik ki, müxtəlifliyə mütləq vəhdəti mənlik şüurunun subyektiv fəaliyyəti gətirmir.Əksinə, bu eyniyyətin özü mütləqdir, həqiqidir. Mütləq sanki özünün xeyirxahlığı ilətəkcələri özündən kənarlaşdırır ki, onlar öz varlıqları ilə həzz alsınlar və bu həzzsonradan onları mütləq vəhdətə qovur.2-ci əlavə. Mənlik şüurunun transendental vəhdəti kimi deyimlər çox çətin həzm olunangörünür, guya, onların arxasında dəhşətli bir şey gizlənir, əslində isə iş sadədir. Kantıntransendental deyimində nəyi anladığı onunla transendental arasındakı fərqdən bəllidir.Transendental, ümumiyyətlə, odur ki, düşüncənin müəyyənliyindən kənara çıxır və buanlamda o ilk olaraq riyaziyyatda qarşıya çıxır. Belə ki, məsələn, həndəsədə deyirik ki,çevrə sonsuz kiçik xətlərin sonsuz çoxluğu kimi təsəvvür edilməlidir. Burada, beləliklə,düşüncənin tamamilə fərqli saydığı (düz və əyri xətlər) təriflər açıq-aydın eyniyyətdədir.Özü ilə eyniyyətdə və özündə sonsuz olan mənlik şüuru həmçinin sonlu materiallamüəyyən olunan adi şüurdan fərqli olan transendentdən ibarətdir. Lakin Kant mənlikşüurunun bu vəhdətini yalnız ona görə transendental adlandırmışdır ki, bu vəhdəti o,yalnız subyektiv saymış və onu özlüyündə mövcud olan predmetlərə məxsus olan bir şeysaymamışdır.3-cü əlavə. Təbii şüura kateqoriyaların yalnız bizə məxsus olduğunun (subyektivlikkimi) gözdən keçirilməsi çox qəribə görünə bilər və burada, şübhəsiz, münasib olmayanbir cəhət də vardır. Bu doğrudur ki, kateqoriyalar bilavasitə duyğuda yoxdur. Məsələn,şəkər parçasını gözdən keçirək: o, bərkdir, ağdır, şirindir və i. a. Biz deyirik ki, bütün buxassələr bir predmetdə birləşmişdir, ancaq bu vəhdət duyğuda verilməmişdir. Biz bunusəbəb və təsir münasibətində olan iki olay barəsində də deyirik. Burada zamanca birbirindənsonra gələn iki ayrı-ayrı olayı qavrayırıq. Lakin bir olayın səbəb, o birinin isətəsir (bu iki olay arasında səbəbiyyət bağlantısında) olması qavranılmayıb, yalnız bizimtəfəkkürümüz üçün mövcuddur. Kateqoriyalar (məsələn, vəhdət, səbəb, təsir və s.)təfəkkürə məxsus olsa da, bundan heç də o nəticə çıxmır ki, onlar yalnız bizimtəriflərimiz olub predmetlərin özlərinə məxsus deyillər. Kantın fəlsəfəsi məhz bundatəkid edir və onun fəlsəfəsi subyektiv idealizmdir, çünki "mən" (dərk edən subyekt) şüurahəm forma, həm də material verir: düşünən forma, hiss edən material. Bu subyektividealizmin məzmunu işdə heç bir rahatsızlıq doğurmamalıdır. Predmetlərin vəhdətininsubyektə keçirilməsi sayəsində onların reallıqdan məhrum edildiyini düşünmək olardı.Ancaq predmetlərin varlığından nə onların özü, nə də biz heç nə qazanmırıq. Önəmli olanməzmundur və bu məzmunun həqiqi olub olmamasıdır. Predmetlərin varlığı hələ onlarıxilas etmir: zamanı gələndə var olan da yox olacaq. Onu da söyləmək olar ki, subyektividealizm təliminə görə insan özü ilə fəxr edə bilər. Ancaq əgər onun dünyası hissi seyr44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!